Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, noyabrın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Gərgin iş rejimi, həyat qayğıları, ümumən vaxt qıtlığı kimi müxtəlif səbəblərə görə sağlamlıqla bağlı məsələlər bir çox hallarda ikinci planda qalır. Lakin unutmaq olmaz ki, məhsuldar işləmək, böyük uğurlara imza atmaq üçün sağlam olmaq ilk şərtdir. Bunun üçün isə ən azı ildə bir dəfə ümumi tibbi müayinədən keçmək olduqca vacibdir. Lakin azərbaycanlıların çox az hissəsi “check-up” müayinələrə müaricə edir. Bunun başlıca səbəbi yoxlanış qiymətlərinin yüksək olmasıdır. Yaxın gələcəkdə “check-up” müayinənin tam pulsuz olması və ya güzəştlərin nəzərdə tutulması gözlənilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev bildirib ki, hər bir şəxsin ildə azı 1 dəfə mtləq şəkildə müayinə olunmalıdır: “Check-up” müayinə hansısa xəstəliklə bağlı heç bir ciddi şikayəti olmadan belə şəxsin özünü müayinə etdirməsidir. Yəni profilaktik nöqteyi-nəzərdən “chek-up”ların olması mütləqdir. Həkimlər də hər zaman deyir ki, insanlar ildə ən az bir neçə dəfə özünü yoxlatmalıdır. Bu profilaktik tədbirlər görüləndə xəstəliklərinin qarşısı vaxtında alınır. Bu barədə öz yanaşmam var. İllik 4 resept var və bu reseptlər illərin fəsilləridir. Həmin fəsillərə də uyğun qidalanmaq və geyinmək lazımdır. Nəticədə insan özünü xəstəliklərdən qoruya bilir”. A. Əliyev qeyd edib ki, yaxın zamanlar “check-up”la bağlı məsələlər həll ediləcək: “Ancaq “check-up” müayinənin ödənişsiz olub-olmaması dövlətin qərarından asılıdır. Əlbəttə, hamı istəyər ki, “check-up” müayinə pulsuz olsun”.
Qrip tez-tez soyuqdəyməyə bənzər simptomlarla özünü göstərən viral yoluxucu xəstəlikdir. Adətən, soyuq havalarda rast gəlinən bu virus daha çox yuxarı tənəffüs yollarına təsir edir və soyuqdəymədən daha şiddətli olur. Qrip xüsusilə mövsümi şəkildə yayılan, influenza virusunun səbəb olduğu tənəffüs yolu xəstəliyidir. Sozcu.az xəbər verir ki, bu xəstəlik yüngül və ya orta şiddətli, hətta ölümcül də ola bilir. Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq Qripin ölümcül olması əsasən aşağıdakı faktorlarla əlaqəlidir: Yüksək risk qrupları: Yaşlılar, uşaqlar, hamilə qadınlar və immuniteti zəif olan insanlar qripdən daha çox təsirlənirlər. Bu qruplarda qrip bəzən ağırlaşmalara yol aça bilər. Təsir etdiyi orqanlar: Qrip bəzən pnevmoniya (ağciyər iltihabı) və ya digər infeksion xəstəliklərə səbəb olaraq ölümə gətirib çıxara bilər. Zəif müalicə və ya diaqnoz: Erkən müalicə edilməyən qrip, xüsusən bakterial infeksiyalarla qarışdıqda daha ciddi fəsadlara yol aça bilər. Ümumiyyətlə, qrip əksər hallarda öz-özünə keçib gedən bir xəstəlikdir, amma ciddi hallarda ölümcül nəticələrə səbəb ola bilər. Buna görə də, qripdən qorunma və vaxtında müalicə çox önəmlidir. Yalnız qripin deyil, həm də qripə bənzər digər tənəffüs yoluyla yayılan xəstəliklərin qarşısını almaq üçün peyvəndlər və gigiyena tədbirləri (əl yuma, maska taxma və s.) böyük əhəmiyyət kəsb edir.
“Uniklinika”nın Ağrı və Kök Hüceyrə Mərkəzinin rəhbəri doktor Vüsal Eyvazov vətəndaşı aldadıb. Bu barədə Sozcu.az saytına məlumat verən Anar Rəsullu bildirib ki, noyabr ayının 7- də Vüsal Eyvazovun qəbuluna gedərək, həyat yoldaşında yaranan şiddətli baş ağrılarının müalicəsi ilə bağlı ona müraciət edib. Anar Rəsullu bildirir ki, Vüsal Eyvazova xəstəliklə bağlı ətraflı məlumat vermiş və ona ağrıların baş verdiyi zaman çəkdiyi real videogörüntüləri göstərmişdir. Ətraflı məlumatdan sonra Vüsal Eyvazov ona bildirib ki, iynənin birinə 150 manat pul ödəyəcəyi təqdirdə ilk iynədən sonra ağrıların 80 faiz azalmasına nail olacaq. Anar Rəsullu 150 manat ödəyib və vurulan iynədən sonra ağrılar daha da şiddətlənməyə başladığını bildirir. Ağrıların dahada şiddətləndiyini görən Vüsal Eyvazov yenidən əlavə olaraq 150 manat istəyərək söz verib ki, bu iynədən sonra ağrılar mütləq kəsəcək. Xəstənin vəziyyətinin dahada ağırlaşdığını görən Anar Rəsullu növbəti 150 manatı ödəməyə məcbur olduğunu deyir. Vüsal Eyvazov məsləhət etmədən xəstəyə ən ağır iynələrdən olan "Tramadol" iynəsini vurub. Bunu da heçbir nəticəsinin olmadığnı görüb, Anar Rəsulluya, "gələn həftə növbəti ödənişi edərsən, daha bir iynəni yoxlayarıq", deyə bildirib. "Vüsal Eyvazov xəstənin müalisi ilə yox, soyğunçuluqla məşğuldur. Belə çıxır ki, mən evimi satıb, hissə-hissə Vüsal Eyvazova verməliyəm və o da müalicə əvəzinə nəticəsi olmayan ağır iynələr vurmalıdır", deyən Anar Rəsullu qeyd edib ki,ödədiyi pulların əvəzində ödənişlə bağlı ona çek verilməyib. Anar Rəsullu “Uniklinika” baş verən qanunsuzluqlar və soyğunçuluqlarla bağlı Respublika Prokurorluğuna, İqtisadi İnkişaf Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, müalicə adı ilə xəstələrin yaxınlarının cibinə gözünü dikən Vüsal Eyvazova qarşı ölçü götürməyi xahiş edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Məsələ içtimailəşdirildikdən sonra, Cəmilə İbrahimova adlı sosial şəbəkə istifadəçisi onun da, Vüsal Eyvazov tərəfindən aldadıldığını bildirdi.
Analitik Ekspertiza Mərkəzi plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da müvafiq araşdırma həyata keçirib. Sozcu.az apa-ya istinadla xəbər verir ki, ümumən 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb. 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib. Qeyd edək ki, sosial şəbəkələrdə saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısı yayılıb və bildirilib ki, siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.
Çobanyastığının müalicəvi xüsusiyyətindən əsrlər boyu geniş istifadə edilib. Sozcu.az xəbər verir ki, ağrıkəsici və iltihabəleyhinə istifadə edilən bu bitki eyni zamanda sakitləşdiricidir. Bundan başqa çobanyastığı ağır, yağlı qıdaların qaraciyərə olan ziyanını azaldır, sidik yollarını açır, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Çobanyastığı çayını dəmləmək üçün 1 ç.q quru çobanyastığı 1 fincan qaynar suda adi çay kimi dəmləyin, 15 dəqiqədən sonra süzün və bal əlavə edib yatmazdan qabaq için.
Son vaxtlar sürücülük vəsiqəsi olmayan və azyaşlı “sürücülərin” iştirakı ilə baş verən qəzaların sayı xeyli artıb. Bir çox hallarda valideynlərinin icazəsi olmadan, hətta bəzən valideynlərin razılığı ilə avtomobil idarə edən uşaqlar və yeniyetmələr praktiki sürücülük vərdişlərinin yetərincə olmaması səbəbindən qəza törədirlər. Ölkəmizdə maşın sürməyin, avtomobil sahibi olmağın xüsusi dəyər daşıması çoxlarına məlumdur. Lakin belə hallar təkcə qanunsuz formada nəqliyyat vasitəsi idarə edən şəxslərin deyil, eyni zamanda bir çox insanın da həyatı üçün ciddi təhlükə yaradır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, onsuz da qanunsuz olan bu kimi halların iri şəhərlərdə baş verməsi ciddi təhlükələrə səbəb olur: vakansiya “Sürücülük vəsiqəsi olmayan şəxslərin, xüsusən azyaşlıların nəqliyyat vasitələrini idarə etməsi qəti qadağandır. Ələlxüsus da iri şəhərlərdə bu birmənalı şəkildə yolverilməzdir. Ayağı pedallara çatmayan, sükan mexanizminə uyğun olmayan uşaqlar maşın idarə edən zaman, hər saniyə qəza riski yarada bilər. Yaxşı olar ki, valideynlər uşaqlarda avtomobil sürməyi və praktiki vərdişləri artırmaq üçün şəhərdənkənar bir məkan seçsinlər. Ekspertin fikrincə, azyaşlılar sürücülük vərdişlərini insanların olmadığı, daha açıq ərazilərdə icra etməlidir: “Təbii ki, azyaşlı olsa belə, onu avtomobil idarə etməkdən tamamilə təcrid etmək olmaz. Amma öyrənmək üçün uyğun məkanlar seçilməlidir. Belə təcrübələrin yeri şəhər mərkəzi deyil. Bu cür yanlış addımların nəticəsi bədbəxt hadisələrlə müşayiət olunan qəzalar olur. Sürücülük vəsiqəsinin əldə edilməsi üçün standart yaş nəzərdə tutulub. Hər kəs vaxtı çatanda bu vəsiqəni ala və nəqliyyat vasitəsini idarə edə bilər”.
“Dünyada 1-59 aylıq uşaqlarda ishal ən çox görülən üçüncü ölüm səbəbidir”. Bunu Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin müdiri, həkim Soner Sertan Kara deyib. O, ishalın uşaqlarda ümumi sağlamlıq problemi olduğunu və xüsusilə körpələr və uşaqlar üçün ciddi risklər daşıdığını bildirib: “İshal adətən ürəkbulanma, qusma, qızdırma, qarın ağrısı, sancılar ilə müşayiət olunur. Bu infeksiyalar mikroblar, çirkli qidalar, içməli su və ya gigiyena qaydalarına riayət edilməməsi nəticəsində insandan insana keçir. İshalın ən böyük təhlükəsi susuzlaşdırmadır. Şiddətli simptomlara yuxululuq, gözlərin batması, su içmək istəyinin azalması, aşağı qan təzyiqi, sürətli nəbz və sidik həcminin azalması daxildir. Uşaq 6 aydan kiçikdirsə və ya xroniki xəstəliyi varsa, mütləq həkimə müraciət etmək lazımdır. İshal qarşısı alına bilən və müalicə oluna bilən xəstəlikdir”.
Tibbdə miokard infarktı kimi tanınan infarkt, ürək əzələsinin kifayət qədər qan axını və oksigen ala bilməməsi və ürəyi qanla təmin edən damarlarda yağ və xolesterin yığılması nəticəsində yaranan tıxanma nəticəsində ölməyə başlamasıdır. Yenisabah.az xəbər verir ki, miokard infarktı olaraq da bilinən infarkt, koronar damarların tıxanması nəticəsində ürək əzələsinə oksigenlə qan axınının azalması və ya tamamilə dayandırılması şəklində toxuma ölümü olaraq təyin edilə bilər. Xüsusilə infarkt zamanı bir neçə dəqiqəlik sinə ağrısı və ya sıxılma hissi kimi simptomlar ürək əzələsinin oksigendən məhrum olmasından qaynaqlanır. Ürək-damar sisteminin qəfil tıxanması nəticəsində meydana gələn infarktda ən vacib məqam, ürək ağrısı kimi əlamətlər görünən kimi insanın tam təchiz olunmuş xəstəxanaya müraciət etməli və sağlamlıq xidməti almasıdır. Çünki orta hesabla infarktdan ölənlərin yarısı infarkt başlayandan sonrakı ilk saat ərzində baş verir. Əslində, infarkt zamanı ilk yardıma mümkün qədər tez başlansa, tıxanmış damarı açan müalicə üsulları ən qısa zamanda tətbiq oluna və ürəyin zədələnməsinin qarşısı alına bilər. Xəstənin xəstəxanada müalicəsində vacib olan, tez diaqnoz qoyulması və lazımi müdaxilədir. vakansiya İnfarkt zamanı insan tək olarsa; Ürək böhranı zamanı tıxanmış damarı açmaq üçün insanın edə biləcəyi heç bir manevr yoxdur. İlk növbədə, ağrılar başlayan kimi xəstə yaxınlarına zəng edərək vəziyyəti onlara bildirməlidir. Yerin qapısı açıq qalmalıdır. Bu yolla köməyə gələcək adamın işi asanlaşar. Güclü öskürək müvəqqəti olaraq qan axını artıra bilər. Başlanğıc laxtanın yerindən çıxma ehtimalı çox aşağı olsa da, insan burun dəliklərini bağlamalı və güclə öskürməlidir. Əgər evdə aspirin varsa, onu bir stəkan su ilə qəbul etmək lazımdır. Bundan əlavə, heç vaxt bir şey yeməməli və içməməlisiniz. Oksigenin otağa daxil olması üçün pəncərə açılmalıdır. Uzanaraq və ya oturaraq kömək gözləməlisiniz. Ayaqda dayanmamalısınız. Çünki xəstəxanaya ürək tutması ilə gələn xəstənin travma problemi olmamalıdır. Bir şəxs yıxılıb başı harasa dəysə, başdan vurulan zərbə səbəbiylə infarktın müalicəsi mümkün olmaya bilər. Ağrıları azaltmaq üçün məşq edilməməlidir. Heç vaxt soyuq və ya isti suyun altına girməməlisiniz. Xüsusilə soyuq su belə vəziyyətlərdə çox təhlükəlidir. Çünki ürək damarlarını daraldır və tıxanmayan damarların daralmasına səbəb olur. Yanınızda kimsə infarkt keçirirsə; Əgər sağlamlıq təcrübəniz yoxdursa, infarkt keçirən birinə müdaxilə etməyin, heç bir dərman vasitəsi verməyin. Dərhal təcili yardıma müraciət edin və xəstəni ən yaxında yerləşən tam təchiz olunmuş xəstəxanaya çatdırın. Bu vaxt infarkt keçirən şəxsi uyğun yerə yatırın. Ayaqları ürək səviyyəsindən yuxarı qaldıraraq ürəyə qan axını artırmağa çalışın. Dar paltarları açmaq və ya qalstuku açmaq kimi köməkliklər edin. Əsas odur ki, xəstəni müayinə və müalicələrin yerində və lazımi qaydada həyata keçirilə biləcəyi xəstəxanaya çatdırasınız.
Hər il 19 milyona yaxın insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Yenisabah.az xəbər verir ki, həkimlər diabet xəstələrində infarktın fərqli şəkildə irəlilədiyini qeyd edirlər. Ürək-damar xəstəlikləri arasında infarktın ən ölümcül olduğuna diqqət çəkən kardioloqlar vətəndaşları ürək böhranına qarşı diqqətli olmağa səsləyir. azal vakansiya Şəkər xəstələrinin 30 faizi gizli infarkt keçirir. Ən qorxulu və ümumi ürək-damar xəstəliyi infarktdır. Ürək böhranı döş qəfəsinin ortasında ağrı, ürək döyüntüsü, nəfəs darlığı və qəfil huşun itirilməsidir. Xüsusilə gənclərdə infarkt əlamətləri olaraq mədə ağrıları, ürəkbulanma və ürək yanması daha çox müşahidə olunur. İnfarktın ən əhəmiyyətli əlamətlərindən birinin ağrı olduğunu bildirən həkimlər deyir ki, ürək damarları ilə bağlı ağrılar daha spesifik xarakterlidir və bu ağrının müəyyən bir xarakteri var. Ürək arteriyası 100 faiz tıxanmayan xəstə hərəkət edərkən ağrı hiss edir. Ürəyin oksigenə ehtiyacı artır deyə bu tip ağrılar ortaya çıxır. Ağrı sinənin ortasındadır. Nə sağda, nə də solda. Bu ağrı yanma şəklindədirsə, çənə və sol qola doğru, sol çiyinə doğru yayılır. Beləliklə, yayılmağın bir yolu var. Əgər ağrı güclə, yəni 100 faiz tıxanmayan vena ağrıları ilə əlaqədardırsa, xəstə istirahətə getdikdən və ya dilaltı dərmanlarla aradan qaldırıldıqdan 3-5 dəqiqə sonra ağrı yox olur. Amma onun daha inkişaf etmiş forması ürək damarının 100 faiz tıxanmasıdır. Bu vəziyyətdə ağrı yenidən sinə ortasında olur; Sol qola, sol çiyinə və alt çənəyə yayılır. Bu, ürəkbulanma və qusma ilə müşayiət olunur. Ağrı yarım saatdan çox davam edir. Ağrı arxa bölgəni də əhatə edir. Belə ağrı tipik infarkt ağrısıdır. Ürək-damar xəstəlikləri həm ölkəmizdə, həm də bütün dünyada ən çox yayılmış ölüm səbəbidir. Hər il dünyada 19 milyona yaxın insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Diabet xəstələrinin 30 faizi ürək böhranlarının heç bir ağrısız meydana gəldiyinə diqqət çəkən. həkimlər "Səssiz infarkt” 'gizli infarkt' kimi özünü göstərə bilər. Siqaret çəkmək əsas risk faktorlarından biridir. Hərəkət etmək belə xəstələr üçün xüsusilə vacibdir, çünki hərəkətsizlik çəki artımı ilə yanaşı ürək-damar xəstəliklərinə səbəb olan metabolik sindroma səbəb olur. Yenə də diabeti nəzarət altına almalıyıq. Hipertoniya ürək-damar xəstəliklərinə yol açır. Xüsusilə hazır, emal olunmuş, qatqılı qidalar və şəkərli qidalardan istifadə etməməliyik. Genetik faktorlar olsa belə, dəyişdirilə bilən risk faktorlarını aradan qaldırdıqda ürək-damar xəstəliklərini 50 faizə qədər azalda bilərik. Bu, kişilərə, qadınlara, qocalara və gənclərə də aiddir. Daha çox hərəkət etmək, az yemək və risk faktorlarını müalicə etmək ürək-damar xəstəliklərinə qalib gəlməyin yollarıdır. “Xüsusən ağır idman növləri olmasa da, yüngül idmanla məşğul olmaq, yürüyüş etmək məqsədəuyğun hesab edilir.
Ümumdünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyib. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər. Sozcu.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir. Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir. Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır. Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar.
Hindistanda ötən gün bir nəfərin nipah virusundan ölməsindən sonra hökumət ilkin olaraq Kerala ştatında karantin rejimi elan edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yeni qərarla virusun sürətlə yayıldığı əsas gətirilərək vətəndaşların tibbi maskadan istifadəsi məcburi hesab olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı sözü gedən ölümcül virusun müalicəsinin olmadığını açıqlayıb. Qurumun bir müddət əvvəl yaydığı rəsmi açıqlamada onun dünyada sürətlə yayılma riskinin olduğu qeyd edilib.