16 yaşlı yeniyetmə bıçaqladı - Hadisəni dostu törədib?

Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Sozcu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dostu A.Abbaszadə tutulub.

Qeyd edək ki, hadisə Atatürk prospektində baş verib. 2009-cu il təvəllüdlü Elgün Əliyev bud hissəsindəki bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Hakimlər yaranı dərhal tikib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Share on Facebook