Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqonda ilə işləyərkən qolunun bazu sümüyün kəsib. Ailə üzvləri onu xəstəxanaya çatdırsa da, yaralı dünyasını dəyişib. Həkimlərin verdiyi məlumata görə, onun ölümünə səbəb qan itirməsi olub. Fakt araşdırılır.

Maşın arabaya çırpıldı: azyaşlı öldü

Ağstafada minik maşını arabaya çırpılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil at arabası ilə hərəkətdə olan baba və nəvəsini vurub. Hadisə nəticəsində baba, 1972-ci il təvəllüdlü İsmayılov Ələmdar Haqverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Nəvə, 2018-ci il təvəllüldü Tağıyev Əziz Əvəz oğlunun isə həyatını xilas etmək mümkün olmayıb.

İstanbul metrosunda yanğın: Qatarların hərəkəti dayandırıldı

Türkiyənin İstanbul şəhərində metronun "Yenikapı" stansiyasında səhər saatlarında naməlum səbəbdən yanğın baş verib. Bu barədə İstanbul metrosunun rəhbərliyi açıqlama yayıb. Yanğının dayanacaqdakı eskalatorda başlandığı deyilib. Məlumata görə, qəfil hər yeri tüstü bürüyüb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. "M2 Yenikapı-Hacıosman metro xəttinin Yenikapı stansiyası müvəqqəti olaraq fəaliyyətə bağlanıb. Səfərlər Vezneciler-Hacıosman stansiyaları arasında həyata keçirilir", - deyə məlumatda bildirilib. Həmçinin səfərlərin Yenikapı-Vezneciler stansiyaları arasında pulsuz avtobuslar vasitəsilə həyata keçiriləcəyi qeyd edilib.//Oxu.az

Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. "Report"un məlumatına görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. 1974-cü il təvəllüdlü Manaf Məhəmməd oğlu Zeynalovu avtomobil vurub. O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

50 yaşlı sakini maşın vurub öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, rayonun Qaraçinar kəndində 1974-cü il təvəllüdlü Zeynalov Manaf Məhəmməd oğlunu avtomobil vurub. O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qəzzada ölən jurnalistlərin sayı açıqlandı

2023-cü ilin oktyabrından bu günə kimi Qəzza zolağında baş verən əməliyyatlar nəticəsində 188 jurnalist həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb. Məlumata görə, jurnalistlərin bir hissəsi öz ailə üzvləri ilə birlikdə öldürülüb.

Pakistanda partlayış: 20 ölü, 30 yaralı

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında güclü partlayış olub. Sozcu.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Vəzifəli şəxslər arasında mübahisə - Söyüb təhqir etdi

Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki "Məryəm Kids" bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb. Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığı üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib. Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib. Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.

Maşınla vurulan 12 yaşlı uşaq öldü

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a bildirilib ki, hadisə dünən saat 18:40 radələrində köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində olub. Belə ki, E.Mütəllimov idarə etdiyi avtomobillə 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Gəncədə tibb bacısını maşın vurub öldürdü

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub. O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ağsu sakini yeznəsinə qayçı ilə xəsarət yetirib

Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib. Xəbər verilir ki, ötən gün saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev prospekti ev 33 ünvanında Qalib Əlirza oğlu Fərzalıyev və İlqar Durqardaş oğlu Şirinov arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Q.Fərzalıyev qoyun yunlarının təmizlənməsi üçün istifadə olunan qayçı ilə yeznəsi İlqar Şirinova qəsdən bir dəfə zərbə vuraraq, ağır bədən xəsarətləri yetirib. Belə ki, Qalib Fərzalıyev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.