Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində bir nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam Rayon Prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Qəmbər oğlu Əliyev xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib. Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
12 mindən çox müsəlman, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və İslam dünyasının digər ölkələrinin nümayəndələri. Martın 29-da Tatarıstan Respublikasının paytaxtı Kazanda ilk dəfə olaraq respublika iftarı (mübarək Ramazan ayında axşam namazından sonra birgə yemək) bu qədər qonaq toplayıb. Tədbir göstərdi: Kazan İslamın inkişafı və Rusiyanın İslam dünyası ilə əlaqələrinin inkişafı üçün ən mühüm mərkəzlərdən birinə çevrilir. Burada hər il respublikanın minlərlə müsəlmanının və fəxri qonaqların iştirakı ilə kollektiv iftar süfrəsi təşkil edilir. Bu il ilk dəfə olaraq “Rusiya - İslam Dünyası” Strateji Baxış Qrupunun himayəsi altında keçirilib və faktiki olaraq beynəlxalq status alıb. İftarda bir sıra İslam dövlətlərinin səfir və konsulları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin mərkəzi ənənəvi olaraq əsas beynəlxalq tədbirlərin keçirildiyi Kazan Expo meydanı olub. Rusiyada elan edilən Ailə ili çərçivəsində iftar və şam namazından əvvəl saytda ailə dəyərlərinə dair moizələr dinlənilib. Fələstin xalqı üçün toplu namaz da qılınıb. İştirakçıların fikrincə, Respublika iftarı yüksək səviyyədə keçirildi və Rusiyada ilin əsas tədbirlərindən birinə hazırlıq üçün mühüm mərhələ oldu. Artıq may ayında Kazanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə Rusiya Federasiyasında ən böyük tədbir olan “Rusiya - İslam Dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçiriləcək.
Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, zəncirvari qəza "Opel", "Hyundai", BMW "Chevrolet" markalı minik avtomobillərinin iştirakı ilə baş verib. Qəza zamanı avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
Yaponiyanın Honsyu adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb. Yeraltı təkanların episentri İvate prefekturasında, zəlzələocağı isə yerin 71 km dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Akita, Aomori, Miyaqi, Fukusima, Yamaqata, eləcə də Hokkaydo prefekturalarında hiss olunub. *** Saat 03:29 Yaponiyada güclü zəlzələ baş verib. APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib. Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanların ocağı ölkənin Hatinohe şəhərindən 44 kilometr cənub-şərqdə qeydə alınıb.
Azərbaycanda tələbə vəfat edib. Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb. Bildirilib ki, akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin “Məşqçilik” ixtisasının III kurs tələbəsi Cavid Telman oğlu Süleymanlı qızılcadan dünyasının dəyişib.
Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb. Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, daha sonra isə yük maşınına çırpılıb. Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb. Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
Bakının Nizami rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Məmmədli Neyjən Zamin qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır .
Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Fidan Habil qızı Niftəliyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var. Faktla bağlı araşdırma aparılır.
Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib.
Qazaxda törədilmiş qətl hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ötən il noyabrın 22-si rayonun Qazaxbəyli kəndi Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, 1988- ci il təvəllüdlü Yusifova Xatirə Əyyub qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(report)
Ucar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib – red.) qətlə yetirib. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rüzgar mobil telefonuna 1981-ci il təvəllüdlü anası Jalənin səhvən intim məzmunlu mesaj göndərməsindən sonra onun kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib. Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə Jalənin tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evinə yola düşüb. Rüzgar Jalənin yatdığı otağa daxil olub, yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Jalə oğluna şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini deyib, üzünə şillə vurmasından əsəbiləşib. Rüzgar yaranmış mübahisə zamanı iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb və döşəmə üzərinə yıxaraq, onu boğub öldürüb. “Atam evdən getdi” İstintaq orqanı tərəfindən Rüzgarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüzgar ona elan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Jalə doğma anasıdır, atası Fərrux 2021-ci ildə evdən gedərək Bakı şəhərində yaşamağa başlayıb: “Məndən başqa iki bacım isə ailə həyatı quraraq ayrı yaşayırlar. 2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə getdim. 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul oldum. Həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə, əmimin yanına getdim, onun yanında işlədim”. “Anamla əlaqə saxlayırdım” Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə - 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: “Həmin vaxt anamın başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım”. Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: “Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü. Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşdırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi”. “Bibim dedi, rayona səhər gedərsən” Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: “Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim. Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söyldi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik. Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim. Xəlil Ucara nə məqsədlə getməyimi soruşduqda, ona anam Jaləni görmək istədiyimi dedim”. “Şans verməyimi istədi” Rüzgarın sözlərinə görə, Xəlilə avtovağzala, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirib: “Xəlillə sağollaşdım, avtobusla avtovağzala getdim, saat 01.20-də Bakıdan nömrəsini xatırlamadığım “Mercedes” markalı taksi ilə yola çıxdım. Saat 4 radələrində Ucar rayonuna çatdım. Kəndimizin girişində taksidən düşərək piyada evə getdim. Darvazadan həyətə baxdıqda heç kəsin olmadığını gördüm. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq həyətə keçdim. Qonaq otağında olan çarpayıdan səs gəldikdə anamın yuxudan ayıldığını hiss etdim. Ayaqqabımı soyunaraq qonaq otağına daxil oldum. Otağa girən kimi işığı yandırdıqda anamın çarpayıda oturmuş vəziyyətdə qorxaraq mənə baxdığını gördüm. Anamdan niyə evdən çıxmadığını soruşdum və telefonunu götürdüm, zənglərə, mesajlara, şəkillərə baxdım. Telefonda kənar şəxsə aid heç nə tapmadım. Anam mənə səhv etdiyini, bir də belə bir şey olmayacağını dedi. Həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyimi istədi”. “Anam xırıldamağa başladı” Rüzgar deyib ki, anasından evdən çıxmağı tələb edib və qolundan tutaraq çarpayıdan qaldırıb: “Bu zaman o, öz istədiyi kimi yaşayacağını, heç kimin ona heç nə deyə bilməyəcəyini, heç kimə şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini və heç kimin sözüylə evdən çıxmayacağını dedi. Sonra qışqıraraq mənə nalayiq ifadələr işlətməyə başladı. Üzümə sağ tərəfdən şillə vurdu. Anamın boğazından iki əlimlə yapışaraq boğmağa başladım. Dizlərimi yerə qoyduqdan sonra yenə boğmağa davam etdim. Daha sonra anamı arxası üstə uzatdım, bu vəziyyətdə də onu boğdum. Bu zaman anam mənim boğaz nahiyəmə cırmaq atdı. Cırmaq atdıqda əllərimi boğazından çəkdim, anam xırıldamağa başladı”. “Meyiti iki palaza bükdüm” Rüzgar qeyd edib ki, qonaq otağında elektrik ötürücüsünə taxılmış vəziyyətdə olan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş naqili ötürücüdən ayırıb, anasını yenidən arxası üstə döşəməyə sərərək dizlərini onun üzərinə basıb, müqavimət göstərməsinin qarşısını alıb: “Naqili boğazına dolayaraq çarpaz istiqamətdə sıxdım. Təxminən bir dəqiqə həmin vəziyyətdə anamı boğduqdan sonra onun öldüyünü anladım. Özüm ayağa qalxdım, naqil anamın boğazında qaldım. Otaqda olan iki palazdan birini götürdüm, anamın üzərinə sərdim və onu palaza bükdüm. Servantdan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş iki naqil götürərək palazı bağladım. Palazı dartaraq evin eyvanına, qonaq otağı ilə yataq otağının arasına çıxardım. Birinci fikrim anamın meyitini eyvanda saxlamaq oldu. Havanın işıqlandığını gördükdə meyiti palazla birlikdə hadisə baş verən otağın sağında yerləşən yataq otağına sürüyüb apardım. Meyiti yataq otağının sağ küncünə uzandırdıqdan sonra qonaq otağında olan digər palazı gətirərək meyitin üzərinə atıb otaqdan çıxdım. Otağın qapısına qıfıl keçirsəm də, açarla bağlamadım”. “Bibimə hər şeyi danışıb təslim oldum” Təqsirləndirilən şəxs deyib ki, kəndin giriş hissəsindən keçən Gürcüstan-Qazax-Bakı avtomagistral yolunun kənarında dayanaraq Bakı istiqamətində hərəkət edən “Opel” markalı avtomobilə minib və Bakı şəhərinə gedib: “Saat 9 radələrində Bakıda "20 Yanvar" metrosunun yaxınlığında düşdükdən sonra avtobusla bibimgilə getdim. Bibim məndən niyə evə gec gəldiyimi, saatlarla harada olduğumu, telefona niyə cavab vermədiyimi soruşduqda mən hirslənib ağlamağa başladım. Mətbəxin pəncərəsi açıq olduğuna görə bibimə evin arxasına keçməyi təklif etdim. Evin arxasında ağlaya-ağlaya bibimə bütün olanları danışdım. Babam Musaya zəng elədim. Amma onunla danışa bilmədiyimə görə telefonu bibimə verdim. Bibim baş verənləri babama danışdı. Daha sonra Moskvada yaşayan əmim Əliyə və digər bibim Günaya zəng edərək anamı qətlə yetirdiyimi dedim. Əmim telefonda ağlayaraq mənə gedib təslim olmağımı dedi. Bibilərim Günay və Nazilə ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə getdik. Könüllü polisə təslim oldum”. “Videodakı “N” hərfinin kim olduğunu soruşdum” İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən Rüzgarın bibisi Nazilənin sözlərinə görə, qardaşı Fərruxla Jalə təxminən hadisədən bir il əvvəl faktiki ayrılıblar: “Qardaşım arvadı Jaləyə nifrət etdiyini bildirərək onunla yaşamaq istəmədiyini dedi. Təxminən bir il əvvəl Ucar rayonunun kəndinə yasa gələndə camaat arasında Jalənin başqa kişi ilə münasibətinin olması barədə söz-söhbət yayıldığını eşitdim. Jalənin özü də adına yalandan başqa bir şəxslə münasibətinin olması haqqında kənddə şayiələr çıxardıqlarını dedi. Son zamanlar Jalənin vatsapda daim onlayn olduğunu görürdüm. Niyə bu qədər onlayn olmağının səbəbini soruşduqda, qızları ilə danışdığını deyirdi”. Nazilə qeyd edib ki, avqustun 12-də Jalənin Bakıda yaşayan qızı Sayalı qaynanası ilə birlikdə Ucar rayonuna yasa gedib: “Sayalı anası Jalədən ötrü darıxdığından 5-6 gün onunla qalmaq istəsə də, Jalə qızının qalmasına icazə vermədi, onu taksi ilə Bakıya yola saldı. Bundan başqa, avqustun 7-də baldızım və eyni zamanda Jalənin qudası olan Kəmalənin qızı Fatimə mənə vatsapda onun statusun ekran görüntüsünü göndərdi. Jalənin vatsapa, “Tik-tok”a qoyduğu videoda “N” baş hərfi və ürək şəkilləri vardı. Videoya görə bacım Günaya zəng etdirərək Jalədən videoda olan “N” hərfinin kim olduğunu soruşdum. Jalə həmin videonu vatsapa bilməyərəkdən qoyduğunu dedi”. “Anasının yox olduğunu dedi” Nazilə deyib ki, qardaşı oğlu Rüzgar kənddə yaşayıb böyüyüb, hərbi xidmətdən sonra Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə əmisi Əlinin yanına yollanıb, meyvə-tərəvəz işi ilə məşğul olub: “Qardaşım Əli zəng edərək mənə Rüzgarın Bakıya gələcəyini, onun anası Jalə ilə nəsə bir işi olduğuna görə Ucara getmək istədiyini dedi. Növbəti gün, günorta saatlarında Rüzgar Sulutəpə qəsəbəsində yaşadığım evə gəldi. Həyətdə oturub yemək yedik, söhbət elədik. Təxminən 1 saat qaldıqdan sonra özünə nömrə alacağını və dostu ilə görüşəcəyini deyərək evdən çıxdı. Saat 21 radələrində bacım Günayın oğlu Xəlil zəng edərək Rüzgarın yanında olduğunu, bir az sonra isə zəng edərək Rüzgarın Ucar rayonuna getməkdə israr etdiyini dedi. Rüzgarla telefonda danışaraq Ucar rayonuna getməməsini, evə qayıtmasını və səhər birlikdə Ucara getməyi təklif etdim. O isə sözümə məhəl qoymayaraq gedəcəyini bildirdi. Avqustun 18-də saat 9 radələrində Rüzgar vatsapda yazaraq bizə çatdığını dedi, hamamı hazırlamağımı istədi. Saat 09.30-d Rüzgar bizə gələndə onun əllərinin əsdiyini və yaxşı vəziyyətdə olmadığını gördüm. Bunun səbəbini soruşduqda Rüzgar mənimlə birlikdə evin arxasına keçərək Jaləni pis vurduğunu, onun yox olduğunu dedi. Bundan sonra ağlamağa başladı”. “Sevgili münasibətinin olduğunu dedi” Şahid qismində ifadə verən Sayalının sözlərinə görə, mərhum Jalə anası, təqsirləndirilən Rüzgar isə qardaşıdır: “Təxminən hadisədən bir il əvvəl atam Fərrux bizi tərk edərək evdən getdi. Bundan sonra atamı birdə heç vaxt görməmişəm. 12 avqust 2023-cü ildə qaynanamla birlikdə Ucar rayonuna yasa gəldik. Anamdan ötrü darıxdığım üçün bir həftə onun yanında qalmaq istədim. Onun yanında cəmi 2 gün qaldım. Sonra anam Bakıya getməyimi tələb edərək məni yola saldı. Anamın evində qaldığı iki gündə kənddə olan Niyaməddin adlı qonşumuz evimizə gəldi. İki gün hər axşam saat 23 radələrində Niyaməddinlə anam bizdə qonaq otağında spirtli içki qəbul edib yemək yedilər. Niyaməddin bir gecə bizdə qaldı, bir gecə isə yeyib-içdikdən sonra getdi. Anam mənə Niyaməddinlə sevgi münasibətində olduğunu, bunu yalnız bacım Sahilənin bildiyini dedi. Qardaşım Rüzgarın Azərbaycana gəlməyindən xəbərim olmayıb. Həyat yoldaşım mənə Rüzgarın Azərbaycana gəldiyini, Ucara gedərək anamı döydüyünü, anamın xəstəxanada olduğunu, Rüzgarın isə tutulduğunu dedi. Buna görə həyat yoldaşım və qaynanamla kəndə getdik. Qardaşımın anamı qətlə yetirdiyini orada bildim”. Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüzgar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.