Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 606-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 293 380 hərbçi, 5081 ədəd tank, 9631 ədəd zirehli döyüş maşını, 7032 ədəd artilleriya sistemi, 825 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 549 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9404 ədəd avtomobil texnikası, 5339 ədəd PUA, 1535 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 991 xüsusi avadanlıq itirib.

"Yeni dünya nizamı”na ehtiyacımız var - Bayden

Bəşəriyyətin 50 il əvvəl qurulmuş nizamı əvəz edəcək “yeni dünya nizamı”na ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. “Düşünürəm ki, əgər biz kifayət qədər cəsarətli və inamlı olsaq, dünyanı heç vaxt görülməmiş şəkildə birləşdirmək üçün real imkanımız ola bilər. Müharibədən sonrakı 50 il keçirdik, bu nizam çox yaxşı işləyirdi. Çox yaxşı işlədi, amma indi hər şey dəyişdi. Buna görə də bizim fərqli, yeni dünya düzəninə ehtiyacımız var”, - deyə Bayden vurğulayıb. Baydenin sözlərinə görə, yaxın dörd-beş ildə qəbul edilən qərarlar yaxın bir neçə onillikdə baş verəcək hadisələri müəyyən edəcək.  ABŞ prezidenti gələn il yeni müddətə yenidən seçilmək niyyətində olduğunu da təsdiqləyib, o, vitse-prezidenti Kamala Harrislə birlikdə seçkiyə getmək niyyətindədir.

Meloni də İsrailə getdi: Netanyahu ilə görüş

İtaliyanın Baş naziri Corciya Meloni İsrailə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki Kyria kompleksində Meloni ilə qapalı görüş keçirib.

İsrail ordusu bazara zərbə endirdi: ölənlər var

İsrail ordusu Qəzza zolağında Nuseyrat mərkəzi bazarına hava zərbəsi endirib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində çox sayda ölü və yaralı var.

Zelenski Gürcüstanı Rusiya ilə müharibəyə çağırdı - Təcili

Ukrayna prezidenti Volodimir Zelenski İsveçdə keçirilən Birgə Ekspedisiya Qüvvələri Sammitində çıxışı zamanı Gürcüstanı itirilmiş əraziləri qaytarmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri yazıb. Zelenski qeyd edib ki, bu, onların ümumi təhlükəsizlik potensialını gücləndirəcək: “Xüsusən də müdafiəmiz sayəsində Gürcüstan üçün ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlər açılacaq”. Zelenski xüsusi olaraq Gürcüstanı Rusiyanın işğal etdiyi əraziləri hərbi yolla azad etməyə çağırıb. Ukrayna prezidentinin sözlərinə görə, bu cür hərəkətlər Avropada ümumi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək və tarixi kontekstdə son dərəcə əhəmiyyətli olacaq.

Rusiyanın itkiləri 292 MİNİ ötdü

Ukrayna müharibənin 605-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 292 850 hərbçi, 5063 ədəd tank, 9612 ədəd zirehli döyüş maşını, 7017 ədəd artilleriya sistemi, 822 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 548 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9391 ədəd avtomobil texnikası, 5330 ədəd PUA, 1535 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 990 xüsusi avadanlıq itirib.

Rusiya Ukraynada daha 630 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 630 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 290 680 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 17 zirehli döyüş maşını, 39 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

“Putin bu savaşdan yararlanmağa çalışır, amma artıq heç nə onu xilas edə bilməz...”

“Bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir  durumda olan diktatorun xəyal edə biləcəyi bir  xam xəyaldır...” “Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər...” Rusiya prezidenti Vladimir Putin İsraillə "Həmas" arasındakı müharibədən faydalanmağa çalışır. Xüsusilə, Kreml “sülhməramlı” kimi şöhrət qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir. Sozcu.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın məşhur “Teleqraf” (“The Telegraph”) qəzetində Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp yazıb.  “Dünyada, xüsusən də Ukraynada bu qədər qan tökülməsinə görə məsuliyyət daşıyan adam indi deyir: “Bu gün qan tökülməsini dayandırmaq vacibdir”-deyə ingilis polkovnik bildirir. Onun fikrincə, Putinin münaqişəyə müdaxiləsi heç nəyi dəyişməyəcək, çünki Rusiyanın güclü dünya dövləti kimi reputasiyası Ukraynaya qarşı müharibə nəticəsində ciddi şəkildə zədələnib. Rusiya qoşunları 18 aylıq genişmiqyaslı müharibədən sonra ağır vəziyyətdə qalır və Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Luqansk və Berdyansk aerodromlarına “ATACMS” raket zərbələri endirməsi Kremli dərindən aşağılayıb. Kempin sözlərinə görə, Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər. Deməli, Suriyada Putin artıq mövqelərini itirməkdədir. O, qüvvələrinin bir hissəsini oradan yenidən Ukraynaya yerləşdirməli olub. Ekspert İsrailin “Həmas”a qarşı müharibəsinin Kremlə qısamüddətli fayda verə biləcəyini izah edib. Lakin Putinin səylərinə baxmayaraq, Qərb İsrailin ətrafında toplaşır və Rusiya onun fonunda “kənar” kimi görünür. “Əgər onlar bu böhranı Ukraynadakı savaşda qalib gəlmək üçün bir vasitə kimi görürlərsə, bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir  durumda olan diktatorun xəyal edə biləcəyi bir  xam xəyaldır”,- deyə  Britaniya polkovniki istehza ilə vurğulayıb.

Baydendən İsrailə: Biz səhv etdik, siz etməyin...

HƏMAS 1400-ə yaxın israillini qətlə yetirib. Onlara cavab verərkən səhvlərə yol verməyin. Sozcu.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib. Bayden İsrailə ABŞ-da 11 sentyabr hadisəsindən sonra bir çox amerikalının baş verənlərdən qəzəbləndiyi vaxt etdiyi səhvləri təkrar etməmək barədə xəbərdarlıq edib. O etiraf edib ki, ABŞ vaxtilə ədalətə nail olmaq istəyərkən səhvlərə yol verib.

İsrail səfirliyinə hücum edildi

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, İsrail ordusunun Qəzzada xəstəxanaya raket zərbəsi endirməsindən sonra sakinlər Əmmanda səfirliyə hücuma başlayıb.

HƏMAS lideri Haniyənin oğlu öldürüldü

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə "Jewish Press.com" saytı məlumat yayıb. Bildirilib ki, Hazem İsmayıl Haniyənin Qəzzada İsrail ordusunun hücumları zamanı öldürüldüyü barədə məlumat dəqiqləşdirilir. Digər məlumata görə, kiçik Haniyəyə 2022-ci ilin iyul ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyədəki digər ailə üzvlərinə qoşulmaq üçün Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməyə icazə verilib. Lakin o vaxtdan bəri HƏMAS liderinin oğlu anklava gəliş-gediş edib.

Ukrayna “qan gölü”nə çevrilib: 289 min rus “boğulub”

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 800 hərbçisini itirib.  Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 289 430 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 20 zirehli döyüş maşını, 26 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.