Ukrayna bu gün iki neft emalı zavoduna zərbə endirib: Kuybışev Neft Emalı Zavodu (Samara vilayəti) və Afipsk Neft Emalı Zavodu (Krasnodar diyarı).
Kuybışev Neft Emalı Zavodunun ildə 7 milyon ton neft emalı gücü var və bu, Rusiyanın ümumi emalı həcminin 2,5%-idir.
Afipsk Neft Emalı Zavodu isə təkcə sənaye obyekti deyil, həm də Rusiyanın mühüm hərbi infrastruktur elementidir. Bu zavod ordu tərəfindən istifadə olunan dizel yanacağı və aviasiya kerosininin təchizatı üçün əsas mərkəzdir.
Afipsk Neft Emalı Zavodunun ildə 6,25 milyon ton neft emalı gücü var və bu, ümumi həcmin 2,2%-idir.
Ukrayna, danışıqlardakı mövqelərini gücləndirməyin yolunu belə görür və bu yolla buna nail olmağa çalışır.
Rusiya isə danışıqlardakı mövqelərini gücləndirməyi Kiyevdəki 5 və 16 mərtəbəli binaları, yuxuda olan insanları, uşaqları, sərnişin qatarlarını və s. məhv etməkdə görür.
Rusiya və Ukraynanın müharibəyə münasibət və yanaşması arasında fərq də məhz budur.
P.S. Şəkil bu gün səhər Kiyevdə çəkilib.
Kamran Cəfərov, politoloq