Qarabağın Ermənistana birləşdirilməsi nə deməkdir? - Paşinyan

"Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil”. 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən deyib. 

“Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, - Paşinyan bildirib. 

Baş nazir müxalifəti də tənqid edib: 

“Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Amma Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər. Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?”. 

Share on Facebook