Generaldan ABŞ-a: Bu təyyarələri Ukraynaya ver

ABŞ bizə hələ ötən əsrin 70-ci illərində istifadə etdiyi A-10 hücum təyyarələrini verə bilər.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

"Bizə bir variant versələr, mən A-10 haqqında danışardım. Bu yeni texnologiya deyil, lakin bir çox münaqişələrdə özünü yaxşı nümayiş etdirmiş etibarlı texnologiyadır", - Sırski bildirib.

Onun fikrincə, belə təyyarələr quru qoşunlarına dəstək verə bilər:

"Bundan əlavə, "Apaçi" AH-64 və AH-1 "Super Kobra", eləcə də Blək Həvk" hücum helikopterlərinin tədarükü mühüm rol oynaya bilər.

Share on Facebook