Redaktor seçimi

BAKIDA ŞOK: Tibb bacısı qadına iynə vurub, yatırtdı və… GÖRÜN NƏ ETDİ

Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb. Hadisə Novxanı kəndindəki bağ evində baş verib. Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb.Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək, "Lidaza" və "Lidokain" adlı pereparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin "Porşe" markalı avtomobilində olan bahalı əşyanı da götürüb. Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib. Bundan sonra Abşeron Rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib. Abşeron Rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb.(Publika.az) 

879-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 879-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 566 710 hərbçi, 8 266 ədəd tank, 15 963 ədəd zirehli döyüş maşını, 15 586 ədəd artilleriya sistemi, 1 121 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 896 hava hücumundan müdafiə sistemi, 362 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 036 ədəd avtomobil texnikası, 12 402 ədəd PUA, 2 401 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 616 xüsusi avadanlıq itirib.

Hansı travmalardan qurtulmaq mümükün deyil?- psixoloq AÇIQLADI

İnsanların müxtəlif yaş dönəmlərindən qalma travmaları olur və həmin travmalar onları həyatı boyunca narahat edir və pis hiss etdirir. Bəs, belə travmalardan qurtulmağın hansı yolları var? Həmçinin, elə bir travmalar varmı ki, onu unutmaq ümumiyyətlə mümkün deyil? Mövzu ilə bağlı Amerika Psixoloqlar Assosasiyasının üzvü, psixoloq-konsultant Şirin Məmmədli Moderator.az-a danışdı: “Birinci növbədə, travma anlayışına nəzər yetirək. Ümumiyyətlə, travma çox geniş anlayışdır. Yəni psixiatr, psixoterapevt və ya psixoloqa müraciət edən pasiyentdən 10, ya da 20%-i uzaqbaşı bilmiş olar ki, onun həmin an düşdüyü durum hansı travması ilə əlaqədardır. Çünki travma yaşanmış bir hadisə və həmin hadisənin bizim gələcəyimizə təsiridir. Bizim gələcəyimiz bu günümüzdür, yəni bu gün verdiyimiz qərarlar gələcəyimizi inşa edir. Bir situatsiya yaşanıb və onun etkisi bizim xarakterimizdə oturubdur. Biz fərqində deyilik ki, bu insanı seçməyimizdə, hansısa qərarı verməyimizdə yaşadığımız həmin olayın təsiri var.  Beləliklə də çox az insan hansı qərarı niyə verdiyini, hansı insanı niyə seçdiyinin fərqində olur. Fərqində olsa, bu, travma olmaz. Son dönəmdə travma anlayışını çox populyarlaşdırırlar, yəni guya hər kəs öz travmasını bilir,amma elə bir şey deyil. Travma anlayışı qətiyyən ağır və yüngül deyil, bu hər kəs üçün daim dəyişir”. Psixoloq travmaların 2 növünü qeyd edərək bildirir ki, məruz qalmaq yolu və psixoloji, fiziki şiddət yolu ilə yaranan travmalar var: “İki cür travma var ki, biz bunlardan qurtula bilərikmi, bilmərikmi sualının altında durur. Bunlar nədir? Biri var ki, insan açıq-aşkar şəkildə travma alır, yəni bu fiziki və ya psixoloji şiddətdir. İkinci isə məruz qalma ilə, məsələn narsist ana ilə böyüyən uşaq. Həmin insan bütün uşaqlığı boyu həmin anaya məruz qalıb. Yəni bir insanın xarakterindən və yaxud da bir situatsiyanın gedişindən alınan travmadır. Məsələn, ata-anası boşanma ərəfəsində olub və bu ərəfə çox uzun çəkib, uşaq həyatının müəyyən bir periodunda buna məruz qalıb, amma bu onun problemi deyil, yəni uşağa heç bir şiddət göstərilməyib, sadəcə uşaq yaşananları görüb, məruz qalıb.  İki tip travmanı böldükdə düşünülənin əksinə  (təbii ki, situasiyaya görə dəyişir) birbaşa fiziki və psixoloji şiddətdən qurtulmaq daha rahatdır, nəinki daimi məruz qaldığı bir olaydan. Çünki daimi məruz qaldığı hadisə insanın xarakterinə çevrilir. Amma fiziki və psixoloji şiddət görən birinin isə təbii ki, xarakterindən yan ötüşmür, amma onu atlatması daha rahat olur. Yenə də dediyim kimi, burada situasiyaya baxılmalıdır. Amma ümumilikdə travmaları atlatmaq olarmı? Əlbəttə olar. Burada birinci növbədə travmanın harada olması seans zamanı bilinir. Yəni bir pasiyent seansa getməli, psixoterapevt və ya psixoloqa müraciət etməlidir. Bu zaman seansda biz psixokorreksiya zamanı görürük ki, bu insanın travması hardadır, hansı dönəmdədir və onun aradan qaldırılması üçün psixokorreksiya işləri görülür”.

Ermənistan MN-də ABŞ-ın nümayəndəsi çalışacaq

Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun xüsusi nümayəndəsi çalışacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya məlumat yayıb. “Bu, Ermənistan və ABŞ münasibətlərində tərəfdaşlığın yeni-strateji mərhələsinə keçiddə tarixi faktdır”, - Zeya bildirib.

Arif Hacılı da seçkilərə qatılmayacaq

Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək. O, APA-ya açıqlamasında bildirib ki, belə bir planı yoxdur.

İlham Əliyev və Paşinyan Britaniyada görüşəcək?

İyulun 18-də Böyük Britaniyada Avropa Siyasi Birliyinin 4-cü sammiti keçiriləcək. Modern.az-ın məlumatına görə, sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək. Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub. Ətraflı Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin Çexiya və Moldovada keçirilən sammitində iştirak edib. Azərbaycan Fransanın təxribatçı mövqeyinə görə  İspaniyada keçirilən sammitdə iştirak etməkdən imtina edib. Ermənistan Baş naziri Nikol Paşinyan artıq Britaniyaya yola düşüb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də sammitdə iştirak edəcək.  Qeyd edək ki, Çexiya və Moldovada keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşlər keçirilib. Britaniyadakı sammitdə İlham Əliyev və Paşinyanın görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

Nəcməddin Sadıkovu kim qoruyur? - Polkovnik elə sirlər açdı ki...

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş keçmiş yüksəkrütbəli zabitlərinin məhkəməsi davam edir. Məhkəmədə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun bəzi xərcləri də açıqlanıb. Həddindən artıq çox olan bu xərclər cəmiyyət tərəfindən ciddi müzakirələrə səbəb olub.  Bəs görəsən, niyə Nəcməddin Sadıkovun əməllərinə hüquqi qiymət verilmir?  Məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, istintaq bütün detalları tam açıqlamayıb:  “Hesab edirəm ki, bu məsələ ilə bağlı istintaq bütün məsələlərə aydınlıq gətirməyib. İndi keçmiş maliyyə işçiləri məhkəmədə bu cür məlumatlar verirlər, bu da onu göstərir ki, Müdafiə Nazirliyində çox ciddi maliyyə pozuntuları olub. 2 gündür ki, sosial şəbəkələrdə, mətbuatda 8 min manatlıq çaxırla, 6 dəst armudu stəkan almaq üçün 21 min manat xərclənməsi ilə bağlı müzakirələr gedir.  Hər bir nazirliyə ümumi büdcə ayrılır, Müdafiə Nazirliyi də ayrılan pulla 60 min manatlıq gül, 14 min manatlıq dibçəklər alıb. Bu məsələdə xırdalıqlar çoxdur, istintaq hərtərəfli aparılmadığına görə, insanlarda çaşqınlıq yaranır, necə olur ki, 21 min manat armudu stəkan alınıb? Bu, mümükünsüzdür. Yəqin ki, bu məsələ ilə bağlı istintaqın da tam açıqlamadığı məsələlər, məhkəmədə səsləndirilməyən faktlar var.  Hədiyyələr həmişə olub və olacaq da, çünki xaricdən qonaqlar gəlir, həmin hədiyyələrdən onlara verilir.  Sözsüz ki, yeyintinin olması mümükündür”.   Ekspert qeyd edib ki, hüquq-mühafizə orqanları Nəcməddin Sadıkovun istintaqa cəlb edilməməsi ilə bağlı suallara aydınlıq gətirməlidir:  “Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkova hüquqi qiymət verilməməsi ilə bağlı isə heç bir söz deyə bilmirəm. Bu, birbaşa Azərbaycan dövlət hüquq-mühafizə orqanlarına ünvanlanmalı sualdır. Onu kim və niyə qoruyur suallarına hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.  Əlbəttə ki, heç bir iş belə qalmır, hətta bəzən uzun illər bağlı qalmış işlər də açılır, yenidən istintaq aparılır. Əlbəttə ki, rəisi Nəcməddin Sadıkovun istintaqa cəlb olunması mümükündür və bir neçə il sonra o da bu məsuliyyətə cəlb oluna bilər. Bu hüquqi, normal prosedurdur”.  Ü.Cəfərov nazirlikdə hərtərəfli yoxlanmaların aparılmasının vacibliyini vurğulayıb:  “Hər kəsin bildiyi bir şey var: Müdafiə Nazirliyində mənimsəmələr olub. Nazirlikdə hərtərəfli, kompleks yoxlanılma aparılsa, çox şey üzə çıxar.  Vaxtilə SSRİ-dən Azərbaycanda miras qalmış torpaq sahələri, hərbi hissələrin əraziləri, hərbi ticarət müəssisələri və ya onların anbarları çoxdur. Onların dəyəri milyonlarla yox, trilyonlarla ölçülür. Həmin torpaqlar necə özəlləşdirilib, dövlət büdcəsinə nə qədər pul keçirilib, mənzil fondu həmin əraziləri kimlərə satıb, necə özəlləşdirib? Suallar çoxdur.  Baş Qərargah rəisi Nəcməddin Sadıkov Müdafiə Nazirliyində qanunsuzluq edən nə birinci, nə də sonuncu şəxs olub. Əgər bu gün o, sərbəst gəzirsə, əməllərinə hüquqi qiymət verilmirsə, deməli, ya hüquq-mühafizə orqanları onun əməlinə düzgün qiymət vermir, ya da ona nəyisə sübut edə bilmirlər. Əgər sübut edilərsə, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, heç kəs qanundan üstün ola bilməz.  Suallar çoxdur, cavabını gözləyən məsələlər isə hələ də qalmaqdadır...” 

Rusiyanın dərinliklərinə daha uzunmənzilli zərbələr endirmək üçün sistemlər hazırlanır

Rusiyanın dərinliklərinə daha uzunmənzilli zərbələr endirmək üçün sistemlər hazırlanır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Xüsusilə, prezidentdən Ukraynanın Rusiya Federasiyasının arxa cəbhəsinə xarici silahlarla zərbələr endirmək məqsədilə icazə alması üçün nəyə ehtiyac olduğu soruşulub. “Proses davam etdirilir. Birincisi, həmişə belə olub: Kim bir addım irəli gedirsə, daha sonra iki addım geri çəkilir. Belə siyasətdir. Ukrayna üçün açıq olan şeylər əvvəl bağlı idi və mümkün deyildi”, - deyə Zelenski cavabında bildirib.

"Onu bir də görsəm deyərdim ki..." - Polad Həşimovun anası

“İkinci Qarabağ müharibəsi başlayanda övladlarımız “Biz Polad Həşimovun qisasını almağa gedirik” deyib getdilər. Sağ olsunlar. Getdilər, torpaqlarımızı azad etdilər”. Sozcu.az bildirir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib: “Fəxr edirəm ki, bizim ailəmizdə Polad kimi övlad dünyaya gəlib. Bütün Türk dünyası bunu deyir. Polad bir də dünyaya gəlsə idi, ona deyərdim ki, sənin balaların körpədir, sən yaşa, mən sənin əvəzinə gedərəm”.

Abdin Fərzəliyev Elmira Axundovaya Novxanıda torpaq hədiyyə etdi?- Bir milyon manatlıq obyekt tikilir-Fotofakt

Abşeron rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Elmira Axundovaya Novxanıda 22 sot torpağ hədiyyə edib? Milli Məclisin sabiq deputatı, eks-səfir Elmira Axundova Novxanıda obyekt tikdirib?. Elmira Axundova Abşeron rayonu, Novxanı kəndi, Binəqədi-Novxanı yolunda “Azin Construction” MMC-nin lahiyəsi ilə Abşeron rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin icazəsi ilə anbar tikdirib. XALQ.AZ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına istinadən xəbər verir ki, Elmira Axundovanın adına qeydiyata alınan obyektin istismara icazəsi 29.04.2024- cü il tarixində verilib.  Abşeron rayonu, Novxanı kəndi, Binəqədi-Novxanı yolu ünvanında inşa edilən obyektin tikinti sahəsi 967 kvadrat, ümumi sahəsi 918 kvadrat  metrdir.  Məlumatalara görə, əmlak bazarında Novxanı ərazisində obyektin qiyməti 1 milyon manata dəyərləndirilir. Qeyd edək ki,Elmira Axundova və oğlu Həbib Axundovun adı mütəmadi mətbuatda qalmaqallarda halların. Adları keçənlərin açıqlamasını dərc etməyə hazırıq.

Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu

Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, İbrahim İbrahimov 19 il müddətinə azadlıqdan mərhum ediliblər. Zamində olan Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 11 ay 28 gün azadlıqdan mərhum ediliblər. Onların hər ikisi məhkəmə zalından həbs olunublar. Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03" markalı odlu silah, 1 ədəd "Makarov" və 1 ədəd "Colt" tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd "Blow TR 92D" modelli tapança aşkarlanaraq götürülüb.

Ermənistan parlamentinin növbədənkənar iclası çağırılır

Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək. Gündəlikdə duran məsələlərə bunlar daxildir: “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə , “Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” , “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “Hərbi qulluqçular haqqında” və bununla bağlı qanunlara dəyişikliklər, “Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında” qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə, “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.