Rusiya donanması ürəyindən vuruldu! - Putinə BÖYÜK ŞOK

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu həyata keçirilib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma Sevastopol qubernatoru Mixail Razvocayev sosial şəbəkə hesabında açıqlayıb. "Düşmən donanma qərargahına raket zərbəsi endirib. Raketin bir parçası Lunaçarski teatrının yanına düşüb. Hadisə yerinə bütün fövqəladə hallar xidmətləri göndərilib. Xəsarət alanlarla bağlı iş davam etdirilir."- o deyib. İctimaiyyəti sakitliyə çağıran Razvocayev hadisə yeri ilə bağlı foto və videoların sosial şəbəkələrdə paylaşılmamasını xahiş edib. O, ikinci açıqlamasında yeni raket hücumunun ola biləcəyi barədə xəbərdarlıq edib, vətəndaşları şəhərin mərkəzinə gəlməməyə və binaları tərk etməməyə çağırıb. Xarici media hadisəni "Rusiya donanmasının ürəyi vuruldu" kimi şərh edib.

Ukrayna Zaporojyedə rusların müdafiə xəttini yarır

Hazırda Zaporojye vilayətinin qərbində Rusiya müdafiə istehkamlarının arxasında Ukrayna zirehli texnikası fəaliyyət göstərir. Amma Ukrayna Silahlı Qüvvələrinin rusların bu müdafiə xəttini tamamilə yardığını söyləmək hələ tez olardı. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Sentyabrın 21-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna zirehi texnikası üçqatlı müdafiənin bir hissəsini təşkil edən Rusiya tank əleyhinə xəndəklər və “əjdaha dişləri” sədlərindən cənuba doğru irəliləyib, Verbovoyenin bilavasitə qərbində (Orexovdan 18 km cənub-şərqdə) məhdud döyüşə başlayıb. Bununla belə, Ukrayna qoşunlarının bu mövqeləri tutub-tutmaması aydın deyil”, - məlumatda deyilir.

Ukrayna ordusu ilk dəfə olaraq Surovikin xəttini keçib, Rusiyanın müdafiəsi darmadağın edilib

"USQ ilk dəfə olaraq "Strykers" və "Marders" ağır texnikanı tankəleyhinə xəndəkdən və "əjdaha dişlərindən" kənara keçirib..." "Ukrayna müdafiəçiləri Zaporojye vilayətinin Rabotino rayonunda rusiyalı qəsbkarları xeyli itkilərə məruz qoyub..." USQ-nin ağır texnikası Surovikinin ilk xəttini-Zaporojye vilayətinin Verbovoye kəndi rayonunda güclü istehkamlar sistemini keçə bilib. Sozcu.az xəbər verir ki, bu barədə "OSINT" ("open source intelligence" - açıq mənbələrdən məlumatların toplanması-red.) analitikləri döyüş meydanından xəbərləri nəzərə alaraq iddia edib. Məlumatda deyilir ki, USQ  ilk dəfə olaraq "Strykers" və "Marders" ağır texnikanı tankəleyhinə xəndəkdən və "əjdaha dişlərindən" kənara keçirib. Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitiki Corc Barros qeyd edib ki, ukraynalıların ağır texnikası ilk dəfə olaraq Surovikin xəttini keçib. Hərbi analitik Rob Li həmçinin qeyd edib ki, Ukraynanın 82-ci desant- həmlə briqadası "Stryker", "Marder" PDM və "MaxxPro" ZTR zirehli maşınlarının köməyi ilə müdafiə xəttini keçib. Barrosun məlumatına görə, videoda Ukrayna texnikası, ehtimal ki, xəndəyin qazılması və "əjdaha dişlərinin" yerləşdirilməsi zamanı saxlanılan yolla hərəkət edib. Bu onu göstərə bilər ki, USQ bu sahədə Rusiyanın müdafiəsini darmadağın edib. Ehtimal ki, bu istiqamətdə Ukraynanın yeni hücumunun şahidləri olacağıq. USQ-nin əks hücumu ISW-nin məlumatına görə, Uktayna qüvvələri Zaporojye vilayətinin qərbində sentyabrın 20-də hücum əməliyyatlarını davam edib, lakin hər hansı uğur əldə etməyib. Şimali Osetiyanın Zaporojye vilayətinin qərbində fəaliyyət göstərən "Osetiyaya hücum" və "Alaniya" könüllü taborları iddia edib ki, sentyabrın 20-də səhər Rabotino və Verbovoye yaxınlığında döyüşlərin intensivliyi azalıb. Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətinin Rabotino rayonunda rusiyalı qəsbkarları xeyli itkilərə məruz qoyub. Son sutka ərzində Ukrayna müdafiəçiləri 500-dək rusiyalı işğalçını məhv edib. Rusiyalılar Andreyevka yaxınlığında öz mövqelərini bərpa etməyə cəhd göstərir, lakin bütün bu cəhdlər uğursuzluğa düçar olur.

Rusiyanın itkiləri 275 minə yaxınlaşır

Ukrayna müharibənin 575-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 274 470 hərbçi, 4638 ədəd tank, 8883 ədəd zirehli döyüş maşını, 6137 ədəd artilleriya sistemi, 781 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 528 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8670 ədəd avtomobil texnikası, 4850 ədəd PUA, 1479 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 911 xüsusi avadanlıq itirib.

İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - 34 yaralı var

Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında yaşanan toqquşma zamanı 34 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananlardan 16-sının polis, qalanlarının mülki şəxs olduğu bildirilir. Yaralılardan biri deputatdır. Polis bir çox aksiya iştirakçısını həbs edib.

Pentaqondan Ermənistandakı təlimlə bağlı AÇIQLAMA

ABŞ Ermənistanla birgə hərbi təlimləri davam etdirəcək və planlaşdırıldığı kimi başa çatdıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. "Ermənistanla birgə təlimimiz taktiki səviyyədə yeni əlaqələrin qurulması və sülhməramlı əməliyyatlar üçün qarşılıqlı fəaliyyətin artırılması məqsədlərinə nail oldu. Onlar planlaşdırıldığı kimi sabah yekunlaşacaq", - məlumatda qeyd olunur.

Ukrayna ordusu Rusiyanın 28 PUA-sını məhv etdi

Sentyabrın 19-da gecə hücumu zamanı Rusiya qoşunları Ukrayna ərazisinə 30 PUA, həmçinin İsgəndər-M ballistik raketini atıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusu Cənub, Mərkəz və Qərb bölgələrində 27 “Şahid” və bir kəşfiyyatçı PUA-nı məhv edib.

572-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 572-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 272 940 hərbçi, 4623 ədəd tank, 8834 ədəd zirehli döyüş maşını, 6027 ədəd artilleriya sistemi, 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 525 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8571 ədəd avtomobil texnikası, 4769 ədəd PUA, 1462 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 901 xüsusi avadanlıq itirib.

Moskvaya PUA hücumu edildi

Gecə saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb. Məlumata görə, Moskvaya doğru uçan PUA İstra şəhəri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur.

Rusiyanın itkiləri 272 minə yaxınlaşır

Ukrayna müharibənin 570-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 271 790 hərbçi, 4616 ədəd tank, 8824 ədəd zirehli döyüş maşını, 5988 ədəd artilleriya sistemi, 774 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 521 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8525 ədəd avtomobil texnikası, 4738 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1sualtı qayıq, 891 xüsusi avadanlıq itirib.

Rusiyanın elit alayının komandiri öldürüldü

Ukraynada gedən döyüşlər zamanı Rusiyanın 247-ci qvardiya desant-hücum alayının komandiri Vasili Popov öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Popovun bu ilin avqust-sentyabr ayında alaya komandir təyin edildiyi bildirilib. Qeyd edək ki, 247-ci qvardiya desant-hücum alayı Donetsk-Zaporojye vilayətlərinin sərhədində döyüşür.

Rusiyanın 517 hava hücumundan müdafiə sistemi məhv edilib

Ukrayna müharibənin 568-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 270 970 hərbçi, 4599 ədəd tank, 8810 ədəd zirehli döyüş maşını, 5944 ədəd artilleriya sistemi, 769 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 517 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8458 ədəd avtomobil texnikası, 4697 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1sualtı qayıq, 889 xüsusi avadanlıq itirib.