Oğuzda oğul anasını qətlə yetirdi

Oğuz rayonunda qətl hadisəsi baş verib.

Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kənd sakini, 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə xəsarət yetirilməsi nəticəsində hadisə yerində dünyasını dəyişib.

Qətlin törədilməsində şübhəli şəxs kimi onun 15 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Share on Facebook