Toyuq əti kəskin BAHALAŞDI – Mal və qoyun ətinin qiyməti də ARTACAQ

Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.  Sozcu.az xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır.bakupost)

Bu məhsulların qiyməti artacaq - XƏBƏRDARLIQ

İlin əvvəlindən başlayan infliyasiya dalğası hələ də davam edir. Ümumən iqtisadi infliyasiya bütün dünyada müşahidə olunur. Bunun olması isə başda təməl ərzaq malları olmaqla, bir çox məhsulların qiymətinin kəskin bahalaşmasına səbəb olur. Bəs görəsən, bu ilin sonuna doğru infliyasiya göstəricilərində eniş müşahidə olunacaqmı?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki şəraitdə infliyasiyanın qarşısını almaq qeyri-mümkündür:  "İndiki şəraitdə infliyasiyanın qarşısının alınması mümkün deyil. Çünki ölkədə iqtisadi aktivlik olduqca düşüb. Əsas aktivlik işğaldan azad edilmiş zonalarda cəmlənib. Amma eyni zamanda dövlət insanların sosial təminatı üçün pensiya və digər müavinətlər qaldırsa da, bunun müqabilində kifayət qədər məhsul yoxdur. Buna görə də qiymət artımı qaçınılmazdır. Yəni indiki vəziyyət belə də davam edəcək".  vakansiyalar Ekspert bu tendensiyanın bütün dünyada davam etdiyini və bu səbəbdən idxal məhsullarının olduqca bahalaşdığını diqqətə çatdırıb: "Ölkədə sahibkarlıq və investisiya üçün əlverişli şəraitin olmaması gələcək illərin daha da ağır keçməsini göstərir. Biz məhsulları, malları xaricdən almaq yerinə, daxili istehsala diqqət ayırmalıyıq. Əsas məsələ odur ki, hazırda infliyasiya bütün dünyada getməkdədir. Xaricdən gələn malların da qiyməti bu səbəbdən artır. Biz özümüz isə, ərzağı belə çox az istehsal edirik". 

Supermarketlər əhalini belə aldadır - 500 milyonluq FIRILDAQ

Bakıdakı supermarketlərdə bir çox hallarda məhsulların rəf qiyməti ilə kassa qiyməti üst-üstə düşmür. Məhsulun kassa qiyməti daha baha olur. Kassir isə səbəb kimi rəf qiymətinin köhnə olmasını bildirir. Bəs bu cür halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, belə halların qarşısını almaq üçün dövlət orqanları heç bir tədbirlər görmür: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaxşı işləmir, bildirir ki, gərək istehlakçı malı alandan sonra kassa çekini götürüb rəfdəki qiymətlə müqayisə etsin. "Əgər onu aldadıblarsa, bizə çeki və rəfdəki qiyməti göndərsin. Biz bununla bağlı tədbir görək".   Klinikalar Belə bir effektsiz rabitə əlbəttə ki, heç kəsə uyğun deyil. Bu sahədə böyük problem yaşanır. Hətta elə olur ki, vətəndaşlar heç almadıqları malı, kart ödənişində çekə yazırlar. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri birləşdirsək, görərik ki, 1 ildə Azərbaycan vətəndaşları almadıqları malllar üçün 500 milyon manat pul ödəyirlər. Məsələn, Nizami küçəsində yerləşən “Qrand” marketdən Eyyub Hüseynov qabıqlı qoz alır, qoz ləpəsi yazırlar. Almadığı mal üçün 8 manat əvəzinə 68 manat yazırlar. Vətəndaş pomidor alır, götürüb kivinin qiymətini yazırlar. Belə kassa çekləri məndə var. Bu cür üsullarla əhalini aldadırlar. Adını çəkdiyim dövlət qurumu Prezidentə tabe olandan sonra gözləyirik ki, bu problemlərin həlli yolundan müsbət addım atılacaq. Ümumiyyətlə, həmin qurumda çalışanların çox hissəsi istefa verməlidir. Çünki onlar istehlakçı hüquqlarını qorumaqdan başqa digər işlərlə məşğul olurlar. Dövlət orqanları biznes qurmağın ərköyün obrazını yaradıb. Azad İstehlakçılar Birliyi bu haldan çox narahatdır”.  

Kommunal xidmətlər BAHALAŞACAQ - Əhaliyə bəd xəbər

"Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur. Dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər. Ola bilsin ki, il sonuna yaxın kommunal xidmətlərin qiymətində artım olsun”. Bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib. O bildirib ki, Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir: turbo az mercedes “Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. Hazırda elə bir vəziyyətdir ki, dövlət tərəfindən tənzimlənən qiymətlərin artması insanların sosial vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər. Təbii qazın, elektrik enerjisinin, yanacağın qiymətinin artması istər-istəməz bütün sahələrdə özünü göstərir. Dövlət tərəfindən tənzimlənən qiymətlərin artması ölkədəki inflyasiya prosesini daha da sürətləndirə bilər. Təbii qazın qiyməti qaldırılsa, qaz istifadə edən istehsalçıların, kiçik və orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər”.

Azərbaycanda quzu əti niyə bahalaşıb?

Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur. Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: "Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi". Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: "Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar".

Xiyar və pomidorun qiyməti heç vaxt bu səviyyəyə yüksəlməyib – Son 10 ilin qiymətləri

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında xiyar və pomidorun qiyməti 3 dəfədən çox bahalanıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin avqust ayında Azərbaycanda xiyarın 1 kiloqramının orta satış qiyməti 65 qəpik, pomidorun 1 kiloqramının orta satış qiyməti isə 94 qəpik olub. Məlumat üçün bildirək ki, rəsmi qurumlar bu ilin avqust ayı ilə bağlı statistik göstəriciləri açıqlamayıblar. Lakin, ölkənin aparıcı marketlərində xiyar və pomidorun qiymətinin ötən illə müqayisədə dəfələrlə yüksək olduğu müşahidə edilir. Nümunə üçün qeyd edək ki, hazırda aparıcı supermarketlər şəbəkələrindən birində – “Bazarstore”da xiyarın 1 kiloqramının orta satış qiyməti 2,50 manat, pomidorun 1 kiloqramının orta satış qiyməti isə 2,85 manat təşkil edir. Onu da bildirək ki, Azərbaycanda xiyar və pomidorun qiyməti əvvəlki illərdə heç vaxt bu səviyyəyə yüksəlməyib. Müqayisə üçün xiyar və pomidorun son 10 ilin avuqst aylarında qeydə alınan qiymətlərini təqdim edirik:

“Mərkəzi Bank sentyabrda faizləri aşağı çəkəcək” - Natiq Cəfərli

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Uçot dərəcəsinin sabit saxlanmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda Mərkəzi Bank əsasən, dünya Mərkəzi Banklarının atdığı addımlara paralel davranmağa və makroiqtisadi göstəriciləri nəzərə almağa çalışır: "Bir də Mərkəzi Bank ABŞ və dünyanın bir çox başqa ölkələrində faiz qərarlarının hansı yöndə olacağı ilə bağlı gözlənti içindədir. Çünki, qlobal iqtisadi proseslər də ölkəmizə təsir edə bilər. Ona görə də dünyadakı proseslərə paralel olaraq faiz dərəcəsini sabit saxladı”. Ekspertin sözlərinə görə, sentyabr ayında çox güman ki, Mərkəzi Bank faizləri 0,25 faiz aşağı çəkəcək: "Çünki həmin zaman həm ABŞ və Avropa, həm də dünyanın bir çox aparıcı ölkələrinin Mərkəzi Banklarında da uçot dərəcəsinin aşağı enməsi gözlənilir. Onlara paralel olaraq Azərbaycanda da belə bir addım atıla bilər".

Pomidorun qiymətini kimlər qaldırır? - Soğan anbarlarda niyə çürüdülür? - Sərt ittihamlar

Son günlər hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Hazırda sahələrdə yığımı aparılan məhsullar yağış, sel, dolu səbəbindən yarasız vəziyyətə düşüb. Əlverişsiz hava şəraiti məhsuldarlığı aşağı salıb ki, nəticədə bazarlarda qıtlıq və qiymət artımı müşahidə olunur. Bəs payızlıq məhsullarla bağlı vəziyyət necədir? Məsələ ilə bağlı Bakupost.az -a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, soğan, kartof və bəzi tərəvəzlər yağışlı havalara çox həssas olur. Onun sözlərinə görə, belə havalarda xüsusən göbələk xəstəlikləri geniş yayılmağa başlayır: "Bəzən bunun qarşısını almaq mümkünsüz olur. Bizim fermerlər, kəndlilər aqrotexniki qaydalara əməl etməlidirlər ki, belə hallar baş verməsin. Yəni bitki xəstəliyə, zərərvericilərə qarşı dözümlü olmalıdır. Bunun üçün bitkinin immuniteti artırılmalıdır. Çalışmaq lazımdır ki, zəruri elementlər qədərində, normaya uyğun olsun. Əgər normadan aşağı olursa, o zaman bitkinin immun sistemi zəif olur və belə yağışlar yağanda göbələk xəstəliyi asanlıqla ona ziyan vura bilir. Bu məsələdə yalnız havanı, iqlim dəyişikliyini günahlandırmaq olmaz. Özümüzdə də günah var”. Mütəxəssis bildirib ki, təklifin azalması mütləq şəkildə qiymətə təsir edir: “Hazırda ölkədə pomidorun qiyməti kəskin şəkildə, iki dəfədən çox bahalaşıb. Bu, ona görə baş verdi ki, açıq torpaqlarda yetişdirilən pomidor tələbatı ödəyəcək həcmdə olmadı. Keçən ilə nisbətən istehsal azaldı. Bu işlə məşğul olan, açıq torpaqda pomidor yetişdirən fermerlər, kəndlilər şikayətlənir ki, göbələk xəstəliyi geniş yayıldı, zərərvericilərin təsiri oldu. Yəni onlar da hava şəraitindən şikayənlənirlər. Deyirlər ki əlverişsiz hava səbbəbindən həm istehsal azaldı, həm də məhsulun keyfiyyəti aşağı düşdü. Yaranmış bu vəziyyətdən qazanclı çıxan isə qapalı yerlərdə, istixanalarda məhsul becərənlər oldu. Onlar yaranmış vəziyyətdən istifadə edib məhsullarının qiymətini ikiqat qaldırdılar. Gördülər ki, təklif yetərincə deyil və digər ölkələrdən pomidor idxal etmək asan başa gəlmir. Ona görə də yetişdirdikləri məhsulun qiymətini iki dəfədən də çox qaldırdılar. Situasiya əksər hallarda qiymət məsələsini həll edir”. Vahid Məhərrəmovun dediyinə görə, payız aylarının əvəllərində kartof və soğana olan ehtiyac, tələbat ödənilməsə, təklif yetərincə olmasa, qiymətlər bahalaşacaq: “Ölkəyə kartof idxalı payızın ortalarından başlayır. Əksər ölkələrdə, məsələn, Rusiyada kartof payız mövsümündə yetişir. Yəni sentyabr və oktyabr aylarında yığılır. Amma bizə bir az gec gəlib çatır. Hesab edirəm ki, bu ərəfədə kartofun qiyməti bahalaşacaq. Eləcə də soğanın. Soğanın saxlanması ilə bağlı bizim çox ciddi problemlərimiz var. Soğanın əsas hissəsi elə anbarlarda çürüyüb, xarab olur. Anbarların çoxu müasir standartlara cavab vermir. Çünki onlar soyuducu anbarlar deyillər. Saxlanma şəraitinin olmaması ucbatından məhsulun məhv olması, istehsalda azalma soğan və kartofun qiymətinə öz təsirini göstərəcək. İndiki halda hökumət nə etməlidir? Bəzi ölkələr, məsələn, İran, Türkiyə, Gürcüstanda faraş kartof istehsal olunur və onlar sözügedən kartofun ixracı ilə məşğuldular. Əgər mümkündürsə, sözügedən ölkələrdən kartof idxal etmək olar. Bu sahədə monopoliya aradan götürülməlidir. Sahibkarlar gedib asanlıqla digər ölkələrdən həmin məhsulları gətirməlidir ki, məhsul qıtlığı qiymət artımına səbəb olmasın. Qeyd edim ki, qiymət artımı tək məhsulun az olması ilə bağlı deyil. Bu sahədə idxalda monopoliyanın olması ilə bağlıdır. Monopoliya olmasa, digər ölkələrdən daha ucuz məhsul alıb gətirmək və bununla da ölkə bazarında qiyməti stabil diapozonda saxlamaq mümkün olar”.

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,62% artaraq 2 414,7 ABŞ dollarına bərabər olub. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,23% azalaraq 27,91 ABŞ dollarına bərabər olub.

Azərbaycan qazının Türkiyəyə tədarükü dayandırılır

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda ixrac qaz boru kəmərində aparılan texniki xidmət işləri ilə əlaqədar bir neçə gün müddətinə dayandırılacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ məlumat yayıb. “Şahdəniz” qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə "Türkgözü" giriş nöqtəsindən beş gün ərzində - 31 iyul - 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində - 5-9 avqust tarixlərində təbii qazın verilməsi mümkün olmayacaq", - məlumatda bildirilib. Eyni zamanda, şirkət qeyd edir ki, planlaşdırılmış texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansını təmin etmək üçün tədbirlər görülüb. Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Manatla bağlı BƏDBİN PROQNOZ – “Devalivasiya olacaq!”

Respublikaçıların namizədi Donald Trampın seçiləcəyi təqdirdə dolların dünya bazarındakı dəyərinin artacağı proqnozlarını verir. Bu, Azərbaycanın maliyyə bazarında ciddi narahatlığa səbəb olur. Digər tərəfdən, yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda manatın məzənnəsi birjalarla deyil, inzibati qaydada tənzimlənir: “Manatın dollara nisbəti dünyada baş verən proseslərdən az asılıdır. Yeganə asılılıq neft qiymətləridir. Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Bu, Nazirlər Kabineti və Mərkəzi Bankın birgə qərarı ilə ola bilər. Başqa cür mümkün deyil”.  İqtisadçının fikrincə, yaxın gələcəkdə manatın məzənnəsi dəyişəcək: “Onsuz da bir müddətdən sonra bu qaçılmazdır. Çünki uzun müddət sabit məzənnə rejimini saxlamaq çox çətindir, hətta mümkün deyil. Artıq 9-cu ildir ki, sabit məzənnə rejimində yaşayırıq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonuna yaxın manatın məzənnəsi ilə bağlı hansısa qərar veriləcək”.

"Ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq" - Natiq Cəfərli

Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq, manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq.  Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. "Paralel olaraq ölkənin xərcləri də kəskin artır, yəni, gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması, əlavə yük yaradacaq. Və bu problemlərin sadə və tez həlli yolları yoxdur, təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxartmadı. Nəticə olaraq iqtisadi-sosial problemlərin sancılı həllidən başqa yol qalmayıb, əsas məsələ də idarəetmə sisteminin islahıdır ki, buna hökumət getmək istəmir. Hökumətin köhnə sistemlə davam etmək israrı böhran dalğalarını daha dərin, qaçılmaz olacaq sancılı islahat sürəcini daha uzun edəcək", - o qeyd edib.