Çində mədəndə qəza: 8 nəfər öldü, 15-i itkin düşdü

21:07

Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb.

Sozcu.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir.

Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.

***

Kömür mədənində baş vermiş qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər itkin düşüb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Xilasedicilər mədəndə qalan 22 nəfərlə əlaqə yarada biliblər.

Share on Facebook