Ukrayna ordusu Rusiyadan Krıma gedən dəmir yolunu bombaladı

Yanvarın 6-da Ukrayna Silahlı Qüvvələri Rusiya ilə Krım arasını birləşdirən dəmir yolunu bombalayıb.

Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko “Telegram”da məlumat verib.

O bildirib ki, nəticədə dəmir yolu marşrutunun bir hissəsinə çevrilməli olan yarı tikilmiş dəmir yolu körpüsü dağıdılıb.

“Dünən Ukrayna Silahlı Qüvvələri Qranitnoye kəndi ərazisində yarı tikilmiş dəmir yolu körpüsünü, yanacaq çənlərini və mühəndis maşınlarını məqsədyönlü zərbə ilə dağıdıblar”, - Andryuşenko yazıb.

Share on Facebook