Ağstafada dəm qazından zəhərlənən hərbçilərin kimliyi məlum oldu

Ağstafada üç nəfər dəm qazından zəhərlənib. Sozcu.az "Unikal"-a istinadla xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib. Onların hərbiçi olduğu bildirilir. Fakt araşdırılır. *** Ağstafada dəm qazından zəhərlənən hərbiçilərin kimliyi məlum olub. "Unikal"ın məlumatına görə, zəhərlənlər Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Rəfail Hacızadə, Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü Ruslan Əliyev və Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü Saleh Abdullazadədir. Faktla bağlı araşdırma aparılır.

Goranboyda avtomobil piyadanı vurub öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az -ın məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

İsveçdə məktəbdə atışma: Beş nəfər güllələndi

İsveçin Örebro şəhərində məktəbdə atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. Məlumata görə, atışma zamanı beş nəfər yaralanıb. Polis hadisə yerində əməliyyat aparır.

Azərbaycanda 5 yaşlı uşaq civə uddu

Ağdaşda azyaşlı civədən zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə Pirəzə kəndində baş verib. Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib.Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb.

Qazaxda 33 yaşlı kişi dəm qazından öldü

Qazax rayon sakini faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Eyyub Ocaqverdiyev hamam otağında dəm qazından boğulub. O, yaxınlarının köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, fevralın 1-i 89 yaşlı kişi ilə 84 yaşlı həyat yoldaşı da dəm qazından boğularaq ölüb.

15 yaşlı oğlan yaşadığı evin hovuzunda boğuldu

Qəbələdə yeniyetmə kirayə yaşadığı evin hovuzunda boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Məlumata görə, fevralın 1-də saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğulub.

8 aylıq körpənin üzərinə qaynar su dağıldı - Vəziyyəti ağırdır

Şamaxıda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, Şamaxının 1 saylı Çaylı kənd sakini 8 aylıq körpə Bəşirov Yusif Nurlan oğlu evdə oynayarkən peçin üzərində olan qaynar su üzərinə dağılıb. Hadisə nəticəsində ağır bədən yanıqları alan körpənin vəziyyətlərinin ağır olması səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Sudanda bazara zərbə: ən azı 54 ölü, 158 yaralı

Şənbə günü Sudanın Çevik Reaksiya Qüvvələrinin Omdurman şəhərindəki bazara hücumu nəticəsində azı 54 nəfər ölüb, 158 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Çevik Reaksiya Qüvvələri isə bazara zərbə endirdiklərini təkzib edərək, Sudan ordusunun mülki şəxsləri atəşə tutduğunu iddia edib. Qeyd edək ki, Çevik Dəstək Qüvvələri üsyan qaldırıb və hərbi qüvvələrə qarşı uzun müddətdir mübarizə aparırlar.

Azyaşlı qidadan zəhərlənib öldü

2016-cı il təvəllüdlü Şamaxı rayon sakini Cəbrayıllı Maqsud vəfat edib.  Sozcu.az "Unikal"a istinadən xəbər verir ki, azyaşlı qidadan zəhərlənərək ölüb.  Məlumata görə, M.Cəbrayıllı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Azərbaycanda zəlzələ oldu

Qubada 3,2 maqnitudada zəlzələ olub. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib. Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

12 yaşlı qız dəm qazından öldü

Yasamalda 12 yaşlı qız dəm qazından ölüb. Sozcu.az xəbər verir ki, 2013-cü il təvəllüdlü, paytaxt rayonu sakini Nərgiz Əliyeva yaşadığı mənzilin hamam otağında çimərkən zəhərlənib . Faktla bağlı araşdırma aparılır.

Tehranda polis bölməsinə hücum edildi - Təcili

İranın paytaxtı Tehran şəhərindəki 157-ci Məsudiyyə Polis Bölməsinə silahlı basqın edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə, hücum nəticəsində ən azı bir polis əməkdaşı ölüb.