Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev evə buraxılıb.
Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü gənc pasiyentin səhhəti normallaşdığından o, Mərkəzi Klinikadan köçürülüb. Hazırda onun müalicəsi xüsusi həkim briqadasının nəzarəti altında davam etdirilir.
Xatırladaq ki, oktyabrın 23-də gecə saat 3 radələrində 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev Mərkəzi Klinikada əməliyyat olunub. Ona meyitdən donor ürək köçürülüb. Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin dəstəyi ilə həyata keçirilib.
Əməliyyat Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin başçılıq etdiyi həkim briqadası tərəfindən reallaşdırılıb.
