Ukrayna daha 5 "Şahid"i məhv etdi

Ukraynanın Zaporojye vilayətində Rusiyaya məxsus İran istehsalı “Şahid” pilotsuz uçuş aparatları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. O, digər təfərrüatlar barədə məlumat verməyib.

Zelenski Avdeyevkaya getdi

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun Avdeyevkadakı mövqelərinə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Ofisindən məlumat verilib. Səfər zamanı Zelenski “Donetsk” əməliyyat-taktiki qrupunun komandirinin cavabdeh olduğu ərazidəki vəziyyətlə bağlı məruzəsini dinləyib.

Rusiyanın itkiləri 183 mini keçdi

Ukrayna müharibənin 419-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 183 130 hərbçi, 3661 ədəd tank, 7098 ədəd zirehli döyüş maşını, 2810 ədəd artilleriya sistemi, 538 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 285 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5676 ədəd avtomobil texnikası, 2353 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 330 xüsusi avadanlıq itirib.

Aİ-nin Sudandakı səfiri iqamətgahında hücuma məruz qalıb

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhülkəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib. “Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və şəxslərin təhlükəsizliyi Sudan hakimiyyətinin əsas öhdəliyidir”, - deyə o, “Twitter“ hesabında yazıb. Qeyd edək ki, Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında toqquşmalar zamanı 180-dən çox insan ölüb 1800-dən çoxu yaralanıb. Bundan əvvəl Sudan ordusu vətəndaşların təhlükəsiz təxliyəsi və lazımi yardımın çatdırılması üçün humanitar dəhlizlərin açılmasına razılıq verib. Eyni zamanda, humanitar dəhlizlərin açılması ilə bağlı razılıq əldə edildikdən sonra Sudanın paytaxtı Xartumda küçə döyüşləri şiddətlənib.

Amsterdama gedən təyyarənin şassisində meyit tapıldı

Kanadadan Amsterdam Şiphol hava limanına uçan təyyarənin eniş şassisində meyit tapılıb. Sozcu.az xəbər verir ki, təyyarənin Nigeriyanın Laqos şəhərində dayandıqdan sonra Şiphol Hava Limanına gəldiyi bildirilir. Həyatını itirən şəxsin təyyarənin eniş şassisində hansı ölkədə gizləndiyi hələlik məlum deyil. Xəbərdə qaçan şəxsin ölüm səbəbinin hipotermiya ola biləcəyi bildirilir.

Əsədin əmisi oğlu öldürüldü

Prezident Bəşər Əsədin əmisi oğlu, Suriyada ələvilərin yaşadığı Kardaha kəndinin (Suriyanın şimal-qərbində, Latakiya yaxınlığında) təhlükəsizliyinə cavabdeh olan Arua Diba atışmada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. Məlumata görə, o, narkotik alveri ilə məşğul olub və cinayətkarlarla münahisə zamanı güllələnib.

Kanada Rusiya təyyarəsini Ukraynaya verəcək

Kanada Rusiyadan müsadirə etdiyi An-124 təyyarəsini Ukraynaya təhvil verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Feysbuk səhifəsində məlumat verib. Nazir bildirib ki, bu, Kanadanın Rusiya müəssisələrinə qarşı yeni sanksiyalarının bir hissəsi kimi gerçəkləşdiriləcək.

"Qələbədən dərhal sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm"

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən ilin martında danışıqlar üçün Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis günü adlandırıb. Sozcu.az xəbər verir ki, Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib. "Prezident məndən soruşanda ona "hə" demək çox çətin idi, çünki mənim Rusiyaya qarşı dərin nifrətim var idi. Və bir danışıqlar aparan şəxs kimi bilirəm ki, bu, işləməyən bir emosiyadır. 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. Sizə deyim ki, ilk üçündə biz özümüzü heç təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik”, - nazir bildirib. Onun sözlərinə görə, prezident Volodimir Zelenskinin istəyi ilə müdafiə naziri olub və müharibə başa çatdıqdan sonra istefa vermək niyyətindədir. "Qələbədən dərhal sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm", - Reznikov əlavə edib.

Rusiyanın Ukraynada itkilərinin sayı 182 mini keçib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 182 070 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 657 tank, 7 083 zirehli maşın, 2 339 operativ-taktiki PUA, 2 795 artilleriya sistemi, 284 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 658 avtomobil və tanker, 326 xüsusi texnikadan ibarətdir.

"Hər ikimiz eyni dərəcədə korrupsiya ilə barışmazıq və Putinin başlıca düşmənləriyik..."

"Hazırda Gürcüstan rusiyalı oluqarxa məxsusdur və orta əsr feodalı tərəfindən idarə olunur..." Saakaşvili Navalnını "tezliklə Rusiyadan qalacaq hissənin prezidenti" adlandırıb Gürcü həbsxanasında  cəza çəkən Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili hesab edir ki, onu Rusiya Federasiyasında koloniyada saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnı ilə birləşdirən ümumi "iki məqam" var. Sozcu.az xəbər verir ki, bu barədə Saakaşvili aprelin 15-də özünün "Facebook" səhifəsində yazıb. "Mən tam əminəm ki, tezliklə Rusiyadan qalacaq hissənin gələcək prezidenti olacaq Aleksey Navalnı ilə məni iki məqam birləşdirir: biz ikimiz də eyni dərəcədə korrupsiya ilə barışmazıq və hər ikimiz Rusiya Federasiyasının prezidenti Vladimir Putinin başlıca düşmənləriyik", - Saakaşvili bəyan edib. O, Aleksey Navalnıya "sağ qalmağı, azadlığa çıxmağı və arzuladığı məqsədə nail olmağı" arzu edib. Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə dalbadal iki müddətə Gürcüstanın prezidenti olub. Prezident postundan getdikdən sonra ölkəni tərk edib və Ukraynada işləyib.  Gürcüstanda ona qarşı hakimiyyətdən sui-istifadə edilməsi və siyasi opponentlərinin təqib edilməsində şübhəli bilinərək bir neçə cinayət işi açılıb. Hələ Gürcüstana qayıtmazdan öncə o, qiyabi olaraq altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.  Saakaşvilinin özü cinayət işlərinin siyasi motivlərlə bağlı olduğunu bəyan edir. 2021-ci il oktyabrın 1-də Saakaşvili məlumat verib ki, Gürcüstana qayıdıb. Elə həmin gün siyasətçi saxlanılaraq həbs edilib.  Gürcüstan Prokurorluğu ona qarşı sərhəddi qanunsuz keçilməsi faktı üzrə daha bir cinayət işi açıb. 2023-cü il  martın 6-da Saakaşvili bəyan edib ki, o, Putinin tələbi ilə həbsxana cəzasına məhkum edilib. O, hesab edir ki, onun Vahid Milli Hərəkat partiyası 2012-ci ildə Rusiyanın müdaxiləsi səbəbindən parlament seçkilərini uduzub və hakimiyyətini itirib. Saakaşvilinin sözlərinə görə, ona qarşı ilk ittihamlar Odessa vilayəti administrasiyasının rəhbəri olanda və "orada Rusiyanın ekspansiyasını dayandıranda" irəli sürülüb. Sabiq prezident bəyan edib ki, hazırda Gürcüstan "rusiyalı oliqarxa məxsusdur və orta əsr feodalı tərəfindən idarə edilir".

Kiyev və Vaşinqton Marşal Planını hazırlayır

Kiyev Vaşinqtonla birlikdə iqtisadiyyatı bərpa etmək üçün Marşal Planının analoqunu hazırlamağa başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib. Nazirin sözlərinə görə, ABŞ hökuməti və biznes nümayəndələri ilə görüşdə ABŞ-dan investisiyalar, respublika iqtisadiyyatının transformasiyası və hərbi risklərin sığortalanması məsələləri müzakirə olunub. O vurğulayıb ki, Ukrayna iqtisadiyyatının bərpası üçün əsas ilk növbədə ABŞ-dan birbaşa xarici investisiyalar olacaq.

İranın hökumət qüvvələri sakinləri atəşə tutdu: ölənlər var

İranın Mazandaran bölgəsində Daniyal kəndində hökumət qüvvələri kənd sakinlərini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.