Regionda yeni hərbi toqquşma ola bilər - İrəvandan anons

Ermənistan-Azərbaycan sərhədində hələ də eskalasiya ehtimalı var.

Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bu il müxtəlif ölkələrdə keçiriləcək seçkilərin nəticəsində bu eskalasiya ehtimalı daha da artacaq”, - Mirzoyan bildirib.

Bununla yanaşı, XİN başçısı Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə təmasların olduğunu qeyd edib:

“Tərəflər Prezident və Baş nazir administrasiyaları ilə yanaşı, Xarici İşlər Nazirlikləri və digər dövlət qurumları səviyyəsində də əlaqə saxlayırlar. Sülh sazişi ilə bağlı sənədlərin mübadiləsini XİN həyata keçirir.

Danışıqların vasitəçi ilə, yaxud vasitəçisiz keçirilməsi Ermənistan üçün prinsipial məsələ deyil. Bizə Bakıdan sərhəddə görüş təklifi gəlməyib, amma belə bir təşəbbüs haqqında eşitmişəm”.

Qeyd edək ki, rəsmi Bakının sülh prosesini apardığı vaxtda İrəvandan belə açıqlamanın verilməsi Ermənistan tərəfinin sülhdən yayınmaq cəhdləri kimi qəbul edilə bilər.

Share on Facebook