19:48
İsrail ordusu İranın Buşəhr şəhərindəki “Pars” qaz yatağına zərbə endirib.
Sozcu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri dünyanın ən böyük təbii qaz yatağı olan “Cənubi Pars” qaz yatağının 14-cü fazasını bombalayıb.
***
Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.