Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.
O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.
O, hadisəni törətdikdən sonra qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.