İran Sərhəd Qoşunlarının komandanı sərhədimizə gəldi

İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi Azərbaycan ilə həmsərhəd Xudafərin bölgəsinə səfər edib. Sozcu.az xəbər verir ki, o, “İran Tele” televiziyasına verdiyi açıqlamada səfərdə məqsədinin sərhəd bölgəsində təhlükəsizliyin təmini ilə bağlı məsələlərlə yerindəcə tanış olmaqdan ibarət olduğunu deyib. Qudərzi qeyd edib ki, real vaxt rejimində sərhəd monitorinqi yerli avadanlıqlardan istifadə etməklə həyata keçirilir.

"Rusiya klassik mafiya dövləti, Putin onun xaç atasıdır..."

"Dünya jurnalistləri Zelenskinin timsalında yeni Çerçilli və ya Çe Qevaranı görür..." "Çin BMT Təhlükəsizlik Şurasının üzvü kimi istəsəydi, Ukraynanın qələbəsi üçün nəsə edərdi..." "FTX mafiya prinsipi ilə işləyir. Putin xaç atadır. Onlar Eskobarın kokain satışı hesabına yaşadığı kimi neft və qaz satışı hesabına yaşayır" Nüvə dövlətinin hakimiyyəti başında Putin başda olmaqla mafiyaya bənzər qurum dayanıb. O, məhkəmələr və vətəndaş cəmiyyətinin iştirakı olmadan qərarlar qəbul edir. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində teleaparıcı Slavik Şuster deyib. "FTX-DTK özünəməxsus təşkilatdır. O, mafiyanın klassik qanunları prinsipləri ilə işləyir. Baxın, günbəz var (mafiyanın aparıcı üzvlərindən ibarət qrup), bu, kobud desək, "Siyasi Büro" və ya Putinin yaxın dairəsidir. Xaç atası Putin var, böyük mənada hamıya sərf edir. Və bu dövlət, bu mafiya, Pablo Eskobarın (məşhur kolumbiyalı narkobaron) kokain satışı hesabına yaşadığı kimi, neft və qaz satışı hesabına yaşayır. Orada da eyni şeylər baş verir. Sənə mane olan bürün adamları məhv edirsən", - o, deyib. Şuster vurğulayıb ki, bu sistemdə qərarları məhkəmələr və vətəndaş cəmiyyəti deyil, mafiyanın özü qəbul edir, Rusiya hakimiyyəti də belə nümunə üzərində qurulub. Ona görə də bu hakimiyyətə məhkəmələr, parlament və ya azad mətbuat lazım deyil. "Hansısa vətəndaş təsisatları və ya hansısa insan haqları uğrunda çıxış edən adamlar deyil, Pablo Eskobar kimin yaşaması və kimin yaşamaması məsələsini həll edir. Mafiya özü həll edir. Navalnı yaşamamalıdır, Ukrayna yaşamamalıdır, Ukrayna müxalifəti yaşamamalıdır. Bu, elə mafioz dövlətdir, burada qərarlar belə qəbul edilir: günbəz toplanır və deyir: bax, o, satqındır. Aradan götürüb, asıb-kəsirlər ki, bunun qisas olduğu aydın olsun", - o, deyib. Şuster qeyd edib ki, bu mafiya böyük nüvə dövləti, Təhlükəsizlik Şurasının üzvü, liderinin həbsinə Beynəlxalq Cinayət Məhkəməsinin order verdiyi dövlətin hakimiyyəti başındadır. "Bax, təxminən bizim üzləşdiyimiz vəziyyət belədir. Bunu Qərb liderləri hələ anlamır. Məsələn, Fransa prezidenti bunu dəqiq anlamır. Amma nə zamansa anlamaq lazım gələcək, çünki XXI əsrdir, 2023-cü ildir, ən azından Avropada az-çox vətəndaş cəmiyyəti təsisatları yaradılır və insanlar hüquqlara malikdir. Burada isə biz insanların, başqa ölkələrin, başqa mədəniyyətlərin taleyi haqqında qərar verən mafioz dövlətlə üzləşmişik. Qərarların qəbulu mexanizmində heç kim iştirak etmir, belə mexanizm yoxdur. Gerçəkdən maşın və onun vintcikləri var. Ona görə də bu, hamı üçün böyük təhlükədir", - o, deyib. "Dünya jurnalistləri bu gün Ukraynaya tərəfdardır. Zelenskinin timsalında onlar yeni Çerçillı və ya Çe Qevaranı görürlər" Qərb KİV-lərində bütün jurnalistlər fəal şəkildə Ukraynanı dəstəkləyir. "Bir tərəfdən, Ukrayna var, biz onun  Kremlin bugünkü bədheybət müharibəsinə qəhrəmancasına müqavimətini göstəririk. Amma, digər tərəfdən, biz sanki müharibəni vəsf edirik, çünki bütün jurnalistlər bu gün Ukraynaya tərəfdardır, bu isə artıq davakar mövqedir. Onların hamısı bu gün Zelenskini dəstəkləyir, çünki onun timsalında yeni Çerçillı (Böyük Britanitanın sabiq baş naziri Uinston Çerçill) və ya Çe Qevaranı (Latın Amerika inqilabçısı Ernesto Çe Qevara) görür", - o, deyib. Şuster vurğulayıb ki, jurnalistlər özünə yeni kumir tapıb. "Ukraynaya qarşı heç bir tənqidi münasibət yoxdur. Ümumiyyətlə, Ukrayna barəsində pis danışan yoxdur. Ukrayna həmişə haqlıdır, Rusiya həmişə haqsızdır", - o, deyib. "Çin istəsə, Ukraynanın qələbəsi üçün nəsə edə bilər" Əgər Si Tszinpin Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etmək istəsəydi, o zaman "bunu, sadəcə, etmək lazım idi". "Birləşmiş Ştatlar, Fransa, Böyük Britaniya və Rusiya ilə bərabər Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. ABŞ-ın mövqeyi bəllidir, bütün ölkələrin möveyini də biz bilirik. Çin səs vermir, bitərəf qalır. Rusiyanın mövqeyi aydındır, üç dövlətin də mövqeyini bilirik. Lakin Təhlükəsizlik Şurasında veto hüququ var. Ona görə də TŞ-nin bir üzvü əleyhinə olarsa... Düşünürəm ki, Çin Təhlükəsizlik Şurası səviyyəsində Putinə şəxsi söhbəti zamanı  deməyəcəyini deyə bilər. Çünki Çin BMT-də bütün sivil dünya, yəni Avropa və kollektiv Qərblə birlikdə Ukraynaya səs verərsə, səs verməyə başlayarsa, o zaman heç Moskvaya getməyə ehtiyac olmaz. Amma belə ssenari az ehtimal olunur", - Şuster deyib.moderator

NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib

Rusiya Federasiyasının tammiqyaslı müharibəsinin başlandığı 2022-ci ildən Ukrayna Şimali Atlantika Alyansına üzv dövlətlərdən təxminən 120 milyard dollar məbləğində maliyyə, humanitar və hərbi yardım alıb. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O, Ukrayna Naminə Alyansa üzv olan ölkələrin bu cür dəstəyini misilsiz adlandırıb. "Amerika Birləşmiş Ştatları ən böyük milli donor olsa da, Avropa ölkələri və Kanada ümumi yardımın yarıdan çoxunu təmin edib", - Stoltenberq bildirib. NATO-nun baş katibi həmçinin əlavə edib ki, Avropa dövlətləri təxminən beş milyon ukraynalı qaçqını qəbul edib. “Avropa və Şimali Amerika Rusiyaya qarşı misli görünməmiş iqtisadi sanksiyaların tətbiqinə davam edir ki, bu da Şimali Amerika və Avropa ölkələrinin möhkəm birliyinə dəlalət edir”, - NATO-nun baş katibi vurğulayıb.

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT - Hərbi təyyarələr yenə uçuşlar edir

İranın hərbi təyyarələrinin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuşlar etməsi haqda məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə iranlı jurnalist Rza Abbasi tvitterdə məlumat paylaşıb. Qeyd edək ki, SEPAH-a yaxın telegram kanalları da bu xüsusda materiallar dərc edir.

Çin ən böyük düşməndir - Senator qanun hazırladı

ABŞ-ın respublikaçı senatoru Coş Houli Çin ilə normal ticarət əlaqələrini dayandırmaq üçün Konqresə qanun layihəsi təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə danışan senator belə bir qərarın ABŞ-ın Çindən iqtisadi cəhətdən asılılığı azaldacağını bildirib. "Çin ABŞ-ın ən böyük düşmənidir. İş yerləri, sənaye və gələcək üçün şiddətli iqtisadi rəqabətdə qalib gəlməkdən ötrü ABŞ uğurunun uzun müddət davam edən düsturuna - güclü və müstəqil işçilərə qayıtmalıdır. Vaşinqtonda siyasətçilərin illərlə "uzaqgörən" qərarları problemi daha da dərinləşdirdi", - senator qeyd edib.

Laçına ilk köç: 296 ailə məskunlaşdırılacaq

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır: "Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilib. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir".

Məleykə Abbaszadə abituriyentləri hədələdi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.  Sozcu.az-ın xəbərinə görə, o, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın.  “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb. 

Şəhid adının əbədiləşdirilməsi və ailələrinin sosial müdafiəsinə dair yeni qanun layihəsi hazırlanıb

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması, eyni zamanda şəhid adının əbədiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb, müvafiq qaydada dövlət qurumları ilə razılaşdırılaraq, aidiyyəti üzrə təqdim edilib. Qanun layihəsi qəbul edildikdən sonra digər normativ hüquqi aktlar, o cümlədən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” qanuna uyğunlaşdırılaraq yenidən hazırlanacaq.

Lazım olsa, namizədliyimi geri götürərəm - İncedən şok aşıqlama

Türkiyənin Məmləkət Partiyasının sədri, prezidentliyə namizədlik iddiasını açıqlayan siyasətçi Muharrem İnce seçkilərlə bağlı yeni açıqlama verib.  Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, namizədliyini geri götürməsi ehtimalından danışıb. "Hazırda vəziyyəti dəyərləndirirəm. Öz adıma yox, Türkiyə adına durum dəyərləndirməsi aparıram. Günü gələndə lazım olsa, çəkilməyi də bacararam. Namizədliyimi geri götürərəm. Kemal bəyi dəstəkləyərəm, onun nəfinə geri çəkilərəm", - deyə İnce bildirib. Qeyd edək ki, Məmləkət Partiyası Kemal Kılıçdaroğlunun sədri olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) qopub. modern

Ermənistan parlamentində ƏLBƏYAXA DAVA - VİDEO

Ermənistan parlamentində daimi komissiyanın iclası zamanı əlbəyaxa dava düşüb. Bu barədə erməni mediası məlumat yayıb. Martın 15-də Ermənistan Milli Assambleyasında parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının iclası zamanı əlbəyaxa dava olub. Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sisak Qabrielyan Ermənistandan Türkiyəyə ixrac edilən xam qızılın həcmindən narahatlığını bildirib. Sonra o, qəfil ayağa qalxaraq Ermənistan müxalifət blokunun deputatı Tadevos Avetisyanın üstünə gedib. “Özünü normal apar, uşaq!”, – deyə Avetisyan qışqırıb. Cavabında Qabrielyan deyib: “Uşaq özünsən!”. Orada olan deputatlar həmkarlarını sakitləşdirməyə çalışsalar da, nəticəsiz qalıb, söz dueli davam edib.(konkret.az)

Sənəd qəbulu başa çatdı - Minlərlə abituriyent ərizəsini təsdiqləmədi

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 1 martda başlayıb və 15 mart saat 23:59-da yekunlaşıb. Son məlumatlara görə, 105 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. 7000-ə yaxın abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, onu təsdiq etməyib. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.