Dəhşətli qəza: “Kamaz” parça-parça oldu, 3 ölü - Foto

09:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Kamaz” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub.

Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “Kamaz” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.

Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.

***

Beyləqan rayonunun İmamverdili kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları açıqlanıb.

Bildirilib ki, rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar - VАZ markalı minik avtomobilinin sürücüsü 1992-ci il təvəllüdlü İlqar Məmmədov və “Kamaz” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur.

Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şəmşir Abış oğlu Şükürzadə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Share on Facebook