Simonyan rusun çəkməsini yalayır - Arşakyan

Bəzən bal çəlləyinin içində milçək olduğu kimi, Rusiyadakı diasporumuzda da kökünü çoxdan unudub, ruslaşanlar var. Üstəlik, onlar müstəqil Ermənistanı istəməyən Rusiyanın imperiya ambisiyalarına xidmət etməkdən məmnundurlar. Onların adları ölkəmizdə yaxşı tanınır: Ara Abrahamyan, Sergey Kurginyan, Semyon Baqdasarov, Karen Şahnazarov, Marqarita Simonyan və Marqaritanın əri Tiqran Keosayandır. Sozcu.az xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib. “Simonyandan ayrıca danışmaq istərdik. Marqo da yuxarıda adları çəkilən erməni soyadlı, lakin rus ruhlu şəxslər kimi uzun illərdir ki, Ermənistanın Rusiyaya birləşdirilməsinin ölümcül qaçılmazlığını ağzı köpüklənə-köpüklənə təbliğ edir. Yeri gəlmişkən, yuxarıda adları çəkilən ermənilərin heç biri özlərini xalqımızın bir hissəsi hesab etmir. Onlar tamamilə ruslaşıb. Və onlar Ermənistanla Qərb arasında istənilən əlaqəni ən dəhşətli cinayət hesab edirlər. Amma gəlin Marqoya qayıdaq. Şəxsən mən və ölkəmizdəki bütün tanışlarım onun Rusiyaya tabe olan dövlətdən çıxıb Kremllə bərabərhüquqlu münasibətlər qurmağa çalışan, eyni zamanda Qərblə əlaqələri gücləndirməkdən imtina etməyən müasir Ermənistana münasibətindən ikrah hissi keçiririk. Onun üçün biz hamımız Sorosun marionetləri, satqınlarıyıq. Sonda saysız-hesabsız əsassız ittihamlardan yorulan Ermənistan hakimiyyəti Marqo da daxil olmaqla, bir sıra Rusiya ermənilərini arzuolunmaz şəxs elan edib. Dünənki mətbuat konfransında Paşinyan bu giriş qadağasına aydınlıq gətirib. Təbii ki, bu qadağa bir sıra rusiyalı ermənilərin antierməni siyasətinə bir qədər gecikmiş reaksiya oldu. Amma bu reaksiyanı erməni vətəndaşları dəstəklədi. Və Marqo ölkədə istənilməyənlərdən biridir. Paşinyan ölkəyə giriş qadağasının səbəbini izah etməyə vaxt tapmamış “Çerkizonda” iç paltarı alverçisi kimi Simonyan Baş nazirin ünvanına təhqirə yol verdi. Marqo, sən Kremlə xoş gəlmək üçün saxtakarlıqla məşğul olmağa davam et. Siz rusun çəkməsini yalamağa hazırsınız, amma eyni zamanda, bizə nifrət edirsiniz, çünki biz bunu istəmirik”, - o bildirib.axar.az

Separatçılar etiraf etdi ki, Ermənistanla alternativ əlaqə yaradıblar

"Qarabağ Daxili İşlər Nazirliyi" etiraf edib ki, Laçın dəhlizindən yan keçərək Ermənistanla alternativ əlaqə qurulub və fəaliyyət göstərir. Azərbaycan tərəfi rusiyalı sülhməramlıların müşayiətilə erməni avtomobil karvanının alternativ yol ilə hərəkət etməsinə dair videonu yaydıqdan sonra separatçılar aşağıdakı etirafı ediblər: Azərbaycan tərəfinin yaydığı videoda hərbi texnika deyil, Fövqəladə Hallar Nazirliyinə məxsus maşınlar yer alıb. Xilasedicilər Şuşadan yan keçərək dağ yoluyla Rusiya sülhməramlılarının müşayiətilə Qarabağda qalan vətəndaşları Ermənistana aparıblar, "Daxili İşlər Nazirliyi"nin məlumatında deyilir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, erməni tərəfi Şuşadan yan keçməklə Xankəndidən Qeybalı və Xəlfəli kəndləri vasitəsilə Zarıslıya, daha sonra Laçın yoluyla nəqliyyatın hərəkətini təşkil ediblər. Bu vəziyyətdə Rusiya sülhməramlılarının baş verənlərdə rolu ilə bağlı sual yaranır. Qeyd edək ki, bundan öncə ermənilər Ermənistanla alternativ əlaqə faktını inkar edərək bildirirdilər ki, martın 5-də həlak olan polislər hərbi postlardan birində "rotasiya" həyata keçirirmişlər.

Rusiya ordusu müdafiəyə keçdi - artıq məğlub olub

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna qədər artıq müdafiəyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, ruslar xüsusilə Krımda səngərlər qazır, istehkamlar hazırlayır: “Əgər onlar öz xüsusi əməliyyatlarında müdafiəyə keçiblərsə, deməli, bu müharibədə artıq məğlub olublar”.

Ermənilər Bakıya niyə gəlmək istəmir? – “Bunlar uzun çəkməyəcək”

“Prezident Administrasiyası ikinci görüş üçün Qarabağın erməni icmasını Bakıya dəvət etdi. Çünki faktiki olaraq bu adamlar Azərbaycan ərazisində yaşayırlar. Cənab Prezident də hər yerdə qeyd edir ki, bizim imtiyazlardan onlar da istifadə edə bilər. Yəni qaynayıb qarışsınlar və separatçı qüvvələrdən uzaq qalsınlar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili ötən gün Prezident Administrasiyası tərəfindən Qarabağ erməniləri ilə ikitərəfli danışıqların növbəti raundu üçün onların Bakıya dəvət olunması, habelə Qarabağın erməni icmasının təmsilçilərinin bu dəvətdən imtina etmələri məsələsinə münasibət bildirib. V. Əhmədova görə, bölgədə bu gün separatçı qüvvələr kifayət qədər çoxdur: “O cümlədən Ermənistandan onlara müəyyən göstərişlər gəlir. Bu tərəfdən də təhdidlər var, sərhəddə mütəmadi atəşkəs pozulur. Bunlar belə bir xülyalara qapılıblar. Amma Azərbaycan qarşılıqlı əlaqələr yaratmaq istəyir. Lakin təəssüf ki, bunlar ona getmirlər və Bakıya da gəlmək istəmirlər. Ola bilər ki, onlar Bakıya gəlməkdən də narahatdırlar, çünki əhalinin çoxu bunu birmənalı qarşılamır. Lakin ideya çox normal idi”. Deputat diqqəti ona yönəldib ki, onsuz da bu görüşlər və təmaslar gec-tez yaranacaq: “Ərazidəki sülhməramlılar da müvəqqətidir, çıxıb gedəcəklər, sərhədlər qurulacaq, bir-birimizin ərazi bütövlüyünü tanıyacağıq. Bunlar uzun çəkməyəcək, həll olunacaq. Ondan sonra da bir yerdə yaşayacağıq”. “Onların ayrıca dövlət olmaq ideyaları və s. artıq getdi, qurtardı. Prezident bunların hamısını arxivə göndərdi. Ermənilər artıq bunu anlamalıdır. Ona görə də buradakı əsas rolu Ermənistan və separatçılar oynayır”, – söyləyib.

ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatına münasibət bildirib

ABŞ Dövlət Departamenti İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub: “Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”.

“Abituriyentləri qəsdən “ilişdirirlər”, DİM ləğv olunmalıdır” - Qalmaqal böyüyür

“Qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehiyac var”.  Bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zamanı deyib.  E.Əmrulayev bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir. “Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, - deyə nazir qeyd edib.  O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir: “Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, - deyə nazir əlavə edib. Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Məzahir Məmmədli E.Əmrullayevin bu açıqlamasını yüksək qiymətləndirib: “Biz bu fikirlə əlaqədar olaraq daim media qurumlarında öz istəyimizi dilə gətirmişik. Təəsüflər olsun ki, bu cəhdimizin heç bir nəticəsi olmayıb. Qəbulla bağlı hazırki sistem birmənalı olaraq dəyişilməlidir. İlk növbədə nazirin özünün də qeyd etdiyi kimi bu günün tarixçiləri dünən hüquqa qəbul ola bilməyənlərdir. Dünyanın heç bir ölkəsində qruplar üzrə ixtisas seçimi olmur. Xaricdə abitiriyent ixtisas seçməkdə azaddır. Özün harada görmək istəyirsə, oranı da seçir. Mən dəfələrlə qeyd etmişəm ki, Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərin test bankın hazırlaya bilməz. Çünki bu qurum həm test bankı, həm də onu həyata keçirən icraçı orqan rolunu oynayır. Yaxşı olardı ki, DİM-in əlindən publik hüququ şəxs olmaq hüququ alınsın və sadəcə qurum olaraq fəaliyyət göstərsin. Bu gün DİM publik hüququ şəxs olduğu üçün onu ancaq qazanc maraqlandırır. Qazancın digər yolunu da dərsliklərdən kənar əlavə oxu materialları dərc etdirməkdə görürlər. Ən pis tərəfi də odur ki, imtahanda da sualları həmin əlavə vəsaitdən salır. Hal belə olduqda da uğur göstəricilərinin sayı aşağı düşür. Mənim zənnimcə, dəyişiklik ediləcəksə, ilk növbədə DİM ya ümumiyyətlə ləğv olunmalıdır,. ya da onun səlahiyyətlərinin bir hissə əlindən alınmalıdır. Test bankı fəaliyyəti onun əlindən alınmalı və bu işlə ayrıca bir inistitut məşğul olmalıdır. Bu gün yaranmış bu çətin vəziyyətin başlıca səbəbkarı xüsus kurslar təşkil etmiş insanlardır. Mən bunu çəkinmədən dedim, deyəcəm də. DİM-ə qəbul sualların həmin kurslar hazırlayır. Dövlət İmtahan Mərkəzi də öz növbəsində həmin testlərdə şagirdlərin ilişə biləcəyi bir nöqtə qoyur ki onlar kurslara üz tutsun kursun gəlir mənbəyi artsın. Repetitorların fəaliyyəti bu gün imkan vermir ki DİM-in test bankı sağlam şəkildə fəaliyyət göstərsin”. 

Bu universitetin yaradılması niyə ləngiyir?

Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru olardı. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. Nazir qeyd edib ki, lakin bundan əvvəl akademik muxtariyyətin nə olduğu qanunda vahid bir tarif şəklində öz əksini tapmalıdır: “Qanun elə çevik formada yazılmalıdır ki, hökumətə və digər qurumlara daha səmərəli işləməyə imkan versin. Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, lakin qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının ləngiməsi də qanunvericilikdə problemin olmasıdır”.

Ucarda dəmir yolu stansiyasında komada olan yaralı şəxs tapılıb

Ucarda dəmiryolu stansiyasından koma vəziyyətində olan yaralı şəxs tapılıb. Bu gün səhər saatlarında bir nəfər şəxsin dəmi yolu stansiyasında yaralı və huşsuz vəziyyətdə olması ilə bağlı Ucar Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinə müraciət olunub. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, koma vəziyyətində olan şəxs, Göyçay rayonunun Çərəkə kənd sakini, 1990-cı il təvəllüdlü Samir Faiq oğlu İbrahimovdur. Həkimlər S. İbrahimovun vəziyyətinin ağır olduğunu deyirlər. Zərərçəkənin hansı səbəbdən belə bir duruma düşməsi barədə hələlik dəqiq məlumat yoxdur. Fakt araşdırılır.

Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb. Sozcu.az xəbər verir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.report

Laçında sərhəd-nəzarət məntəqəsi qurulur - Açıqlama

5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən bəri Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar aksiya keçirirlər: "Cənab Prezidentin dediyi kimi, bu, şərəfli bir missiyadır. Qarabağdan təbii sərvətlərimiz talan olunub gözümüzün qabağında Ermənistana daşınırdı. Hansı suveren ölkə buna dözər? Bu, dinc bir aksiyadır, ora qatılanların avtomatı, topu-tankı yoxdur və qanuni tələblər irəli sürürlər. Amma Ermənstan indi də yeni bir narrativ ortalığa atıb. Guya Laçın yolunda “blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “genosid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3 600-dan çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?" "Ermənistan bu tipli narrativlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ də var: “Qarabağ bütün dünyadan təcrid olunub”. Bu adamlar başa düşmür ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt deyil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur. Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi", - Azərbaycan Prezidentinin köməkçisi deyib.

12 mart - Daxili Qoşunların yaranması günüdür

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.   1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.   Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar.   1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.   Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkənin çox çətin bir dövrünə təsadüf edib. Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün haqqında bunları yazıb:  "Bu gün, 12 mart bizim günümüzdür. Daxili Qoşunların yaranma günüdür. Dövlərimizin keşiyində duran DİN in Daxili Qoşunlarının şəxsi heyətini, ehtiyatda olan hərbi qulıuqçuları, tərxis olunmuş bütün DQ ailə üzvlərini təbrik edirəm. Döyüşlərdə yaralanmış qazilərimizə tez sağalmalarını arzulayıram. Şəhidlərimizin və həyatda olmayan DQ qardaş və bacılarımızın ruhu qaşısında baş əyirəm.  Daxili Qoşunların yaradılmasında vicdanla xidmət edən bütün hərbi qulluqçuları ayrıca alqışlayıram.  Yaşasın Azərbaycan!"

"Vaqner" Baxmutda məhv olur, Şoyqu... - Feygin

Rus generalları Baxmut ərazisində "Vaqner" muzdlularının tükənməsinə sevinirlər. Sozcu.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Mark Feygin deyib. M.Feygin bildirib ki, generallar "Vaqner"in yaradıcısı Yevgeni Priqojinə nifrət edirlər: "İndi artıq müəyyən bir fikir var ki, "Vaqner"in gücü tükənir, əlbəttə ki, bütün generallar buna çox sevinirlər, həm Gerasimov, həm də Şoyqu, ona nifrət edir. Britaniyalılar bununla bağlı bildirirlər ki, sutka ərazində 500-800, bəzi günlərdə isə az qala 2 min rus hərbçisi ölür. Mən buna çox inanıram".