İran İsraildə xəstəxananı vurdu

08:35

İran İsrailə raket zərbələri endirib.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, raketlər paytaxt Təl-Əvivə düşüb.

Eyni zamanda, Beer-Şevada yerləşən Soroka xəstəxanası da vurulub.

**

Xəstəxananın vurulması nəticəsində azı 10 nəfər xəsarət alıb.

Ölkənin əksər bölgələrində hava hücumu sirenləri səslənir, mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb.

Təl-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb.

Share on Facebook