Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Moskvada görüş təklifini rədd edib.
Sozcu.az xəbər verir ki, bu barədə o, Fransa lideri Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
"Görüşün baş verməsini istəmirsinizsə, məni Moskvaya dəvət edin. Rusiya görüş haqqında danışmağa başlayıb - bu, artıq yaxşıdır. Amma hələ ki, sülhə hazırlıq yoxdur", - Zelenski bildirib.