Tiflisdə Rustaveli prospektində parlament binası qarşısında keçirilən aksiyada 20 nəfər saxlanılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Aksiya Gürcüstan parlamentinin plenar iclası ilə eyni vaxtda başlayıb.
İştirakçılar Rustaveli prospektini bağlamaq istəsələr də, polis buna imkan verməyib./Axar.az