Ukrayna bu istiqamətdə 500 rus hərbçisini məhv etdi

Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 500 rusiyalı hərbçini məhv edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu istiqamətdə Rusiyanın 45 hərbi texnikası da məhv edilib.

Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 35 hava zərbəsi endirib, 591 artilleriya atəşi və 45 hərbi əməliyyat həyata keçirib.

Share on Facebook