“Putin Rusiyası ilə birləşməyin sonuclarından ehtiyat edin”- ABŞ senatoru Azərbaycana…

Respublikaçı senator: “Bu xəbərdarlığı Azərbaycanda hamıya çatdırmaq istəyirəm: ehtiyatlı olun ki, “böyük rus ayısı” bir daha keçmiş Sovet İttifaqı respublikası üzərində dominant mövqe tutmağa cəhd etməsin” “Rusiya, İran, Çin və Şimali Koreya dünyanın azad nəfəs almağa və təmsilçi demokratiyanın bir hissəsi olmağa çalışan hissəsinə qarşı aqressiv yanaşır. Onlardan iki dövlət buraya çox yaxındır. Biz başa düşürük ki, Rusiyanın bu regionda böyük iştirakı var, İran birbaşa qonşudur. Onlar yəqin ki, bizim erməni dostlarımızın olduğu istiqamətdə azadlığı, demokratiyanı, tərəqqini görmək istəməzdilər”. Sozcu.az  xəbər verir ki, “Armtiems” nəşrinin yaydığı məlumata görə, bu fikirləri iyulun 5-də Ermənistan parlamentindəki mətbuat konfransında ABŞ Konqresinin bu ölkədə səfərdə olan nümayəndə heyətinin rəhbəri, Donald Trampın lideri olduğu Respublikaçılar partiyasından olan senator Rocer Uiker söyləyib. “Mən azərbaycanlı tərəfdaşlarımıza və ATƏT-in digər üzvlərinə müraciət etmək istərdim: Putin Rusiyası ilə birləşməyin nəyə gətirib çıxara biləcəyindən ehtiyatlı olun. Azərbaycandakı dostlarımıza məsləhət vermək istəyirəm - azadlığın qiymətini, azadlığın dəyərini anlamağa çalışın. Biz bunu dəfələrlə görmüşük. Bu xəbərdarlığı Azərbaycanda hamıya çatdırmaq istəyirəm: ehtiyatlı olun ki, “böyük rus ayısı” bir daha keçmiş Sovet İttifaqı respublikası üzərində dominant mövqe tutmağa cəhd etməsin”, - deyə respublikaçı senator yekunlaşdırıb.  ABŞ nümayəndə heyəti Ermənistan rəhbərliyinin qonşu Türkiyədən insanların sərbəst gediş-gəlişinə şərait yaratmaq, eləcə də Ermənistan iqtisadiyyatını stimullaşdırmaq üçün sərhədləri açmaq istəyini də çatdırıb. Senator əmin edib ki, onlar bu məsələdə Ermənistanın yanındadırlar.moderator)

Bizə yeni Konstitusiya lazımdır - Paşinyan xalqa müraciət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Günü münasibətilə xalqs müraciət edib. Sozcu.az xəbər verir ki, Paşinyan müraciətində ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. O deyib ki, Ermənistanda da konstitusiya qurucusu kimi bütövlükdə xalq çıxış edir. Baş nazir xatırladıb ki, vətəndaşlar Konstitusiyanın mətnində qurduqları dövlətdə yaşamaq qaydalarını qeyd etməlidirlər. “Buna uyğun olaraq Konstitusiya vətəndaşların öz ölkələrində yaşamaq qaydaları, hüquq və vəzifələri haqqında kollektiv müqaviləsidir. Suveren sözü, Ermənistan Respublikasının hörmətli vətəndaşları, buradan yaranmışdır. Suveren, müəyyən bir ölkədə yaşamaq qaydalarına qərar verən şəxsdir. Ölkəmizdə xalq suverendir və bu, təkcə de-yure deyil, həm də 2018-ci ilin qeyri-zorakı məxməri inqilabından sonra belədir. Və bu faktla indiki Konstitusiyamız dərin sosial-psixoloji ziddiyyətdədir”, - Paşinyan bildirib. “Ölkəmizin yeni Konstitusiyaya ehtiyacı var…”, - deyən baş nazirin sözlərinə görə, Ermənistana xalqla üzvi şəkildə bağlı olan Konstitusiya lazımdır. Bu mövzu indi həm daxildə, həm də xaricdə çox müzakirə olunur. Amma biz öz dövlətimizi, Ermənistan Respublikasını gücləndirmək, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz etmək üçün yolumuza davam etməliyik. Bu çətin, lakin şərəfli yoldur və biz düzgün yoldayıq, lakin bu yolu keçmək üçün diqqətimizi Ermənistan Respublikasının dövlət maraqlarına xidmət edən konkret problemə yönəltməliyik”.

Müəllimlər aldadılaraq kütləvi şəkildə işdən çıxarılır - VİDEO

“Sertifikasi prosesindən keçməyən müəllimlərin əmək müqavilələrinə Əmək Məcəlləsinin “c” bəndiylə xitam verirlir. Ancaq əmək müqaviləsinin pozulmasını qadağan edən hallar nəzərə alınmalıdır. Müəllimlərdən işdən çıxmaları ilə bağlı kütləvi şəkildə ərizələr alınır. Baxmayaraq ki, sertifikasiyadan keçməyib, amma hüquq onların tərəfindədir. Çünki onların aralarında elələri var ki, 79-cu maddəyə düşür, 6 yaşına qədər uşağını təkbaşına böyüdür, ailəsində birinci qrup əlil var və ya 18 yaşına qədər əlillik müəyyən edilmiş uşağı var”. Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib. Onun sözlərinə görə, belə olan halda məktəb rəhbərliyi müəllimi aldadaraq ərizəsini alır və əmək müqaviləsinə xitam verir: “Yəni 70-ci maddənin "c" bəndiylə "ç" bəndinin fərqini bilməyən müəllimi aldadaraq yalandan ona izah edirlər ki, 70-ci maddənin "c" bəndiylə işdən azad olunsanız bir də bundan sonra dövlət işində işləyə bilməzsiniz, sizi heç kim işə götürməyəcək və bu böyük biabırçılıq olacaq. Bu cür psixoloji basqı altında müəllimlərə ərizə yazdırırlar. Nəticə etibarı ilə sertifikasiyadan keçməyən müəllimin işinə 70-ci maddənin “c” bəndiylə deyil, 68-ci maddənin ikinci hissəsinin “a” bəndiylə, yəni tərəflərin birinin təşəbbüsüylə xitam verirlər”. Ekspert belə halları törədən məktəb rəhbərlərinin vəzifələrindən sui-istifadə etməsinin yolverilməz olduğunu bildirib: “Müəllimin öz hüququnu bilməməsi cəmiyyətin faciəsidir. Amma idarəetmə qurumlarında oturanların fırıldaq, yalan, şantaj, psixoloji basqı yoluyla onları aldatmaq, bu məsələdə dövlətin onlara verdiyi görəv və səlahiyyətdən sui-istifadə etmək yolverilməzdir”.

“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert

İşğalçılar texnikanın itirilməsi ilə bağlı kritik vəziyyətə düşüblər...  İşğalçı Rusiya Ukraynaya qarşı döyüş meydanında əhəmiyyətli fəallığı davam etdirdiyi üçün külli miqdarda texnikasını itirir. İşğalçılar üçün texnika ehtiyatlarını tez bir zamanda bərpa etmək çətindir, ona görə də bu hərbi resursu doldurmaq üçün başqa yollar axtarırlar.  Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24”-ə şərhində “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Aleksandr Kovalenko danışıb. İcmalçı bildirib ki, anbarlarda və köhnə sovet texnikasının saxlanma mərkəzlərində olan qalıqlar sayəsində düşmən indiyədək sıfır həddindən çıxa bilir. Texnikalar olan Rusiya anbarları, demək olar ki, boşdur. Ekspertin fikrincə, 2024-cü ildə Rusiya Federasiyası üçün texnika təchizatının çatışmazlığını nəzərə alsaq, bu, kritik ola bilər. “Rusiya bütün dünyada ya sovet texnikalarını axtarır, ya da əvvəllər bir çox ölkələrə ixrac etdiyi Rusiya texnikalarını... Eyni məqsədlə Şimali Koreyaya da müraciət ediblər..."- deyə hərbi-siyasi icmalçı vuröulayıb. Bundan əvvəl  Amerikanın “Nyusvik” jurnalının süni intellektin peyk təsvirlərinin təhlilinin nəticələrinə istinadla yaydığı məlumatda Rusiyanın Ukraynada müharibə başlayandan bəri ağır tank itkiləri verdiyi və cəmi bir neçə min zirehli döyüş maşını qaldığını yazmıdı... Xatırladılır ki, bundan əvvəl Şimali Koreyanın işğalçı ölkəni daim dəstəklədiyi, onu xeyli miqdarda silahla təmin etdiyi və rusların onlardan daha sonra Ukraynaya qarşı istifadə etdiyi bildirilirdi . ABŞ məlumat verib ki, KXDR 2023-cü ildən bəri Rusiyaya işğalçılar üçün  11 min konteynerdən çox hərbi texnika satıb.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

İyulun 2-si saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub. Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub. Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.

Gömrük Komitəsinin əməkdaşları qəzaya düşdü - Ölən və yaralılar var

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Sozcu.az-ın məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib. Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

İtaliyada yolları su basdı, kəndlərlə əlaqə kəsildi

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib. Sozcu.az xəbər verir ki, aramsız leysan yağışları Valle De Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle De Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib. Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib. Qeyd edilib ki, seçkilərin yekunlaşması və nəticələrin elan edilməsi prosesi ən geci sentyabrın 22-də başa çatdırılacaq.

Yük avtomobilinin üzərindəki texnika yola düşdü

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

"Rayonlara ciddi ziyan dəyib, bahalaşma ola bilər" - Vahid Əhmədov

"Son günlər baş verən təbii fəlakətlər nəticəsində bölgələrə ciddi ziyan dəyib. Xüsusən də Quba-Xaçmaz regionunda dövlət və xüsusi əmlak zərər görüb". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O qeyd edib ki, təbii fəlakət zamanı bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsilib: “Bir çox təsərrüfatlar məhv olub. Fermerlər ciddi sınaqla üzləşib. Bu da sözsüz ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Bununla bağlı sığorta məsələsi həll olunmalıdır”. Deputat bildirib ki, təbii fəlakətlərin qarşısını almaq və bundan zərər görən təsərrüfatlarla bağlı zəruri qərarların verilməsi vacibdir.

Üç kəndlə əlaqə kəsildi: sakinlər köməksiz qalıb

İsmayıllının Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. Sozcu.az xəbər verir ki, bunu Oxu.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib. O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil: "Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimançayın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur. Hazırda yağışlı hava şəraiti davam etməkdədir".

Gəncədə dəhşət: qadın öldürüldü, iki nəfər yaralı var

Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir.