Azərbaycanda şagirdlər arasında dava - xəsarət alan var

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var. Sozcu.az xəbər verir ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib. "Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, məsələyə hüquqi qiymət veriləcək.

Lənkəranda “Rənc Rover” yandı

Lənkəranda “Rənc Rover” markalı avtomobil yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, “Rənc Rover” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

4-cü sinif şagirdi vəfat etdi

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi vəfat edib. Sozcu.az xəbər verir ki, məktəbli Kərimov Ruslan Elşən oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Ruslan məktəbin fəal şagirdi və dərs əlaçısı olub.

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələ Saatlı stansiyasından 18 km şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Sidneydə ticarət mərkəzində qanlı olay: 6 nəfər öldü

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib. Sozcu.az xəbər verir ki, yüzlərlə insan ticarət mərkəzindən evakuasiya edilib. Məlumata görə, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri alan 7 nəfər xəstəxanaya yerləşdirilib. Polis rəsmiləri iki hücumçudan birinin polis tərəfindən ağır yaralandığını, digər hücumçunun axtarışlarının davam etdirildiyini bildirib.

Daha 2 erməni hərbçisi yaralandı

Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ” qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb. Qəza nəticəsində iki hərbi qulluqçu yaralanıb. Nazirlik rəsmisi bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur. Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ata və 6 yaşlı qızı Kür çayında batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb. Hazırda onların axtarışları davam edir.

Kəlbəcərdən ACI XƏBƏR gəldi - ÖLƏNLƏR VAR

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Sozcu.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb. Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə adıçəkilən sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər. Faktla bağlı araşdırma aparılır.

Keşlədə tanışını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.

Pakistanda ağır qəza: 13 nəfər öldü

Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb. Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda nəqliyyat vasitəsi qaçırılıb. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma aparılır.

Ukrayna Rusiyanın təlim mərkəzini vurdu

Ukrayna Rusiyanın Voronej vilayətinin Borisoqlebsk aviasiya təlim mərkəzinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat yayıb. Zərbələr nəticəsində aviasiya istehsalı zavodunun əsas sexi sıradan çıxarılıb. Yusov bildirib ki, müəssisənin istehsal gücü ciddi itkilərə məruz qalıb.