Zelenski: “Putin zəifliyi heyvan kimi hiss edir, çünki o heyvandır”

Ukrayna prezidenti Vladimir Zelenski bir daha Qərbi Ukraynanı dəstəkləməyə çağırıb.

Sozcu.az Kanal24-ə istinadla xəbər verir ki, o bunun mümkün nəticələrini izah edib.

Ukrayna lideri deyib ki, Ukraynanın hipotetik itkisi halında Rusiya prezidenti Vladimir Putin döyüşləri Qərb ölkələrinə yaxınlaşdıracaq:

“Putin zəifliyi heyvan kimi hiss edir, çünki o, heyvandır. Qanı hiss edir, gücünü hiss edir. O, bütün Aİ, NATO, azadlıq və demokratiyanı naharda səni yeyəcək”.

Zelenski vurğulayıb ki, Avropa Ukraynanı dəstəkləməklə özünü Rusiyanın təcavüzündən qoruyur.

“Bizə pul və ya silah verməklə özünüzə dəstək olursunuz. Siz bizim uşaqları deyil, öz uşaqlarınızı xilas edirsiniz”.

Share on Facebook