Ermənistanın Fransa və digər regiondankənar qüvvələrin köməyi ilə Azərbaycanla sərhəddə hücuma keçəcəyi barədə iddialar yayılıb.
Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu iddiaların artıq geniş vüsət aldığını bildirib.
Deputat deyib ki, yayılan məlumatlara görə, Ermənistan Fransa və digər qüvvələrin köməyi ilə Azərbaycana qarşı hücuma hazırlaşır: məqsəd danışıqlar prosesində “əlini” gücləndirmək üçün sərhəddə bir neçə yüksəkliyə nəzarəti bərpa etməkdir.
Lakin Abramyan bu addımın İrəvan üçün təhlükəli olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən gün Fransanın Ermənistanın Azərbaycan, Rusiya, Türkiyə və İranla sərhədboyu hərbi-siyasi vəziyyət haqqında bilgilərin yer aldığı peyk məlumatlarını İrəvana ötürəcəyi iddia edilmişdi.