Ermənilər ağır texnika yığır: böyük əməliyyata başlayır – Təcili

İranın aylardır Ermənistanı təhrik etdiyi insidentin əlamətləri görünür. Sozcu.az xəbər verir ki, “Caliber” Ermənistanın laçın istiqamətinə sürətlə ağır texnika və çoxsaylı canlı qüvvə cəmləşdirdiyi haqda məlumat yayıb. “Ermənistan hazırda artilleriya və zirehli texnikadan istifadə edir. İrəvan böyük hərbi əməliyyata hazırlaşır”, - məlumatda bildirilib.

Sərhəddə atışma belə başlayıb

Bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. Bildirilib ki, hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb.

Erməni korpus komandiri yaralandı

Ermənilərin Laçın istiqamətində hərbçilərimizi atəşə tutması nəticəsində Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Gömrük generalından narazılıq artır – “Səfər Mehdiyevin yolu ilə gedir”

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri postundan uzaqlaşdırılması böyük ajiotaja səbəb olmuşdu. O vaxt bəzi müşahidəçilər bu qərardan uzağagedən nəticələr çıxarsalar da, iş adamları və sıravi vətəndaşlar gömrük orqanlarında köklü islahatların aparılacağına ümid edərək,  bu dəyişiklikdən məmnun qalmışdılar.  Yenisabah.az xatırladır ki, Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixində imzaladığı sərəncamla vəzifədən azad olunub. İki gün sonra Səfər Mehdiyevin səlahiyyətləri müavini Şahin Bağırova həvalə olunub. Ş.Bağırov 2023-cü il fevral ayının 14-nə kimi DGK sədrinin birinci müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən şəxs olub. Şahin Bağırov cari ilin 14 fevralından DGK-ya rəhbərlik edir. Maraqlıdır ki, onun sədr postuna təyin edilməsi ilə bağlı məlum sərəncamın üzərindən 2 aydan da az vaxt keçməsinə rəğmən bu qurumun ətrafında yenidən narazılıq yaranıb. Həm iş adamları, həm də sıravi vətəndaşlar DGK əməkdaşlarının fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər. Onların fikrincə, Ş.Bağırovun qurum daxilində nisbətən şəffaf və ədalətli fəaliyyət göstərməsi sədr postuna təyinat aldığı günə kimi olub. O, DGK sədri vəzifəsinə təsdiqlənəndən sonra gömrük orqanları əvvəlki idarəçilik prinsipinə dönüb. İş adamları mətbuatda və sosial şəbəkələrdə Şahin Bağırovun Səfər Mehdiyevin yolu ilə getdiyini açıq şəkildə dilə gətirirlər. Onların iddiasına görə, DGK-da islahatlar imitasiya xarakteri daşıyır. Sədr əvəzi özünün müsbət imicini yaradaraq qurumun başına keçidini təmin edəndən sonra yenə “köhnə hamam, köhnə tas” prinsipi işə düşüb. Xatırladaq ki, bu, DGK-nın fəaliyyəti ilə bağlı ilk narazılıq deyil. Gömrük əməkdaşları bir müddət əvvəl vətəndaşın çantasındakı şəxsi əşyaları - qol saatını, zinyət əşyalarını, gödəkçələri, köynəkləri, hətta alt paltarlarını görüntüləyib xəbəri ictimailəşdirəndən sonra ciddi tənqid obyektinə çevrilmişdilər.  İqtisadçılar vəziyyətdən çıxış yolunu DGK-nın ləğv edilərək, bu qurumun səlahiyyətlərin müvafiq nazirliklərdən birinin balansına verilməsində görürlər. 

"Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi" - Erməni deputat

“Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan deyib. “Azərbaycanlılar Teğ kəndində 400 hektara yaxın ərazini götürüblər. Biz hər gün onların “ərazi”lərimizə necə daxil olduqlarının şahidi oluruq. Biz çox mühüm çağırışlarla üz-üzəyik. Hakimiyyət cavab versin görək, azərbaycanlılar Zəngəzura girəndə bizim əsgərlər harada idi? Azərbaycanlılar hər gün irəliləyir, mövqe tutur, kök salır. Biz səlahiyyətli orqanlar tərəfindən heç bir adekvat addım görmürük. Günahkar cavab verməlidir. Sərhədlərimiz açıqdır. Hakimiyyət hər gün yalan danışır və insanları manipulyasiya edir. Səhər bir şey deyirlər, günorta başqa deyirlər”, – deyə o bildirib. Danielyan deyib ki, Zəngəzurun Kornidzor kəndində Azərbaycan hərbçilərinə əsir düşə bilərdi. “Gorusun Kornidzor kəndində məni azərbaycanlılar əsir götürə bilərdi. Çünki sərhədlər açıqdır. Azərbaycanlılar bir neçə yüz metr aralıda idilər. Kənd camaatı “yaxın getmə, tutacaqlar” deyə məni əsir düşməkdən xilas etdilər”, – deyə Danielyan qeyd edib.

Eyni dərman bir aptekdə 10, digərində 120 manatadır

Ölkəmizdə dərmanların satış qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı xeyli şok vəziyyət yaradan hallar var. Əgər belə olmasaydı, insanlar “filan aptek yaxşıdır” deyə, xüsusi olaraq həmin apteklər şəbəkəsini axtarmazdı. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumlarının rastlaşdığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir. Sozcu.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, dərmanları qəbul edirsən, amma nəticəsi yoxdur: “Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadır. Alman apteklər şəbəkəsi var, Böyük Britanıya dərmanları var və s. Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz hamımız belə olduğunu qəbul edirik. Əgər belədrisə, o zaman niyə vətəndaş aldadılır, onların cibinə girilir? Necə olur ki, eyni tərkibli və eyni adlı dərman bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır? Mən alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım-filan da yoxdur. Mən vətəndaşların aldadılmasına qarşıyam. Kimsə üzərində alman dilində yazılmış dərman almaq istəyirsə, yolu açıq olsun”. Deputat kolbasa məhsullarında olan neqativ hallara da toxunub: “Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi məlumat yaydı ki, “halal” əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdır? Ət adı altında bəs onlar nəyi satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? İnsanlar “halal” deyib kolbasa alır və məlum olur ki, o nəinki halaldır, heç tərkibi nədir, məlum deyil. Bu həm də pis əməldir, hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosis yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki bu cür saxtakarlıqlar və imansızlıqlar ölkəmizin adına ləkə gətirir və bizə düşmən ölkələr bunu bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirir, mütləq cəzasının da olacağını görməlidir”.

Zelenski onu Kiyev vilayətinin rəhbəri təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonu Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub. “Ruslan Andreyeviç Kravçenko Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri təyin edilsin”, - sənəddə deyilir. Qeyd edək ki, yanvarın 24-də Zelenski vilayət administrasiyasının rəhbəri Aleksey Kulebanı vəzifəsindən azad edərək prezident aparatının rəhbərinin müavini təyin edib. Kulebanın varisi postuna Kravçenkonun namizədliyini aprelin 7-də Ukrayna Nazirlər Kabineti təsdiqləyib. Kravçenko 2021-ci ilin martından Buçansk Rayon Prokurorluğuna rəhbərlik edir. O, əvvəllər Ukrayna hərbi prokurorluğunda müxtəlif vəzifələrdə çalışıb.

"Biz Qarabağı özümüz müdafiə edəcəyik" - Babayan SƏRSƏMLƏDİ

“Son zamanlar Ermənistanla təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin və ağır texnikasının hərəkəti müşahidə olunur”. Sozcu.az xəbər verir ki, bunu erməni mediasına Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, “silahlı qüvvələrin keçmiş komandanı”,  general-leytenant Samvel Babayan deyib. O bildirib ki, narahatlığa səbəb yoxdur, amma “Arsax” hər şeyə hazır olmalıdır. “Əslində, nə olursa olsun, “Arsax” hazır olmalıdır. “Arsax”ın indi mümkün hücumlara tab gətirməyə nə dərəcədə hazır olduğunu deyə bilmərəm. Çünki mən onların döyüş hazırlığının vəziyyətini bilmirəm. Hər halda, biz özümüzü müdafiə edəcəyik. Hücum ola bilməz, İran qüvvələrini sərhədə çəkib. Azərbaycan da qarşılıqlı addımlar atır”, – deyə Babayan sərsəmləyib.konkret

İllərlə eyni rayona rəhbərlik edən icra başçıları - SİYAHI

Son günlər Azərbaycanda icra hakimiyyətlərinin ləğvi prosesi akuallaşıb. Müzakirələrə səbəb icra hakimiyyətlərinin sovetdən qalma bir qurum olması və qeyri-şəffaf fəaliyyət göstərməsidir. Xatırladaq ki, Prezident işğaldan azad olunmuş ərazilərə öz nümayəndəsini təyin edir. Bu halda isə icra hakimiyyətləri, icra başçıları öz səlahiyyətlərini itirmiş kimi olurlar. Nəzərə alsaq ki, icra hakimiyyətlərinin mövcudluğu saxlanılır, eləcə də illərdi eyni rayona başçılıq edən icra başçıları var. Faktmedia.az uzun müddət eyni rayonda vəzifə tutan icra başçılarını araşdırıb: Taleh Qaraşov – Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 11 ildir ki, Lənkərana başçılıq edir. Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başlayıb. Həmçinin adında mülklər, bahalı maşınların olması haqqında mətbuatda yazılar dərc olunur. Qəzənfər Ağayev – Dövlət başçısının 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Hələ ki, sakitcə öz otağına çəkilən bu icra başçısı haqqında ciddi “söhbətlər” dərc olunmayıb. 11 il müddətində rayona rəhbərlik edir. Süleyman Mikayılov - Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Adı qalmaqallardan ayazımayan icra başçılarından biridir. 13 ildir ki, Qaradağın icra başçısıdır. Mətbuatın yazdığına görə, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir.  Zakir Fərəcov - Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ildən artıqdır ki, Azərbaycanın ikinci ən böyük şəhərində başçıdır. Zakir Fərəcov işlədiyi illərdə adı qalmaqalsız ötüşməyib. Zaman-zaman haqqında mətbuatda faktlar dərc olunur. Ayaz Əskərov - Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rayonda heç bir failiyyət göstərməməsi, vətəndaşları qəbul etməməsi, problemlərini dinləməməsi ilə bağlı məlumatlar yer alır. 7 ildən artıqdır ki, kiçik bir rayona rəhbərlik edir. Sevindik Hətəmov - 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 7 ildir Salyanda icra başçısı vəzifəsini tutur. Yardımlı rayonuna başçılıq edən zaman onun müavini Mahir Mirzəyevlə yola getməməsi haqqında danışılırdı. Bildirilirdi ki, “oliqarxlıq” edən müavini Mahir Mirzəyev bütün səlahiyyətləri özü icra edirmiş.  Ziyəddin Əliyev -  Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O da 6 ildir ki, Qubaya başçılıq edir.

Pentaqon rəhbərindən ƏMR: Krıma yaxınlaşmayın!

ABŞ-ın müdafiə naziri Lloyd Ostin amerikalı pilotlara Krım yarımadasına yaxınlaşmamağı əmr edib. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb. Nəşr gizli xəritəyə istinadən bildirir ki, kəşfiyyat təyyarələrinin uça biləcəyi yerlər müəyyən olunub və burada Qara dəniz üzərində çəkilmiş sərhədlər qeyd olunub. Sərhəd beynəlxalq hüquqa uyğun olaraq Krım sahillərindən təxminən 12 mil (19 kilometr) məsafədədir. Məlumarda vurğulanıb ki, bu, təyyarələrə Krıma yaxınlaşmamaq barədə əmr verilməsi deməkdir. Qeyd olunub ki, əmr 2022-ci ilin sentyabrından 2023-cü ilin fevralına qədər olan dövrə aiddir.

"Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm..."

"O, 90 yaşınadək bütün dünyanı səyahət edərək, özünün "Savaş yox, qanun" şüarını təbliğ edib..." "Ben Ferens 27 yaşında nasist hərbi cinayətkarlar üzərində Nürnberq məhkəmə prosesində prokuror olub..." Nasistləri mühakimə edən prokuror Ukrayna müharibəsi haqqında nə deyib? Nasistlər üzərində Nürnberq prosesinin sağ qalan sonuncu ittihamçılarından olan Bencamin Ferens 103 yaşında vəfat edib. Sozcu.az xəbər verir ki, amerikalı hüquqşünasın ölümü barəsində onun oğlu NBC telekanalına məlumat verib. Bencamin (Ben) Berell Ferenc 11 mart 1920-ci ildə Macarıstanda yəhudi ailəsində anadan olub. On aylığında ailəsi ABŞ-a mühacirət edib və Nyu-Yorkda məskunlaşıb. Dövlət məktəbinə getməzdən əvvəl oğlan yalnız uvrit dilində danışıb. Sonradan Ben Ferens hüquq təhsili alıb. 27 yaşında əsas nasist hərbi cinyətkarlar üzərində Nürnberq məhkəmə prosesində prokuror olub. O, Şərqi Avropa və SSRİ-nin işğal edilmiş ərazilərində insanların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan CC bölmələrinin-aynzatsqrupların işi üzrə ittihamçısı kimi çıxış edib. İş üzrə bir milyondan çox insanın qətlində ittiham edilən 22 nəfər keçib. Onların hamısı günahkar bilinib, 13 nəfəri ölüm hökmünə məhkum edilib. Nürnberq prosesindən sonra Ferens nasizmdən əziyyət çəkən xalqlara və ölkələrə Almaniya tərəfindən ziyanın ödənilməsi-reparasiyalar və restusiyalar proqramları ilə məşğul olub. NBC qeyd edir ki, Ferens "Xolokostu yaşamış insanların kompensasiya ilə təmin edilməsində həlledici rol oynayıb". O, Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında iştirak edib, bu şəhərdə onun adına piyada keçidi var. 2022-ci il martın 4-də Ben Ferens müsahibə verərək əmin olduğunu bildirib ki, Rusiya hakimi Vladimir Putin insanlığa qarşı cinayətlərinə görə məhkum edilməlidir. "Uşaqların, onların valideynlərinin qətlinə haqq qazandıra biləcək dəlillər yoxdur. Əlbəttə, o, məsuliyyətə cəlb edilə bilər. Bunu etmək üçün təkcə qətiyyət lazımdır, olar Ayda yaşamır. Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm, bu, mümkündür", - Ben Ferens deyib. "İnsan haqları uğrunda yorulmaz mübariz doqquz kitab və onlarla məqalələr yazıb, sonsuz sayda nitqlər söyləyib, 90 yaşınadək bütün dünyanı səyahət edərək, özünün "Savaş yox, qanun" şüarını təbliğ edib", - NBC yazıb. "Mənim bəxtim son dərəcə gətirib ki, bu qədər  yaşamışam. Ümid edirəm ki, öz həyatım boyu nəsə yaxşı şeylər etmişəm", - o, ötən ilin noyabr ayında özünün sonuncu müsahibəsində deyib. Martın 11-də Ferensin 103 yaşı tamam olub. Onun rəsmi "Twitter" səhifəsində dərc edilən fotoşəklində o, əlil arabasında əyləşib, əllərində saxladığı balaca kağızda bu sözlər yazılıb: "Sevdiyin işlə məşğul ol".

Erməni əsgərlər güllələndi

Ermənistan xüsusi ordu korpusunda qanlı insident baş verib. Hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb. Belə ki, xidmət yoldaşlarının təhqir və təzyiqlərinə dözməyən əsgər axşam saatlarında avtomat silahından atəş açaraq iki əsgəri güllələyib. Faktla bağlı araşdırma aparılır.