“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”.
Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb.
O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb.
“Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik”, - əlavə edilib.