Balakəndə yanğın: xəsarət alan var

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

İmişlidə iki maşın toqquşdu - yaralılar Bakıya gətirilir

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolu və Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun birləşdiyi dairəvi yol qovşağında qeydə alınıb. Hadisə zamanı "Range Rover" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan Vidadi Musalı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya təcili təxirə salınmaz tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda zəncirvari qəza: 5 nəfər...

Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobil “Mersedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov, 2014-cü il təvəllüdlü Elgün Eldəniz oğlu Sarıyev, 1991-ci il təvəllüdlü Günel Əliağa qızı Sarıyev, 2008-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Zərdabda Kürdə batan qızın meyiti Kürdəmirdə tapıldı

Ötən il dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan 2011-ci il təvəllüdlü Saray Sərvan qızı Kərimlinin meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, meyit batdığı yerdən təqribən 15-16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Şamaxıda dava: bir nəfər öldü, ikisi yaralandı

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər. Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

Ermənistanda zəlzələ: bu ərazilərdə hiss edildi

Ermənistanda 3,2 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, yerli vaxtla saat 00:50-də baş verən zəlzələnin ocağı Qeqarkunik rayonunun Şohakat kəndindən 5 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal, Çəmbərək, Şohakat, Ağberk və Ərtanış kəndlərində isə 3 bal hiss edilib.

Bolnisidə maşın iki uşağı öldürdü: polislə qarşıdurma yaşandı

Gürcüstanda Marneuli-Bolnisi yolunun Arıxlı kəndi hissəsində avtomobil iki yeniyetməni vuraraq öldürüb. Sozcu.az “24News.ge” istinadən xəbər verir ki, hadisədən sonra polislə vətəndaşlar arasında insident yaşanıb. Hadisə yerinə çox sayda polis əməkdaşları, təcili yardım cəlb olunub. Hazırda Marneuli-Bolnisi yolunda böyük tıxac yaranıb.

Şabranda Türkiyə vətəndaşına məxsus TIR yanıb

Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb. “Report”un Şimal bürosunun məlumatına görə, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi "VOLVO" markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb. Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Daha bir təyyarə qəzası: ölənlər var

BƏƏ sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyinin məlumatında deyilir. Bildirilib ki, Təyyarə “Əl-Cəzirə” aviaklubuna məxsus olub. Təyyarə Ras əl-Xeymə əmirliyi sahillərində qəzaya uğrayıb. Məlumatda pilotun və onun köməkçisinin həlak olduğu deyilir. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb. Sozcu.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib. "Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qroznı və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər”, - deyə o qeyd edib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Ağsuda yol qəzasında iki nəfər xəsarət alıb

Ağsuda avtomobil qəzası baş verib. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ölümcül oyun yaranıb: 82 uşaq öldü

Sosial mediada ölümcül oyun yayılır, bu, artıq ABŞ-da 82 uşağın ölümünə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb. Məlumata görə, iştirakçılar eyforiya vəziyyətini yaşamaq üçün beynin oksigenlə təmin olunmasını müvəqqəti olaraq kəsirlər.