Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az DİN-ə istinadla xəbər verir ki, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında 2 piyada yolun hərəkət hissəsindən keçərkən onlardan birini minik avtomobili vurub.
Piyada hadisə yerindəcə həyatını itirib.