Binəqədidə liftdən meyit tapıldı

Binəqədidə liftdən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanda DƏHŞƏT: Qardaşlar qanına qəltan edildi

Ağstafada dava bıçaqlanma ilə nəticələnib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. 2002-ci il təvəllüdlü Kamil Vəlizadə və onun qardaşı, 2000-ci il təvəllüdlü Ramin Vəlizadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik Sex yanğından mühəfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Moskva vilayətində terror aktında ölənlərin sayı 70-ə çatıb

İlkin məlumata görə, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.  Sozcu.az xəbər verir ki, "Crocus City Hall"ın tualetlərindən birində 10-dan çox cəsəd tapılıb. Bundan başqa, yeməkxanalarda və təmizləyicilərin avadanlıqların saxladığı otaqlarda da cəsədlər aşkar edilib. Onlar gizləndikləri yerdən yaxınlarına zəng vuraraq harada olduqlarını, tüstüdən boğulduqlarını deyiblər. Lakin alovun şiddətindən yanğınsöndürənlər onları vaxtında çıxara bilmədiklərinə görə tüstüdən boğulub həlak olublar. Məlumatda qeyd olunur ki, insanlar atışmadan sonra terrorçulardan qorunmaq üçün orada gizləniblər.  Qeyd edək ki, terror aktı nəticəsində yaralananların sayı 147 nəfərdir. 

Moskvada konsert zalında atəş açılıb, 40 nəfər ölüb, 100 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var. Sozcu.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb. 21:29 Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib. "Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

Əlində fişəng partladı, xəstəxanaya yerləşdirildi

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü E.Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb. O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub. Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Tovuzda yeniyetməni "tok" vuraraq öldürdü

Tovuzda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Belə ki kənd ərazisində yeniyetmə oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Hadisənin baş vermə səbəbləri araşdırılır

7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilova hökm oxunub. Sozcu.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə müttəhim son söz deyib. Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə əsasən, M.Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İsmayıllı sakinini öldürüb meyitini yandıranlardan xəbər var

İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən Elvin Əliyev və Ümidvar İbişovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası martın 18-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümidvar İbişov 17 il 6 ay, Elvin Əliyev isə 17 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd: 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub. Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə sonuncunun meyitini İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar. Toplanan sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Babayev Orxan Baba oğlunu cərəyan vurub. O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Ağdaşda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub. Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağammədov Yasin Sədiyar oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır. Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Hadisənin tam təfərrüatları barədə məlumat veriləcək.

Azərbaycanda dəhşətli hadisə: 18 yaşlı gənc öldü

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.