Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.