İlham Əliyev İsrailin müdafiə naziri ilə görüşdü

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Sozcu.az xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edildi. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olundu. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı.

Biz bir millət, 3 dövlətik - Qurtulmuş

Azərbaycan Cənubi Qafqazda Türkiyənin ən önəmli müttəfiqidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib. "Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət, üç dövlətdir. Türkiyənin Aralıq dənizində Şimali Kiprlə olan münasibəti kimi, Cənubi Qafqazda da Azərbaycanla olan münasibəti önəmlidir. Burada Azərbaycanın güclü olması Türkiyənin də öz bölgəsində güclü olması deməkdir. Eyni şəkildə də Şimali Kiprin güclü olması”, - Türkiyə Parlamentinin sədri bildirib.

Ermənistan TŞ sədri: "Rusiya öhdəliklərini yerinə yetirmir, bizi silahla təmin etmir"

"Rusiya öhdəliklərini yerinə yetirmir". Bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. O bildirib ki, Rusiyanın müqavilələrdə nəzərdə tutulan silah və sursatla Ermənistanı təmin etməməsi iki ölkə münasibətlərin gündəmində qalmaqda davam edir. TŞ sədrinin sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”. A.Qriqoryan, həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu, çox vacibdir”.

Yalnız bu əsasda sülh sazişi imzalana bilər - Əliyev

Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib. Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”. Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

İlham Əliyev Tobias Lindneri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident onu vəzifədən azad etdi

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevlə Beqay arasında təkbətək görüş başladı

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Əhməd Attafı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Erməni hərbi elementləri tərk-silah edilməlidir!

Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində o, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına qatılacaq, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səyləri...

Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. “Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

“Erməni terrorçularına yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı konkret addım atılmalıdır"

“Erməni terrorçularına yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı konkret addım atılmalıdır. Bu qüvvələr Azərbaycan ərazisində olduğu müddətdə sabitlikdən söhbət gedə bilməz. Təxribatların olması da qaçılmazdır”. Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, ​ rus sülhməramlıları öz hərbi imkanları ilə erməni silahlı birləşmələrinə ​ dəstək verir. Onlar separatçıların mövcudluğu üçün hər şeyi edir: “Hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir. Rus sülhməramlıları separatçı ermənilər üçün bütün imkanları yaradırlar”. Millət vəkili hesab edir ki, Azərbaycan güc yolu ilə də olsa, ərazilərini separatçı və terrorçulardan təmizləməlidir: “Çünki bu qüvvələri sülh və ya danışıqlar yolu ilə bölgədən çıxarmaq mümkün deyil”.