“Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb” - Paşinyan

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb”.

Sozcu.az xəbər verir ki, bunu “The Telegraph”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var: “Ötən ilin sonu bizə elə gəldi ki, yekun müqavilənin mətnini razılaşdırmağa yaxınıq. Güman edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra razılaşdırılmış maddələrin reallaşdırılmasına nail ola biləcəyik”.

Share on Facebook