Rusiyanın itkiləri 370 mini ÖTDÜ

Ukrayna müharibənin 690-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 370 000 hərbçi, 6 075 ədəd tank, 11 302 ədəd zirehli döyüş maşını, 8 747 ədəd artilleriya sistemi, 957 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 648 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 667 ədəd avtomobil texnikası, 6 861 ədəd PUA, 1 814 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 353 xüsusi avadanlıq itirib.

Share on Facebook