Azərbaycanda vəzifəli şəxslərə qarşı əməliyyat - Təcili

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub. Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var. Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. “Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 03.09.2024-cü il tarixdən 06.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - məlumatda vurğulanıb.

Küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.

Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı görüntülər ARAŞDIRILIR

Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, sözügedön görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb: " İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır."

Üç qardaş evdə diri-diri yandı

Rusiyanın Tümen şəhərində çoxmərtəbəli binanın mənzillərindən birində baş verən yanğında 3 nəfər ölüb. Yanğınsöndürənlər evdə üç qardaşın meyitlərini aşkar ediblər. Ən böyüyünün 18, ikisinin doqquz yaşı olub.  Yanğın sahəsi iki kvadratmetr olub. Yanğının söndürülməsinə 18 personal və altı texnika cəlb olunub. Hazırda müstəntiqlər hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparır.Lent.az

Rusiyanın itkiləri 603 mini ötdü

Ukrayna müharibənin 910-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 603 010 hərbçi, 8 522 ədəd tank, 16 542 ədəd zirehli döyüş maşını, 17 216 ədəd artilleriya sistemi, 1 166 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 928 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 221 ədəd avtomobil texnikası, 13 902 ədəd PUA, 2 442 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 887 xüsusi avadanlıq itirib.

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir. Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib. Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Putinin Kim Çendən aldığı ballistik raketlər Kiyevə çatmamış məhv edildi...-RƏSMİ

Bu gün- 18 avqust yerli vaxtla səhər saat 05:00 radələrində düşmən ballistik silahlardan istifadə edərək Kiyevə raket zərbələri endirib. Bu, avqustda paytaxta edilən üçüncü ballistik hücumdur və hər hücum arasında 6 gün dəqiq fasilə var. Sozcu.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkələrdəki mesajında ​​məlumat yayıb. Bu zərbə ilkin məlumatlara görə, əvvəlki ikisi ilə, demək olar ki, eyni olub. Təsdiqlənmiş məlumata görə, ruslar yenə də ardıcıl üçüncü dəfə Şimali Koreyanın "KN-23" tipli ballistik raketlərindən istifadə ediblər. Və yenə də hava hücumundan müdafiə qüvvə və vasitələri düşmənə öz məqsədinə çatmağa və Kiyevi vurmağa imkan verməyib. İlkin məlumatlara görə, ballistik raketlər paytaxta yaxınlaşarkən vurulub (Silahların dəqiq modifikasiyası və sayı Hərbi Hava Qüvvələrinin hesabatlarında dərc olunub). Bundan əlavə, demək olar ki, ballistika ilə eyni vaxtda düşmənin bir neçə hücum PUA-sı da Kiyevə yaxınlaşıb. Amma hava hücumundan müdafiə qüvvələrinin döyüşçüləri vaxtından əvvəl kiyevlilərin döyüş  səslərini belə, eşitməməsinə nail ola biliblər. Düşmənin bütün dronları şəhərdən xeyli kənarda məhv edilib. Hələlik Kiyevdə dağıntı qeydə alınmayıb və itkilər barədə məlumat daxil olmayıb. Əməliyyat  məlumatları yenilənir və dəqiqləşdirilir. "Hava hücumu siqnallarını qulaq ardına vurmayın. Həmişə sığınacaqlara doğru gedin! Özünüzü qoruyun!" -Kiyev çəhər hərbi administrasiyasının sakinlərə müraciətində belə deyilir.

Ukraynanın istədiyi oldu: 5 min rus hərbçisi geri çəkildi...

Rusiya 5 minədək hərbçisini Ukrayna ərazisindən çıxarıb. Sozcu.az xəbər verir ki, bu barədə yazı "Voll Strit Jurnalı" məlumat yayıb. Məlumata görə, Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması səbəbindən rus hərbçiləri Ukrayna ərazisindən çıxarılıb. Çıxarılan qoşunların konkret hansı istiqamətə göndərildiyi barədə məlumat verilməyib.

Qəzza ilə bağlı danışıqlar yekunlaşdı: bəyanat gözlənilir

Dohada keçirilən Qəzza ilə bağlı danışıqlar yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN bildirib ki, danışıqların nəticəsi ilə bağlı bəyanat veriləcək. Qeyd edək ki, ötən gün və bu gün Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Dohada danışıqlar keçirilib.

Nərgiz Məhəmmədi vəhşicəsinə döyüldü - Təcili

Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi ötən həftə Tehranda həbsxanada mühafizəçilər tərəfindən vəhşicəsinə döyülüb. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb. Məlumata görə, onun xəstəxanada müalicə tələbləri qəti şəkildə rədd edilib. dirnaq modelleri Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

SON DƏQİQƏ! Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatır

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19, Qəbələ, Oğuzda 11, İsmayıllı, Xaltanda 7, Goranboyda 6, Göygöl, Naftalanda 5, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan və Şəkidə 4 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub. Əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında saniyədə 19, Beyləqanda 18, Şirvanda 15 metrədək güclənib. Klinikalar Neft daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb. Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə avqustun 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.