Elm və Təhsil Nazirliyi noyabrda keçirilən tədbirlərin təşkilinə 5 milyon manata yaxın vəsait xərcləyib – Tender elan olunmayıb

Elm və Təhsil Nazirliyi (ETN) Noyabr ayında keçirilən bir sıra tədbirlərin təşkili ilə əlaqədar xidmətlərə 4 906 519 AZN xərcləyib.

Pravda.az-ın xəbərinə görə, xidməti “”Simplex” QSC göstərib.

Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru “bir mənbə metodu” ilə həyata keçirilməyib, yəni rəqabət təmin olunmayıb. Şirkət, demək olar, Təhsil Nazirliyinin tenderlərini əldə edir. Nizamnamə kapitalı 2 000 AZN-dir.

Share on Facebook