Tatar partizanların "Atəş" hərəkatı Rusiyanın raket texnikası zavoduna girdi...-FOTOLAR

Ukraynalı və Krım tatarlarının partizan hərəkatı  olan "Atəş" Rusiyanın Tambov bölgəsindəki Miçurinsk aviasiya və raket avadanlığı zavoduna nüfuz edə bilib.

Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, telegram-kanalları yerli işçilərdən birinin partizanlarla əməkdaşlıq etdiyini ifadə edərək zavodun ərazisindən fotolar yayımlayıblar.

Partizanların casusunun sözlərinə görə, şirkət "Su" döyüş təyyarəsi və pilotsuz uçuş aparatları üçün elektrik cihazları istehsal edir, komponentlər Moskva və Tatarıstana göndərilir.

Agent şirkətin 2023-cü ilin mayında Çin nümayəndə heyətinin səfərinin ardından hərbi ehtiyaclar üçün bir sıra komponentləri lokallaşdırdığını iddia edir.

"Hazır avadanlıqları olan anbarları qeydə aldıq və Ukrayna Müdafiə Qüvvələrinə məlumatlarını çoxdan ötürdük. Son barbar Rusiya hücumlarından sonra Rusiya Federasiyasının ərazisinə zərbələr üzərindən bütün məhdudiyyətlər götürüldü. Buna görə də atəşfəşanlıq üçün hazırlaşırıq. Qisas olacaq", -deyə "Atəş" partizanları bildirib.

9eb143ce12bbb33aaf0aae5d98af8a53.jpg

Share on Facebook