“Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik” - ABŞ Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik", - Miller bildirib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyə ümidvardır.

Rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.

Share on Facebook