Alimlər sübut edib ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur. Medicina.az xəbər verir ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində karies, aşınma yaranır. Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır. Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır. Bu qədər miqdarı almaq üçün gərək 5 stəkandan çox çay və su içəsiz. Azərbaycanda səhər-axşam ən çox içilən içki çay olduğu üçün insanların, uşaqların sümük və dişlərinin zəifləmə səbəbidir.
Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdim. Fiziki qüsurlu və əlillər xəstəxanaya Acil şöbəsindən daxil olur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb "müasir" xəstəxana tikilib, amma xəstəxanaya gəlmiş fiziki qüsurlu və əlillərin daşınması üçün araba tapılmır. Bundan əvvəldə bir neçə dəfə həmin xəstəxanaya onun Acil şöbəsindən daxil olmuşam, Xəstəxanaya məxsus sadəcə 5-6 əlil arabasına rast gəlmişəm. Onlardan da bir neçəsi sıradan çıxıb və istifadə müddəti bitib. Bildiyimiz kimi Şəmkir rayonu əhalisinin sayına görə ikinci ən böyük rayondur və gün ərzində minlərlə vətəndaş müalicə məqsədilə xəstəxanaya üz tutur. Xəstəxanadakı vəziyyətə baxanda vətəndaşlar sağalmaq əvəzinə xəstəlik tapır. Vətəndaşlar əlil arabası tapmadığından məcburi şəkildə öz xəstə yaxınını əlində çətin şəkildə aparmaq məcburiyyətində qalır. Xəstəxananın içərisinin sürüşkən olması vəziyyəti dahada çətinləşdirir. Bununla yanaşı əlil xəstələrin daşınması üçün nəzərdə tutulmuş tibbi xidməti personalda mövcud deyil. Xəstənin yaxını əlində birtəhər və məcburiyyətdən xəstəni sürüyür, Xəstəxananın Acil şöbəsinin növbətçi həkimi daxil hamısı bu mənzərəyə baxaraq gözlərini döyməklə məşğuldurlar. Birsözlə Səhiyyə Nazirliyi, TƏBİB, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Şəmkir rayonu rəhbərliyi bu biabırçı duruma bir əlac qılın. Xəstələr Xəstəxanaya şəfa tapmaq üçün üz tutur, xəstəlik tapmaq üçün yox. 220 minlik əhalisi olan rayona 5 əlil arabası xidmət etməli deyil, utandırıcı mənzərəyə diqqətlə baxın və nəticə çıxarın. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının baş redaktoru
“Səhər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi gecələr ağız suyunun ifrazının kəskin azalmasıdır. Xoşagəlməz qoxunun birbaşa əmələ gəlmə səbəbindən asılı olmayaraq əsas səbəbi ağız suyunun azlığı,yetməzliyidir. İnsanın ağız boşluğunda milyonlarla bakteriyalar yaşayır ki, onlar da ağızda ilişib qalmış qida qalıqlarının tərkibində olan zülal ilə qidalanır. Onlar da öz növbəsində kəskin qoxulu (üfunətli) qazlar xaric edir. Ən çox tanınan kükürd ( lax yumurta qoxusu) və metilmerkaptandır (zibillik qoxusu)”. Bunu Moderator.az-a Ağızdan gələn xoşagəlməz qoxunun ancaq mədədən qaynaqlanması ilə bağlı açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb: “Ağız boşluğunda olan bakteriyalar havasız şəraitdə artıb çoxalırlar. Ağız suyunun tərkibində oksigen bol olduğu üçün bakteriyaların artıb çoxalmasının qarşısını alır. Ünsiyyət zamanı narahatlığa səbəb olan xoşagəlməz ağız qoxusu daha çox ağız suyunun ifrazı azalanda yaranır. Məsələn gecə yuxuda ikən. Bu səbəbdən də səhər oyanarkən ağızdan gələn xoşagəlməz qoxu hər kəsə tanışdır. Həyəcan, aclıq ,uzun zaman davam edən monoloq, ağızdan nəfəs almaq-bütün bunlar ağız boşluğunun qurumasına,ağızda xoşagəlməz qoxuya səbəb olur. Ağızdan gələn xoşagəlməz qoxunun səbəblərindən biri də hələ tam olaraq araşdırılmasa da stressdir. Yaşla əlaqədar olaraq da ağız suyunun ifrazı azalır. Bu səbəbdən də yenidoğulmuş, körpə uşaqlarda ağız qoxusu daha təravətli olur və ağız boşluğunda bakteriyaların miqdarı kifayət qədər az olur. Yaşlılarda isə əksinə ağız boşluğunda bakteriyaların miqdarı çox olur. Yaxın dövrlərə qədər belə bir fikir vardı ki, əgər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi tam olaraq məlum deyilsə, o zaman qoxunun səbəbi diş ətinin iltihabı-periodontitdir. Dişlərin üzərinə çökən ərp dişin və dişətinin qidalanmasını pozur, oksigen azlığı yaranır və bu mühitdə anaerob bakteriyalar (çoxalması üçün oksigenə ehtiyacı olmayan) artıb çoxalır,nəticədə dişəti xəstəlikləri və pis qoxu yaranır. Bakteriyalar ağız boşluğunda dilin üst səthindəki mikroskopik məməciklərdə ərp ilə selikli qişanın arasında artıb çoxalırlar. Dişləri adi qaydada yuyarkən bu koloniyanı təmizləmək mümkün deyil. Dilin məməcikləri üzəri tüklü xalçaya bənzəyir və ən dərinliyinə qədər təmizləmək lazımdır. Təmiz dil çəhrayı rəngdə olur. Ağ ərp orada milyonlarla bakteriyaların olduğunu bildirir. Səhərlər ağızdan gələn xoşagəlməz qoxunu yox etmək üçün dişləri fırçalamaq, bu zaman təkcə dişləri deyil, eyni zamanda dilin üzərini, damağı və yanaqların iç səthini də təmizləmək lazımdır. Bundan başqa ağızda qida qalıqları qalarsa,diş çöpündən istifadə etmək də məqsədəuyğundur. Ağız suyunun azlığından əziyyət çəkən şəxslər daima yanında su, saqqız, sovurma konfet və s. saxlamalıdırlar. Limonlu su ağız suyu vəzisini qıcıqlandıraraq daha çox işləməsinə,ağız suyu ifrazının artmasına səbəb olur. Ağız boşluğunu yaxalamaq o qədər də effektiv metod sayılmır, çünki bakteriyalar diş ərpi və selikli qişa arasında sanki qorunurlar .Bu səbəbdən aptekdə adətən tərkibində spirt olan məhlullar deyil, xlorheksidin tərkibli məhlullar məsləhət görülür. Çünki spirt ağız suyunu qurudur və nəticədə qoxu daha da artmış olur. Ağız qoxusu ilə mübarizədə ən ucuz və effektiv vasitə duzun suda hipertonik məhluludur (1 stəkan suya 1xörək qaşığı duz). Hər istifadə zamanı hipertonik məhlul yeni hazırlanmalıdır. İstifadəsi zamanı hipertonik məhlul selikli qişanı təmizləyir,şişkinlik və iltihabı azaldır,bakteriyaların artıb-çoxalmasının qarşısını alır, badamcıqların lokunalarına daxil olaraq eyni prosesi orda da yerinə yetirir. Bəzi qidaların,məsələn sarımsağın ağızda qoxu yaratdığını çoxları bilir,lakin çox az adam bilir ki bu qoxunun yaranması üçün sarımsağı yemək vacib deyil. Məsələn sarımsağı pəncə nahiyyəsinə sürtəndə dəri məsamələrindən orqanizmə daxil olaraq qana keçir,qan vasitəsilə ağciyərlərə gəlir və ağızdan tənəffüs zamanı hava ilə qarşıdakı insana ötürülür, sanki ağızdan sarımsaq qoxusu gəlir kimi effekt yaranır”. Həkim, onu da qeyd etdi ki, ağızdakı qoxunun yaranmağının bir çox səbəbləri ola bilər. “Ağızda quruluq hər hansı xəstəliyin əlaməti ola bilər. Odur ki ağız qoxusu ilə mübarizədə qoxunu yaradan səbəb araşdırılmalıdır. Məsələn diafraqmal yırtıq zamanı mədə diafraqmadan döş qəfəsinə ..sıxılır.., mədə möhtəviyyatı qida borusuna atılır və bu zaman ağızdan qəbul olunmuş qidanın qoxusu gəlir. Tənəffüs yollarının infeksiyaları da öz növbəsində ağızdan gələn xoşagəlməz qoxuya səbəb olur. Burun tənəffüsü mümkün olmadığı üçün ağızdan nəfəs alındığı zaman ağız boşluğunda bakteriyaların çoxalması üçün münbit şərait yaranır. Bu səbəbdən həkim müayinəsi mütləqdir. Bundan başqa bəzi dərman preparatları (allergiya əleyhinə, sidikqovucu, antidepressant, sakitləşdirici və hipertoniya xəstəliyi zamanı istifadə olunan dərmanlar) ağız suyu ifrazını azaldır. Pəhriz saxlayan şəxslərdə də ağız qoxusu qaçılmazdır. Buna səbəb ağızda olan quruluq və yağların parçalanması nəticəsində əmələ gələn asetondur. Pəhriz saxlayan şəxslər xüsusilə ağız boşluğu gigiyenasına diqqət etməli və mümkün qədər bol maye qəbul etməlidir. Bəzi qadınlarda menstruasiya öncəsi ağızdan xoşagəlməz qoxu hiss olunur. Səbəb olaraq hormonal dəyişikliklər göstərilir. Hekiminizde muayine olunun ve daima saglam qalın”.
İsti yay günlərində əksər insanlar təmiz havadan çox kondisoner işləyən ortamlarda vaxt keçirdirlər. Bəs, uzun müddət kondisoner işləyən qapalı məkanlarda vaxt keçirtməyin insan sağlamlığına nə kimi ziyanları ola bilər? Həm istidən, həm də kondisonerin zərərindən qorunmağın başqa yolları varmı? Mövzu ilə bağlı Rəşid Mahmudov Moderator.az-a danışdı: “Kondisoner insan orqanizimi üçün çox zərərlidir. Sanki insanı soyuducuya qoyursan. Biri var havanı soyudasan, kondisioneri soyudub girəsən ora. Bir otağı soyutduqdan sonra orada otura bilərsiniz. Amma soyuq havanın sizi vurması bədəni qurudur. Kondisioner istifadəsi qorxuludur. Həmin zərərlərdən biraz da olsa qorunmaq üçün onu düzgün işlətməyi bacarmaq lazımdır. Əks halda insanlarda bir çox problemlərin yaranmağına yol aça bilər. Həmin zərərlərdən də qorunmaq üçün kondisoneri qoşduğunuz otağda onu söndürdükdən sonra vaxt keçirtmək daha məqsədəuyğundur. Əks halda kondisoner bütün insan əzələlərini qıc edir və başqa-başqa problemlərə yol açır”.
"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər". Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Stanislav Sosnovski xəbərdarlıq edib. Uroloqun sözlərinə görə, yuxusuzluq, daimi yorğunluq hissi, yaddaş problemləri, qaşınma və dərinin quruması da böyrəklə bağlı problemlərin olduğuna işarə edə bilər. "Əgər siz tez-tez tərləyirsinizsə, enerji çatışmazlığından əziyyət çəkirsinizsə və tez yorulursunuzsa, bu həmişə həkimə müraciət etmək üçün bir səbəbdir. Böyrək xəstəlikləri zamanı sadalanan əlamətlər ilk ortaya çıxanlar arasındadır", - deyə həkim bildirib. Böyrək xəstəliyi zamanı dəri problemləri bədəndəki mineralların və mikroelementlərin balansının pozulması səbəbindən başlayır. "Siz həmçinin qan hissi, metal dadı və ağız qoxusuna qarşı da diqqətli olmalısınız", - Sosnovski əlavə edib. Bundan əlavə, böyrək problemləri şişkinlik, nəfəs darlığı və qan təzyiqi problemlərinə, həmçinin bütün bədəndə narahatlıq və ağrıya səbəb ola bilər.
İnsanlarda xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri də düzgün qidalanmama, orqanizm üçün təhlükəli və zərərli qida məhsullarının müntəzəm istifadəsidir. Bir sıra belə qida məhsulları və içkilər var ki, kiçik ərzaq mağazalarından tutmuş iri marketlərə kimi hər addımbaşı onlara rast gəlirik. Bu məhsulları istehsal edənlərin "peşəkar"lığı isə ondan ibarətdir ki, həmin məhsullar zərərli olduğu qədər də insana dadlı və ləzzətli gəlir. Nəticədə isə pulumuzu verib əvəzində xəstəlik alırıq. Sağlamlıq üçün zərərli olan qida məhsulları hansılardır? Kolbasa və sosislər. Danılmaz faktdır ki, əksər insanlar tənbəlliyi ucbatından və əlavə əziyyətdən can qurtarmaq üçün günortalar ayaqüstü kolbasa və sosislərlə qidalanmağa üstünlük verirlər. Unutmaq lazım deyil ki, bu cür ət məhsullarının tərkibinə qatılmış əlavələr, iç piyləri, müxtəlif aromatizatorlar, dadverici komponentlər, hətta donuz dərisi insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir. "Bəh-bəh" reklamlara uyub bu qida məhsullarına aludə olmayın. Qazlı və şirin içkilər. Sözsüz ki, kolbasa və sosisləri yedikdən sonra üstündən qazlı, şirin içkilərin içilməsinin də nə qədər "ləzzətli" olduğu hamımıza yaxşı məlumdur. Tərkibi bir toplum kimyəvi maddələrlə, şəkər və şəkər əvəzedicilərlə, rənglərlə zəngin olan bu cür içkilərin özü opqanizm üçün təhlükəli olmaqla yanaşı, o, həm də əvvəlcə qəbul olunmuş qida məhsullarındakı zərərli maddələrin orqanizmə rahat yayılmasına şərait yaradır. Bu içkilərin göz oxşayan rənglərinə, "gəl-gəl" deyən görünüşünə aldanmayın. Mayonez və ketçup. Mayonez və ketçubun damağımıza xüsusi dad verdiyini hamımız yaxşı bilirik. Amma bu dadın arxasında dayanan təhlükə və zərərlərdən çoxumuz xəbərsizik. Onların tərkibində olan kimyəvi rəngləyicilər, müxtəlif əlavələr bir çox xəstəliklərin inkişafında fəal iştirak edir. Odur ki, damağınızın dadını başqa faydalı qida məhsulları ilə əvəzləsəniz xoşagəlməz problemlərdən uzaq olarsınız. Çipsi. İnsanlar üçün çipsilər qida məhsulundan daha çox sevimli məşğuliyyətə çevrilib. Xüsusilə, televizor qarşısında saatlarla əyləşməyi sevənlər çoxsaylı çeşiddə satılan çipsilərlə asudə vaxtlarını daha "dadlı" keçirirlər. Ancaq bu vərdişdən əl çəkmək istəməyənlər onu bilməlidirlər ki, sevimli çipsiləri damarların kirəcləşməsindən, maddələr mübadiləsinin pozulmasından savayı onların mədəsində də ciddi xəstəliklərin yaranmasına səbəb olacaq. Konservləşdirilmiş qida məhsulları. Konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da onlar çox qısa bir zamanda daxili orqanları narahat edir. İstənilən qida məhsulunun konservləşdirilməsində müxtəlif kimyəvi maddələr iştirak edir. Bu isə ən ciddi xəstəliklərin yaranmasının başlanğıcı ola bilər. Şokolad batonları. Şokolad batonları orqanizm üçün ən zərərli qida məhsullarından biridir. Belə şokoladlar orqanizmi yüksək kalori ilə yükləməkdən savayı, tərkibindəki kimyəvi maddələrlə sağlamlığımız üçün təhlükə yaradır. Özü şirin olsa da yeyildikdə nəticəsi acı olur. Tez hazırlanan qida məhsulları. Tez hazırlanan qida məhsullarının siyahısında orqanizm üçün faydalı nə isə tapmaq mümkün deyil. Fastfudlar, dönər, hanburqer, kartof frisi və bu kimi ayaqüstü yeməklər sağlamlığa zərbə vuran qida məhsulları arasında birincilər sırasındadır. Yuxarıda adları sadalanan qida məhsullarının orqanizm üçün zərərini nəzərə alaraq onlardan vaxtında imtina etməyi bacarın. Pulunuzu faydalı qida məhsullarına xərcləyin./Medianews.az
İsti yayı yaxşı keçirmək üçün çoxlu maye qəbul etmək vacibdir. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunun üçün müxtəlif qidaları qəbul etmək şərtdir. Həmin qidaları təqdim edirik: Təzə sıxılmış meyvə suyu: İsti havalarda maye ehtiyacını təzə sıxılmış meyvə suları ilə ödəyə bilərsiniz. Gündə yarım və ya 1 stəkan meyvə suyu içilə bilər. Meyvə suyunun təzə olmasına və tərkibində şəkər olmamasına diqqət edin. Təbii qazlı su: Suyu təbii qazlı su ilə əvəz edə bilərsiniz. Gündə 1 butulka qazlı su içə bilərsiniz. Lakin mədə xəstəliklərindən əziyyət çəkənlərə qazlı su içmək tövsiyə olunmur. Qazlı suyu acqarına içmək olmaz. Ayran: Ayran ən sağlam içkisidir. Aşağı düşən təzyiqi normaya salmaq üçün ayranın içinə azca duz əlavə edə bilərsiniz. Çay: Antioksidant özəlliyi olan çayın bu özəlliyini itirməməsi üçün onu 5-7 dəqiqə dəmləmək lazımdır. Çay iftardan sonra dəmiri yuyub apardığından dolayı içmək tövsiyə edilmir. Yeməkdən 50 dəqiqə sonra açıq və limonlu çay içə bilərsiniz. 4-5 stəkandan artıq olmaz. Qəhvə: Gündə 1 stəkan qəhvə günlük kofein ehtiyacını ödəyir. Yay aylarında açıq qəhvə içmək daha doğru olar. Su: Həyat mənbəyi olan suyu gündə ən az 7 stəkan içmək lazımdır. Su içmək ürəyinizi bulandırırsa, içinə meyvə dilimləri ata bilərsiniz. Süd: Bir stəkan ilıq süd içmək gün ərzində susamağa qoymur. Şaftalı kompotu: Şaftalını suda qaynatdıqdan sonra suyunu süzün. İçinə çox az şəkər əlavə edin. Daha sonra soyuducuda saxlayın. Şaftalı suyu mədə və bağırsaqlara yaxşı təsir etdiyi kimi susamağa da qoymur. Pomidor suyu: Pomidor suyu da susamağa qoymayan qidalar arasında gəlir. Tərkibində maqnezium, lif, kalium və kalsium var. Kefir: Kefiri hazırladıqdan sonra soyuducuya qoyun. Kefir həm gün ərzində tox saxlayır, həm də susamağa qoymur. Xurma: Tərkibindəki maqnezium, kalium və dəmir orqanizmi enerji ilə təmir edir. Gün ərzində susamağa qoymur.
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır. Sozcu.az xəbər verir ki, kənd təsərrüfatı sektorundan istixana qazı emissiyalarını azaltmaq üçün texnologiyanın inkişafında qabaqcıl olan "Arkea Bio Corp" artıq yeni bir peyvənd hazırlamağa başlayıb və A seriyası üçün 26,5 milyon dollar vəsait toplayıb. Bildirilib ki, "ArkeaBio" gövşəyən heyvanlardan (buynuzlu mal-qara, qoyun və keçilər daxil olmaqla) metan emissiyalarını kəskin şəkildə azaltmaq üçün innovativ peyvənd hazırlayır və peyvəndlərin qlobal ət və süd istehsalının sürətlə karbonsuzlaşdırılmasında sərfəli həllərdən biri olacağını gözləyir. Məlumata görə, "ArkeaBio" ilk böyük sərmayəsini 2022-ci ilin sonunda amerikalı iş adamı Bill Qeyts tərəfindən təsis edilmiş "Breakthrough Energy Ventures" investisiya fondundan alıb. Dünya İqtisadi Forumu (WEF) planı dəstəkləyərək, bunun "iqlim böhranına mühüm cavab" olduğunu bildirib. Britaniyanın əczaçılıq nəhəngi "GlaxoSmithKline" (GSK) dekabr ayında öz saytında yazıb ki, "İqlim dəyişikliyi qarşısında vaksinlər kritik, lakin qiymətləndirilməmiş rol oynayır". Qeyd olunub ki, koronavirus peyvəndinin istehsalçısı olan "AstraZeneca" şirkəti də öz iqlim vaksinlərinin istehsalında iştirak etmək istəyir.
Artıq yay fəslinin gəlməsinə çox az vaxt qalıb. Havaların isinməsi ilə bərabər bu fəsildə bir çox xəstəliklər də ortaya çıxır. Mütəxəssislər belə xəstəliklərdən qorunmaq üçün bəzi qaydalara əməl etməyi tövsiyə edir. Yay aylarında qidalanmadan tutmuş bayram planlarına kimi bir çox məsələlərə hər zamankindən daha çox diqqət yetirmək lazımdır. Yay aylarında ortaya çıxan xəstəlikləri təqdim edirik: DİZENTERİYA Nəcis, zəif yuyulmuş əllər və qida ilə ötürülür. Yüksək hərarət, qusma, qanlı ishal, iştahsızlıq və halsızlıq var. Qorunmaq üçün əl və tualet gigiyenasına diqqət yetirilməli, meyvə və tərəvəzlər bol sirkəli su ilə yuyulmalıdır. Onun müalicəsində mütləq həkim tərəfindən təyin olunan antimikrob dərmanlardan istifadə edilməlidir. Bəzən xəstəxanada müalicə tələb oluna bilər. QİDA ZƏHƏRLƏNMƏSİ Əsasən stafilokok adlı bakteriyaların toksinləri səbəb olur. Nadir hallarda E.coli və salmonella da buna səbəb ola bilər. Stafilokok toksinləri ən çox çiy/bişmiş ət, qaymaq, dondurma və açıq saxlanılan qidalarda olur. Qusma, ishal və halsızlıq çirklənmiş yeməkdən 6-8 saat sonra başlayır. Bu proses səs-küylü olsa da, təxminən 12 saat ərzində özbaşına tamamlanır. Antibiotik müalicəsinə ehtiyac yoxdur. İtirilmiş maye və elektrolitlər ağızdan və ya venadaxili olaraq doldurulur. ROTA VİRUSU Rota virusu xüsusilə 5 yaşa qədər uşaqlarda bağırsaq iltihabına səbəb olan virusdur. Xəstəlik şiddətli qızdırma, ishal və qusma ilə özünü göstərir, nəcislə keçir, bütün fəsillərdə müşahidə olunur. Şiddətli susuzlaşdırma səbəbiylə ölümə səbəb ola bilər. Xüsusi dərman yoxdur, qorunmaq üçün peyvənd hazırlanıb. TURİST VİRUSU Səyahət, tətil və ya iş səfəri kimi səbəblərlə səyahət edən insanlarda görülür. Xəstəliyə E.coli və ya giardia adlı mikroblar səbəb olur. Ümumiyyətlə, inkişaf etməmiş coğrafiyalara səfərlər zamanı daha tez-tez müşahidə olunur. Onun müalicəsində antimikrobiyal preparatlar istifadə olunur. Əsas səbəb əl və tualet gigiyenasına riayət edilməməsidir. SALMONELLA İNFEKSİYASI Ən tipik nümunələr tif və paratifdir. Yüksək hərarət, halsızlıq, ishal, oynaq ağrısı və qarın ağrısı tez-tez rast gəlinir. Nəcislə ötürülür. Onun vasitəçiləri əllər və yeməklərdir. Ümumiyyətlə, xəstəxanaya yerləşdirmə və antibiotik dəstəyi ilə müalicə tələb olunur. ƏL-AYAQ-AĞIZ XƏSTƏLİYİ Bu, ən çox uşaqlarda rast gəlinən, yaxın təmasla ötürülən və ən çox koksiki və enterovirusların səbəb olduğu bir xəstəlikdir. Adından da göründüyü kimi, ağızda çox ağrılı yaralar və əl və ayaqların daxili hissəsində ağrılı şişliklər ilə xarakterizə olunur. Xüsusi müalicə yoxdur. Müalicə zamanı ağrıkəsicilərdən istifadə olunur. KONJUNKTİVİT Bu, gözün ağ cizgilərini çəkən konyunktivanın iltihabıdır. Çox ağrılıdır. Adətən exoviruslar, enteroviruslar səbəb olur. Üzgüçülük hovuzları, ortaq dəsmallar və çirkli əllər vasitəsilə ötürülür. Bakterial infeksiya tez-tez əlavə olunduğundan, müalicə antibiotik göz damlaları ilə həyata keçirilir. SU ÇİÇƏYİ Varicella zoster virusu törədicidir, çox yoluxucu xəstəlikdir. Kontakt və ya hava yolu ilə ötürülür. Xüsusi müalicə yoxdur. Peyvənd 1995-ci ildən səmərəli şəkildə həyata keçirilir. LYME XƏSTƏLİYİ Çox geniş simptomlar qrupuna malikdir və hər bir sistemə təsir göstərir. Borrelia adlı mikroorqanizm tərəfindən ötürülür. Antibiotik müalicəsi ilə uğurlu nəticələr əldə edilir. XARİCİ QULAQ KANALININ XƏSTƏLİKLƏRİ Onlar xarici otit və ya "üzgüçü qulağı" kimi tanınır. Yaz aylarında çox tez-tez görünürlər. Onlar bakterial və ya mantar infeksiyalarıdır. Onlar çox ağrılıdır və eşitmə itkisinə səbəb olur. Onlar üzgüçülük, suya dalma və ya qulağı yad cisimlə qarışdırmaq nəticəsində baş verir. Onlar ağrıkəsicilər və antimikrobiyal qulaq damcıları ilə müalicə olunur. Üzgüçülük zamanı qulaqcıqlardan istifadə etmək və qulaq kirini xarici qulaq kanalına salmaqdan çəkinmək lazımdır./Yenisabah.az
Demək olar ki, hər 3 insandan biri tez-tez başgicəllənməsi ilə üz-üzə qalır. Lakin bu vəziyyəti yaradan səbəblər haqqında çox az adam məlumatlıdır. Bu gün sizə başgicəllənməsinin ən geniş yayılmış 11 səbəbindən danışacağam. Susuzluq və maye itirilməsi başgicəllənməsinin ən geniş yayılmış səbəblərindəndir. Əgər qəbul etdiyimiz mayenin miqdarı itirdiyimiz mayenin miqdarından azdırsa, bədənimiz susuzluq çəkir. Xüsusilə, isti havalarda başgicəllənməsinə çox rast gəlinir; Təzyiqin aşağı olması. Aşağı təzyiqin insanın ümumi vəziyyətinə mənfi təsiri var. Bu hal insanlar arasında daha geniş yayılıb. Məsələn; oturduğunuz yerdən anidən ayağa qalxanda başgicəllənməsi olur. Səbəbsiz yerə tez-tez təzyiqiniz düşürsə, bunu həkiminizə bildirin. Çünki aşağı təzyiq bəzən hansısa ciddi xəstəliyin xəbərçisi ola bilir; Panika və əndişə. Həyəcan pozğunluğu və panika, nigaranlıq da başgicəllənməsinə gətirib çıxara bilir. Bəzən aldığımız hansısa pis xəbər buna səbəb ola bilir. Sağlamlığınız üçün ruhi sabitliyinizi qorumalısınız; Yuxusuzluq. Adətən, bu səbəb o qədər də ciddiyə alınmır. Lakin unutmaq olmaz ki, 7 saatdan az yatırsınızsa, başgicəllənməsinin olması labüddür. Yuxusuzluq nəinki baş gicəllənməsi, bir sıra psixoloji və fiziki problemlərə də səbəb olur. Ona görə yuxu rejiminizə diqqət edin. Qanda şəkərin səviyyəsinin aşağı düşməsi. Bu hal baş verərsə, xüsusilə, insulin müqaviməti varsa, yeməkdən əvvəl, yaxud sonra qanda şəkərin səviyyəsində qəfil dəyişikliklər olur. Nəticədə, başgicəllənməsi yaşanır. Diabet xəstəsisinizsə, qanda şəkərin səviyyəsini daim nəzarətdə saxlamaq üçün həkim nəzarətində olmalısınız. Yaxud pəhriz saxlayırsınızsa, baş gicəllənməsi Daxili qulaq problemləri. Bilirik ki, vestibulyar aparat müvazinətimizi tənzimləyir. Daxili qulağın labirintində yerləşən vestibulyar aparatda baş verən cüzi dəyişiklik belə, başgicəllənməsi yaradır; Beyin damarlarındakı tıxanıqlıq. Boyunun hər iki tərəfindən yuxarı çıxan damarlar beyini qidalandıran damarlardır. Bu damarlarda tıxanıqlıq olanda beyin qidalana bilmir və başgicəllənmə yaşanır; Qan azlığı. Qan azlığı orqanizmin oksigen dövriyyəsini pozur. Bəli, təzyiqin aşağı düşməsi, başgicəllənməsi oksigen aclığı çəkən beyinin üsyanıdır; İnfeksiyalar. Xüsusilə, tənəffüs yollarındakı, bağırsaqlardakı infeksiyalar orqanizmdən həddən artıq mayenin xaric olunmasının səbəbidir. Susuzluq çəkən orqanizmdə başgicəllənmə olması təbiidir. Orqanizmin hansısa bir hissəsində infeksiya varsa, başgicəllənməsinin hər an baş verə biləcəyinə hazır olun; Siqaret. Təəccübləndiniz? Siqaretdə nikotindən başqa, orqanizmi təhdid edən bir çox maddə var. Dayanmadan, fasilə vermədən çəkilən siqaret kəskin hipotenziyaya səbəb olur. Bəzən deyirlər: “Yayın istisiydi. Elə siqaret əlimdəcə özümdən getmişəm”. Bu kimi durumlarda təzyiq kəskin şəkildə aşağı enir. Ən azı, 2-3 dəfə bu halı yaşayanlar siqareti tərgitsələr, yaxşıdır; İnfarkt və ürək çatışmazlığı. Əslində, bunlar başgicəllənməsinin səbəbləri deyil, nəticələridir desəm, daha doğru olar. Sadəcə, demək istədiyim odur ki, hər iki halın baş verməsindən qısa zaman öncə başgicəllənməsi yaşanır; Gördüyünüz kimi, başgicəllənməsi laqeyd yanaşılası hal deyil. Sadaladığım simptomlardan, ən azı, biri varsa, həkimə getməyi təxirə salmayın. //oxu24.com/
Belimizi incəltmək üçün idman zalına deyil, yuxuya ehtiyacımızın olması biraz absurd səslənir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, absurd səslənsə də, amma yaxşı yatmaq arıqlamaq üçün vacib olan vərdişdir. Xüsusilə də, gün ərzində aktiv həyat keçirirsinizsə, yuxu ilə bağlı bir neçə yalnış davranışdan qaçaraq arıqlama prosesini sürətləndirə bilərsiniz. Araşdırmalar göstərir ki, az yatan insanlar daha çox kalorili qidalar qəbul edirlər. Amma bunun səbəbi uzun müddət oyaq olmaqları deyil, yuxunun aclığı nəzarətdə saxlayan hormonlar əmələ gətirməsidir. Əgər yatmaq üçün həftə sonunu gözləyib həftə içi az yatırsınızsa, daha çox aclıq hiss etməyiniz normaldır. Həmçinin yatmazdan 20-30 dəqiqə əvvəl elektronik cihazları və işığı söndürməyiniz, spirtli içki qəbul etməməyiniz də məsləhət görülür. Yatmazdan öncə idmanla məşğul olmaq isə doğru seçim deyil.
Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik omba kimi digər oynaqlarda özünü göstərir, xəstəlik ən çox 40 yaşdan aşağı yaşlı insanlarda özünü göstərir. Xəstəlik rus psixiatr, nevroloq və fizioloq Vladimir Bexterevin adını daşıyır. Mənbə: Rbc