Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı

19:40

Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Məlumata görə, daha 108 nəfər yaralanıb.

***

Belqoroda endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 111 nəfərə çatıb.

Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.

Share on Facebook