Böyüklü-kiçikli hamı yoluxur: Ölkədə tüğyan edən virus nədir?

“Son günlər əhali arasında kəskin qrip, qızdırma halları müşahidə olunur. Bu respirator infeksiyaların səbəbi həm qrip adlandırdığımız influenza virusu, eyni zamanda koronavirus, RSV virusu ola bilər”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında  həkim-infeksionist Vasif Əliyev bildirib. Onun sözlərinə görə, hər kəs xəstəlik dövrünü fərqli formada keçirir:  “Məlum olduğu kimi, bir müddətdir ki, ölkədə qızılca virusu da tüğyan edir. Bu xəstəliyi də qızdırma müşaiyət edir. Ümumi olaraq, insanlar arasında bütün bu viruslar qrip adlanır. Ancaq virusların növləri fərqlidir. Koronavirus infeksiyasından sonra insanlar arasında bu cür viruslarla mübarizədə zəiflik yaranıb deməzdim. Çünki hər kəs xəstəliyi fərqli şəkildə keçirir. Bu ağır formada, yaxud yüngül olaraq da təzahür edə bilər. Məsələ bundadır ki, həmin xəstəliklərə qarşı insanlarda immunitet formalaşmır. Davamlı müqavimət yaranmadığına görə də tez-tez xəstələnirik. Daha əvvəl alınan müalicələr də buna təsir göstərir. Həmçinin, yanaşı xəstəlikləri olan insanlar da ağır formada qrip olurlar”.  Həkim insanlara viruslardan qorunmaq üçün belə tövsiyə verib: “Bütün respirator infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləmək, maska taxmaq mütləqdir. Bundan əlavə onu qeyd edim ki, qrip, qızılca, koronavirus və digər yoluxucu xəstəliklərdən qorunmaq üçün ən doğru yol peyvənd olunmaqdır. Vaksinasiyadan keçən insanlar bu tip xəstəliklərlə mübarizədə güclü müqavimət göstərə və yüngül formada xəstələnə bilirlər”. 

Təbii viaqra, xərçəngin düşməni... - Çiyələk barədə inanılmaz həqiqətlər

Çiyələk faydasına görə ən möcüzəvi giləmeyvələrdən biridir.  Mövsümünün başlamasını nəzərə alaraq, “Medicina”ya istinadla bu giləmeyvəylə bağlı ən vacib məlumatları təqdim edir. Çiyələk azkalorili giləmeyvədir. Amma ondan hazırlanan siroplar, kompotlar və mürəbbələr haqqında eyni sözləri söyləmək olmaz. Bu qidalardan çox istifadə eləmək piylənməyə səbəb ola bilir. 100 qram çiyələyin qida dəyəri: 1. Zülallar - 0,7 qr 2. Yağlar - 0,3 qr 3. Karbohidratlar - 5,7 qr 4. Su - 91 qr 5. Kalori - 30 kKal. Çiyələyin tərkibində çoxlu miqdarda su, suda həll ola bilən və bilməyən maddələr, şəkər və turşular var. Bunlar çiyələyin növündən və becərilməsindən asılı olaraq arta və ya azala bilir. Çiyələk tərkibində saxaroza, fruktoza və qlükozanın miqdarı az olan giləmeyvələrdəndir. Təzə dərilmiş çiyələk gözəl ətrə və dada malik olur. Bunun səbəbi isə onun tərkibində olan təbii turşular, mineral maddələr, zülallı maddələr və vitaminlərdir. Çiyələyin tərkibində orqanizm üçün lazım olan qədər kalsium (126mq), fosfor (85 mq), kalsium (41 mq), natrium (28mq), maqnium (22mq), dəmir (13 mq), yod (8mq), askoprbin turşusu (50-120mq) var. Onun tərkibində olan P aktiv maddələri rənginin tünd olmasına səbəb olur. Çiyələyin tərkibinin 0,2-0,6%-ni fol turşusu təşkil edir. O həm də A, B1, B2, E, PP, K vitaminləri ilə zəngindir. Çiyələyin tərkibində olan B9 vitamini orqanizmə qanartırıcı təsir göstərir. Bu vitamin yaddaşın yaxşılaşmasına da kömək edir. Tərkibində olan sink cinsi aktivliyi artırır. Hər gün çiyələk yemək orqanizmə viaqra təsiri bağışlayır. Nəticəni görmək üçün yatmazdan əvvəl çiyələk yemək lazımdır. Çiyələk yemək ürəyin işini yaxşılaşdırır, damarların elastikliyini artırır, sinir sistemini sakitləşdirir. Bundan əlavə böyrək daşı, böyrəklərin və sidik kisəsinin iltihabı, qaraciyər və öd kisəsi xəstəlikləri zamanı, pankreatitdə, şişkinliklərdə, oynaq ağrılarında faydalı təsirə malikdir. Atereskleroz, diabet, podaqra, anemiya, leykoz, qəbizlik, qastrit, mədə və onikibarmaq yarası, zob xəstəliklərindən əziyyət çəkənlər də bu meyvədən bol-bol istifadə eləməlidir. Digər faydaları: - həzm sistemini sürətləndirir; - orqanizmə antimikrob təsir bağışlayır; - avitaminozun aradan qalxmasına səbəb olur; - dərini gözəlləşdirir; - angina və stomatit əlamətlərini aradan qaldırır; - orqanizmə antioksidant təsir bağışlayır və xərçəng əleyhinə təsir göstərir; - dərinin rəngini yaxşılaşdırır, elastikləşdirir, onu yumşaldır. Çiyələik tərkibli maskalar dəriyə müsbət təsir edir. Ən yaxşı dəri maskası çiyələk, xama və ya qaymaq qarışımından hazırlanan maskadır. Çiyələyin yalnız bir zərərli xüsusiyyəti var – Bəzi insanlarda allergiya verə bilər. Ona görə də allergik insanlar çiyələkdən ehtiyatla istifadə etməlidir. Bundan əlavə qaraciyər və bağırsaq sancılarından əziyyət çəkənlərə, hamilə qadınlara və azyaşlı uşaqlara çiyələk yemək məsləhət görülmür. Çiyələyin tərkibində olan bəzi maddələr təzyiqin qalxmasına səbəb ola bilir. Bu səbəbdən də yüksək təzyiqi olanlara çoxlu miqdarda çiyələk yemək məsləhət görülmür. Appendesit xəstələri də çiyələk yeyərkən diqqətli olmalıdır. 

Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər

Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidalardan istifadə edilməsi immunitetin zəifləməməsi üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, kortəbii qidalanmaq mədə üçün təhlükəlidir. Səhər oyananda iki stəkan su içmək olduqca vacibdir. Həmçinin orucu açarkən xurmadan da istifadə olunmalıdır. Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova bununla əlaqədar deyib: "Ramazan ayında oruc tutanlar yuxu rejiminə, qida rasionuna, maye qəbuluna çox diqqətli yanaşmalıdırlar ki, gün ərzində xroniki yorğunluqla üzləşməsinlər. Oruc tutanların çoxunda baş ağrıları, başgicəllənmə, ümumi yorğunluq, halsızlıq, diqqət pozulmaları və s. əlamətlər müşahidə olunur. İmsak vaxtı bir qədər yüngül qidalar qəbul olunmalıdır, iftarda isə kalorili, vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır ki, gün ərzində ac qaldığı müddətdə fiziki və zehni yorğunluq yaranmasına səbəb olmasın". Ramazan ayında gecə yemək yeyib imsaka oyanmayanlar bilməlidirlər ki, bu immun sisteminə mənfi təsir göstərir.

Vaxtından əvvəl doğuşun fəsadları açıqlanıb

"Bütün vaxtından əvvəl doğulmuş körpələr fəsadlarla qarşılaşmasa da, erkən doğuş qısamüddətli və uzunmüddətli sağlamlıq problemlərin yaranmasına səbəb ola bilər". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq-reanimatoloq Bəxtiyar Zeynalov deyib. O bildirib ki, ümumiyyətlə, körpə nə qədər tez doğulsa, ağırlaşma riski bir o qədər yüksəkdir. Vaxtından əvvəl doğulmuş uşağın çəkisi də mühüm rol oynayır. Bəzi problemlər doğuş zamanı görünə, bəziləri isə sonradan inkişaf edə bilər. İlk həftələrdə vaxtından əvvəl doğuşun ağırlaşmalarına aşağıdakılar daxildir: "Tənəffüs problemləri. Vaxtından əvvəl doğulmuş körpənin tənəffüs sisteminin yetişməməsi səbəbindən nəfəs almaqda çətinlik yarana bilər; Vaxtından əvvəl doğulmuş körpələrdə bronxopulmoner displaziya kimi tanınan ağciyər xəstəliyi də inkişaf edə bilər. Bundan əlavə, bəzi vaxtından əvvəl doğulmuş körpələr apne sindromu kimi tanınan nəfəslərində uzunmüddətli fasilələrlə qarşılaşa bilərlər; Ürək problemləri. Vaxtından əvvəl doğulmuş körpələrdə ən çox rast gəlinən ürək problemləri “Patent Duktus Arteriosus” (PDA) və aşağı qan təzyiqidir (hipotensiyon); Vaxtından əvvəl doğulmuş körpələrdə bədən hərarəti çox aşağı düşərsə, anormal dərəcədə aşağı bədən hərarəti ilə (hipotermiya) nəticələnə bilər; Vaxtından əvvəl doğulmuş körpələrdə yetişməmiş mədə-bağırsaq sistemi var. Nəticədə nekrotizə enterokolit (NEC) kimi fəsadlar yaranır. Bağırsaq divarını əhatə edən hüceyrələrin zədələndiyi bu ciddi vəziyyət vaxtından əvvəl doğulmuş körpələrdə qidalanmaya başladıqdan sonra baş verə bilər; Vaxtından əvvəl doğulmuş körpələr anemiya və yeni doğulmuşun sarılıq kimi qan problemləri riski altındadır. Anemiya bədəndə kifayət qədər qırmızı qan hüceyrələrinin olmadığı ümumi bir vəziyyətdir. Sarılığın bir çox səbəbi olsa da, erkən doğulmuş körpələrdə daha çox rast gəlinir; Metabolizm problemləri. Vaxtından əvvəl doğulmuş körpələrdə tez-tez maddələr mübadiləsi ilə bağlı problemlər olur. Bəzi hallarda anormal dərəcədə aşağı qan şəkəri (hipoqlikemiya) inkişaf edə bilər; Vaxtından əvvəl doğulmuş körpələrdə rast gəlinən zəif inkişaf etmiş immun sistemi infeksiya riskinin artmasına gətirə bilər. Vaxtından əvvəl doğuşun sonradan inkişaf edən ağırlaşmalarına bunlar daxildir: Serebral iflic. İnfeksiya qeyri-adekvat qan axını, hamiləliyin erkən dövründə və ya yeni doğulmuş körpədə inkişaf edən beyninin zədələnməsi nəticəsində yarana bilən hərəkət və əzələ tonusu pozğunluğudur. Bu körpələr müxtəlif inkişaf mərhələlərində vaxtında doğulmuşlardan geri qalırlar; Onlarda gözün arxasındakı sinirlərin işığa həssas təbəqəsində (torlu qişa) həddindən artıq böyüməsi nəticəsində yaranan erkən doğuş retinopatiyası inkişaf edə bilər; Onlar müəyyən dərəcədə eşitmə itkisi riski altındadır; Bu körpələrdə diş çıxma gecikməsi, dişlərin rənginin dəyişməsi və düzgün olmayan dişlər kimi diş problemlərinin inkişaf etmə riski yüksəkdir; Onlarda müəyyən davranış və ya psixoloji problemlər, eləcə də inkişaf geriləmələri tam müddətli körpələrə nisbətən daha çox müşahidə olunur; Vaxtından əvvəl doğulmuş körpələrdə astma inkişaf etmə riski yüksəkdir".

Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 1 nəfər ölüb

Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Sozcu.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.