AB Rusiyaya qarşı 19-cu sanksiya paketini elan etdi

15:27

Avropa Komissiyası Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketini təsdiqləyib.

Sozcu.az xəbər verir ki, Avropa Komissiyasının lideri Ursula fon der Leyen 19-cu sanksiya paketinin əsas məqamlarını açıqlayıb.

Yeni tədbirlər çərçivəsində:

- Rusiyanın LNG idxalı AB bazarlarına qadağan ediləcək;

- “Kölgə donanmasına” aid 118 gəmi sanksiya siyahısına əlavə olunacaq (ümumi 560 gəmi);

- “Rosneft” və “Qazpromneft” şirkətləri tam əməliyyat qadağasına məruz qalacaq;

- Üçüncü ölkələrdəki neftayırma, neft treyderləri və neft-kimya şirkətləri, o cümlədən Çindəki qurumlar da hədəf alınacaq;

- Rusiya və üçüncü ölkələrin əlavə banklarına əməliyyat qadağası tətbiq edəcək;

- Kripto platformaları və kriptovalyuta əməliyyatları sanksiyalara daxil ediləcək;

- Xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlar məhdudlaşdırılacaq;

- Hərbi sahədə istifadə olunan texnologiyalara ixrac qadağaları gətiriləcək, 45 şirkət sanksiya siyahısına salınacaq.

Share on Facebook