Prezidentliyə namizəd: “Erməniləri Qarabağa qaytaracam, status veriləcək”

ABŞ prezidentliyinə müstəqil namizəd, sabiq prezident Con Kennedinin qardaşı oğlu Robert Kennedi Azərbaycanla bağlı böhtan məzmunlu, saxta fikirlər səsləndirib.  Sozcu.az xəbər verir ki, R.Kennedi prezident seçiləcəyi təqdirdə Ermənistana dəstək olacağını və ermənilərin Qarabağa qayıdışını təmin edəcəyini deyib. Absurd iddialarına davam edən Kennedi deyib ki, ABŞ hökumətini Qarabağ ermənilərinin öz “vətən”lərinə qayıtmasını təmin etmək, “müqəddəratını təyinetmə hüququnu qorumaq” üçün səfərbər olmalıdır. O qeyd edib ki, dünyanın diqqəti Qəzzaya yönəlib və heç kim Qarabağdan köç barədə danışmır. “ABŞ prezidenti kimi mən bu yolda diplomatiyadan, nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm”, – Kennedi müraciətində bildirir. O həmçinin Azərbaycanı hansısa “etnik təmizləmə”, “Ermənistana təcavüz”də ittiham edib. Qeyd edək ki, R.Kennedinin videomüraciətinin Amerika Erməniləri Milli Komitəsi tərəfindən tez bir zamanda tirajlanması xüsusi diqqət çəkib. Onun belə qatı ermənipərəst mövqe sərgiləməsi erməni lobbisindən dəstək alaraq hakimiyyətə gəlmək məqsədi ilə əlaqələndirilir. Xatırladaq ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya, o cümlədən ABŞ da təsdiq edib.globalinfo)

Ukraynalıların yarıdan çoxu qısa müddətdə müharibədə qalib gələcəklərinə inanır

Ukraynalıların yarıdan çoxu (58%) ölkələrinin qısa müddətdə müharibədə qalib gələcəyinə inanır. Bu, İlka Kuçeriva adına Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub. Respondentlərin yalnız 5%-i qələbəyə şübhə edib. Qeyd olunub ki, bütün yaş qruplarında Ukraynanın qələbəsinə inam üstünlük təşkil edir. Qələbəyə inananların 6%-i yaxın bir neçə ayda, 21%-i 2024-cü ilin yayına qədər, 31%-i isə 1-2 ildən sonra zəfərin əldə olunacağına ümid edir. Onların 15%-i qarşıdakı 3-5 il ərzində qalibiyyətin təmin olunmasına inanır. Sorğu iştirakçılarının 2,5 %-i isə düşünür ki, onlar öz sağlıqlarında zəfərin şahidi olmayacaqlar. Həmçinin, respondentlərin 69%-i savaşın sonunda bütün məhbusların azad edilməsinə və deportasiya olunmuş ukraynalıların geri qaytarılmasına inanır. Soğru iştirakçılarının 42 faizi rəsmi Kiyevin NATO-ya daxil olunacağını düşünür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

İmişlidə 10 yaşlı uşaq su kanalında batdı

İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb. Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir. Faktla bağlı İmişli Prokurorluğunda araşdırma aparılır.

Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi

Ukrayna Hərbi Hava Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə hücumdan sonra iki Rusiya gəmisi Krımın Feodosiya buxtasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, gəmilər “Novoçerkassk” vurulduqdan bir neçə saat sonra ərazini tərk edib. Qeyd edilib ki, duman və böyük məsafə səbəbindən gəmiləri müəyyən etmək mümkün olmayıb. Ehtimal edilir ki, bunlar Rusiya Qara dəniz Donanmasının bir döyüş gəmisi və bir hərbi kateri olub.

Ukraynanın vurduğu nəhəng “Novoçerkassk” - Foto

Xəbər verdiyimiz kimi, bu gün Krımdakı Feodosiya limanında Rusiya Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, gəmi 1987-ci ildə Polşanın Qdansk şəhərində inşa olunub və həmin ilin 30 noyabrında istismara verilib. Gəmi desant çıxarmaları və dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub. Müxtəlif növ zirehli texnikaları, o cümlədən tankları daşımaq qabiliyyətinə malikdir. “Novoçerkassk”ın uzunluğu 112.5 metr, eni isə 15 metrdir. Gəminin ağırlığı adi vəziyyətdə 3450 ton, yüklə birlikdə isə 4080 tona çatır. Gəminin heyəti 87 nəfərdən ibarətdir. “Novoçerkassk” iki ədəd 57 mm-lik 2 lüləli AK-725 pulemyotu, iki ədəd 20 lüləli 122 mm-lik “Qrad” reaktiv yaylım atəş sistemi və “Strela” zenith-raket kompleksi ilə silahlanıb. Qeyd edək ki, 2022-ci ilin martın 24-də Berdyansk limanında da gəmiyə hücum olunmuşdu. Həmin vaxt gəminin 3 heyət üzvü ölmüşdü.

Qətlə yetirilən hansı tanınmış vəkilin qardaşıdır?

Xəbər verdiyimiz kimi, tanınmış vəkilin qardaşını tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən keçmiş məhkum Rəsul Ağazadənin məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, qətlə yetirilən şəxs vəkil, 2020-ci ildə keçirilən parlament seçkilərində namizəd kimi iştirak edən Vasif İsrafilovun qardaşıdır. V.İsrafilov 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub, iki ali təhsili var, 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib. 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.

Qəzzada ölənlərin sayı 20.5 mini keçib

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb. Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.

Şəhidləri təhqir edən şəxs SAXLANILDI

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu şəhid olub, 1 nəfər yaralanıb. Sozcu.az Medianews.az-a istinadla xəbər verir ki, ondan bir gün öncə də Türkiyə ordusu həmin bölgədə 6 şəhid vermişdi. Sosial şəbəkədə 12 şəhidi və Türkiyə ordusunu təhqir edən O.K. adlı şəxs Antalya Təhlükəsizlik Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Keçirilən əməliyyatın görüntülərini dərc edən Daxili İşlər Naziri Ali Yerlikaya, “Müqəddəs dəyərlərimizi təhqir edənlər bundan sonra da Ali Türk ədaləti qarşısında cavab verəcəklər”,-deyə bildirib.

Dünyanın ən böyük 5 böhranından biri İrandır – Kemeron

Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdəki toqquşmalar, terrorizm və iqlim dəyişikliyi ilə yanaşı, İran təhdidi dünyanın ən mühüm beş böhranından biridir. Sozcu.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib. O, İran rejiminin Britaniyada fəaliyyət göstərən iranlı jurnalistlərə qarşı təhdidləri ilə bağlı çox sayda sübutların olduğunu bildirib: “İrana bağlı HƏMAS, Hizbullah və Husi müxtəlif bölgələrdə Tehranın dəstəyi ilə şiddətli böhranlar yaradır”.

Dəm qazı daha bir can aldı

Gədəbəy rayonu Slavyanka kənd sakini, 1956-cı il təvəllüdlü Nəzakət Ovçu Süleymanova qızı dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə evin hamam otağında baş verib. Faktla bağlı araşdırma aparılır.

Şahramanyan “Artsax”la bağlı tüpürdüyünü yaladı

Dekabrın 22-də özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan İrəvanda separatçı rejimdə könüllülük əsasında “vəzifə” tutmaqda davam edən “rəhbərlərlə” görüşüb. Sozcu.az-ın məlumatına görə, bu barədə İrəvandakı “Artsax İnformasiya Qərargahı” məlumat yayıb. Görüşdə Qarabağdan köçmüş ermənilərin problemləri müzakirə edilib, onların həlli üçün tövsiyələr verilib. Şahramanyan işlərin 2024-cü ildə də davam etdirilməsinin zəruriliyini vurğulayıb, Xankəndidən qaçmış “mer” və rayon administrasiyalarının “rəhbərlərinə” erməni köçkünlərin problemlərinin inventarlaşdırılmasını davam etdirməyi və mütəmadi olaraq qondarma “hökumətə” təqdim etməyi tapşırıb. Maraqlıdır ki, Samvel Şahramanyan görüşdə verdiyi növbəti açıqlama ilə tüpürdüyünü yalayıb. Belə ki, o, özünün imzaladığı və geniş müzakirəyə səbəb olan 28 sentyabr sərəncamına istinad edərək vurğulayıb ki, qondarma “Artsax”ın hüquqi sahəsində “dövlət institutlarının” ləğvini nəzərdə tutan heç bir sənəd yoxdur. Xatırladaq ki, bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirib. Nəticədə Qarabağdakı separatçıların yaratdıqları qondarma “Artsax” rejimi təslim olaraq üzünü buraxdığını elan edib. “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 28-də sərəncam imzalayıb. Orada deyilir: “2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax respublikası”nın mövcudluğu dayandırılsın".modern)

Bu qadınların maaşı artırılacaq

Qadınların əmək hüquqları genişləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub. Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyəyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər. Bu dəyişiklik qadınların əməkhaqlarının artmasına imkan verəcək. Qanun, eyni zamanda, 18 yaşına çatmamış işçilərə, eləcə də, 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin, ezamiyyəyə getmələrinə də icazə yox idi. Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.