Zəlzələ gözlənilir: Yeri və zamanı açıqlandı

Geoloq Prof. Dr. Naci Görür Mərmərə dənizində baş verən ardıcıl zəlzələlərdən sonra sosial media hesabından açıqlama verib. Sozcu.az xəbər verir ki, ekspert bu dəfəki zəlzələdən sonra başqa bir bölgəyə işarə edib. O, sosial media paylaşımında bu fikirləri qeyd edib. "Mərmərə dənizində 4-dən kiçik zəlzələləri qiymətləndirmirik. Son zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verdi. Bu bölgənin şərqindəki Kumburqaz qırağında zəlzələni gözləyirik. Qərbdə Tekirdağ fayı qırılıb, lakin bu bölgədə zəlzələlər daha çox qaz buraxılması və çöküntülərdəki deformasiyalar nəticəsində baş verir. Bu böyüklükdə zəlzələlər hətta kilidli qırılmalarda da normaldır. Qüsur sonda stress toplayır və bəzən kiçik zəlzələlərə səbəb olur".

Zurabişvili hakimiyyətə bir həftə vaxt verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan hakimiyyətinə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib. Sozcu.az xəbər verir ki, bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb. Zurabişvili bununla bağlı videomüraciət yayacağını qeyd edib.

Rusiya və cinayətkar təşkilatların... - Meloni

Qeyri-qanuni immiqrasiya Avropa Birliyinin təhlükəsizliyinə təhdiddir və qurum öz sərhədlərini Rusiya və cinayətkar təşkilatların bununla bağlı yaratdığı təhlükədən qorumalıdır. Sozcu.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib. “Fikrimcə, qeyri-qanuni immiqrasiya problemini yalnız həmrəylik əsasında həll etmək səhv idi. Nəticədə sərhədlərimizi qoruya bilmədik. Biz xarici sərhədlərimizi qorumaq istəyirik və Rusiyanın və ya cinayətkar təşkilatların təhlükəsizliyimizi pozmasına icazə verməyəcəyik”, - Meloni bildirib.

İsmayıllıda ağır qəza: ölü və yaralılar var

Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mersedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb. Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Zelenski bu ölkələrdəki səfirləri geri çağırdı

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski 6 ölkədəki səfirləri geri çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, Keniya, Ruanda, Sloveniya, Litva, Yaponiya və İndoneziyada fəaliyyət göstərən səfirlər geri çağırılıb. Məlumata görə, fərman Çin və BMT-dəki Ukrayna nümayəndələrinə də şamil edilib. Yeni təyinatlarla bağlı məlumat verilməyib.

Rusiyanın itkiləri 772 mini ötdü

Ukrayna müharibənin 1032-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 772 280 hərbçi, 9 594 ədəd tank, 19 841 ədəd zirehli döyüş maşını, 21 252 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1026 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 31 891 ədəd avtomobil texnikası, 20 685 ədəd PUA, 2 947 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 661 xüsusi avadanlıq itirib.

Hərbçimiz şərti sərhəddə minaya düşdü

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

İki gün əvvəl itən adamın meyiti transformatorda tapıldı

İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb. Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb. Onun cərəyan vurmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

İsrail HHQ Qəzzada məktəblərə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Qəzzada daha iki məktəbə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, zərbələrin hədəfi məktəblərdə gizlənən HƏMAS üzvləri olub. Bildirilib ki, radikallar məktəblərdən terror fəaliyyətinin planlaşdırılması, həyata keçirilməsi üçün istifadə edirmiş.

Azərbaycanlı blogerin əməliyyatdan sonra meyiti TAPILDI

Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib. Sozcu.az "Oxu.Az"a istinadən xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb. Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.

Əhaliyə xəbərdarlıq edildi: Dekabrın 17-18-də...

Dekabrın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçayda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Hərbi xidmətin 1 ilə endirilməsi müzakirə olunur - Rəsmi

Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib. O bildirib ki, əsas məqsəd bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: “Çağırışın ancaq elektron qaydada olması nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.